Məclisin ətrafında oturanla orada dövrə vurub oturmuş camaatın arasında boş yer görüb orada əyləşən
حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ أَنَّ أَبَا مُرَّةَ مَوْلَى عَقِيلِ بْنِ أَبِى طَالِبٍ أَخْبَرَهُ عَنْ أَبِى وَاقِدٍ اللَّيْثِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَمَا هُوَ جَالِسٌ فِى الْمَسْجِدِ وَالنَّاسُ مَعَهُ ، إِذْ أَقْبَلَ ثَلاَثَةُ نَفَرٍ ، فَأَقْبَلَ اثْنَانِ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَذَهَبَ وَاحِدٌ ، قَالَ فَوَقَفَا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَّا أَحَدُهُمَا فَرَأَى فُرْجَةً فِى الْحَلْقَةِ فَجَلَسَ فِيهَا ، وَأَمَّا الآخَرُ فَجَلَسَ خَلْفَهُمْ ، وَأَمَّا الثَّالِثُ فَأَدْبَرَ ذَاهِبًا ، فَلَمَّا فَرَغَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَلاَ أُخْبِرُكُمْ عَنِ النَّفَرِ الثَّلاَثَةِ أَمَّا أَحَدُهُمْ فَأَوَى إِلَى اللَّهِ ، فَآوَاهُ اللَّهُ ، وَأَمَّا الآخَرُ فَاسْتَحْيَا ، فَاسْتَحْيَا اللَّهُ مِنْهُ ، وَأَمَّا الآخَرُ فَأَعْرَضَ ، فَأَعْرَضَ اللَّهُ عَنْهُ » .
“Əbu Vaqid əl-Leysi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ camaatla birlikdə məsciddə oturarkən oraya üç nəfər gəldi. İkisi Allah Elçisinə ﷺ tərəf yaxınlaşdı, biri isə çıxıb getdi. Həmin iki nəfər Allah Elçisinin ﷺ yanında dayandı. Onlardan biri dövrə qurub oturmuş camaatın arasında boş yer görüb orada oturdu. O biri də onların arxa tərəfində oturdu. Üçüncüsü isə çıxıb getdi. Allah Elçisi ﷺ söhbətini bitirdikdən sonra dedi: “Bu üç nəfər barədə sizə xəbər verimmi? Onlardan biri Allaha sığındı, Allah da ona sığınacaq verdi. Digəri utandı, Allah da ondan utandı. Üçüncüsünə gəldikdə isə o, üz döndərdi, Allah da ondan üz döndərdi”.”
İstinad
Buxari, 66 (Elm, 8)
Səhih əl-Buxari — Elm kitabı