Elm kitabı

İmamın öz yoldaşlarına onların biliyini yoxlamaq məqsədilə sual verməsi

حَدَّثَنَا قُتَيْبَةُ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ مِنَ الشَّجَرِ شَجَرَةً لاَ يَسْقُطُ وَرَقُهَا ، وَإِنَّهَا مَثَلُ الْمُسْلِمِ ، فَحَدِّثُونِى مَا هِىَ » . فَوَقَعَ النَّاسُ فِى شَجَرِ الْبَوَادِى . قَالَ عَبْدُ اللَّهِ وَوَقَعَ فِى نَفْسِى أَنَّهَا النَّخْلَةُ ، فَاسْتَحْيَيْتُ ثُمَّ قَالُوا حَدِّثْنَا مَا هِىَ يَا رَسُولَ اللَّهِ قَالَ « هِىَ النَّخْلَةُ » .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir gün Allah Elçisi ﷺ dedi: “Ağaclar içərisində elə bir ağac var ki, onun yarpağı tökülmür və o, müsəlmana bənzəyir. Deyin görüm, o hansı (ağacdır)?” İnsanlar vadilərdə bitən ağacları sadalamağa başladılar”. İbn Ömər dedi: “Mən onun xurma ağacı olduğunu düşündüm, lakin deməyə utandım. Sonra camaat soruşdu: “De görək, o nədir, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Bu, xurma ağacıdır”.”

İbn Ömər
Səhih

İstinad

Buxari, 61 (Elm, 3)

Səhih əl-Buxari — Elm kitabı