İman kitabı

Günah işlər görmək cahiliyyə əməllərindəndir

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ وَاصِلٍ الأَحْدَبِ عَنِ الْمَعْرُورِ قَالَ لَقِيتُ أَبَا ذَرٍّ بِالرَّبَذَةِ ، وَعَلَيْهِ حُلَّةٌ ، وَعَلَى غُلاَمِهِ حُلَّةٌ ، فَسَأَلْتُهُ عَنْ ذَلِكَ ، فَقَالَ إِنِّى سَابَبْتُ رَجُلاً ، فَعَيَّرْتُهُ بِأُمِّهِ ، فَقَالَ لِىَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « يَا أَبَا ذَرٍّ أَعَيَّرْتَهُ بِأُمِّهِ إِنَّكَ امْرُؤٌ فِيكَ جَاهِلِيَّةٌ ، إِخْوَانُكُمْ خَوَلُكُمْ ، جَعَلَهُمُ اللَّهُ تَحْتَ أَيْدِيكُمْ ، فَمَنْ كَانَ أَخُوهُ تَحْتَ يَدِهِ فَلْيُطْعِمْهُ مِمَّا يَأْكُلُ ، وَلْيُلْبِسْهُ مِمَّا يَلْبَسُ ، وَلاَ تُكَلِّفُوهُمْ مَا يَغْلِبُهُمْ ، فَإِنْ كَلَّفْتُمُوهُمْ فَأَعِينُوهُمْ » .

“Rəvayət edilir ki, Mərur ﵀ demişdir: “Mən ər-Rəbəzədə Əbu Zərr ilə qarşılaşdım. Cəmi bir hülləlik (bir rida və bir izara bərabər) parçanın yarısı öz əynində, yarısı da köləsinin əynində idi. Mən ondan bu haqda soruşduqda mənə dedi: “Bir dəfə mən bir adamla mübahisə etdikdə onu anasına görə utandırdım. Peyğəmbər ﷺ mənə buyurdu: “Ey Əbu Zərr! Sən onu anasına görə utandırdın?! Həqiqətən də, səndə cahiliyyə əməlləri qalmışdır. Xidmətçiləriniz sizin qardaşlarınızdır. Allah onları sizin tabeçiliyinizə vermişdir. Kimin qardaşı öz tabeçiliyi altında olarsa, ona yediyindən yedirtsin, geyindiyindən ona da geyindirsin. Onları gücləri çatmadığı ağır işlərlə yükləməyin. Əgər onları gücləri çatmadığı bir işlə yükləsəniz, onlara yardım edin”.”

Mərur
Səhih

İstinad

Buxari, 30 (İman, 23)

Səhih əl-Buxari — İman kitabı