Elm kitabı

İmamın öz yoldaşlarına onların biliyini yoxlamaq məqsədilə sual verməsi

حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ حَدَّثَنَا سُلَيْمَانُ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ دِينَارٍ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ مِنَ الشَّجَرِ شَجَرَةً لاَ يَسْقُطُ وَرَقُهَا ، وَإِنَّهَا مَثَلُ الْمُسْلِمِ ، حَدِّثُونِى مَا هِىَ » . قَالَ فَوَقَعَ النَّاسُ فِى شَجَرِ الْبَوَادِى . قَالَ عَبْدُ اللَّهِ فَوَقَعَ فِى نَفْسِى أَنَّهَا النَّخْلَةُ ، ثُمَّ قَالُوا حَدِّثْنَا مَا هِىَ يَا رَسُولَ اللَّهِ قَالَ « هِىَ النَّخْلَةُ » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ağaclar içərisində elə bir ağac var ki, onun yarpağı tökülmür və o, müsəlmana bənzəyir. Deyin görüm, o hansı (ağacdır)?” İnsanlar vadilərdə bitən ağacları sadalamağa başladılar”. İbn Ömər dedi: “Mən onun xurma ağacı olduğunu düşündüm. Sonra camaat soruşdu: “De görək, o nədir, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Bu, xurma ağacıdır”.”

İbn Ömər
Səhih

İstinad

Buxari, 62 (Elm, 4)

Səhih əl-Buxari — Elm kitabı