Elm kitabı

Peyğəmbərin ﷺ: “Bəzən, özünə (hədis) rəvayət edilmiş kimsə (bilavasitə) eşidən kimsədən daha yaxşı qavrayır”– kəlamı

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا بِشْرٌ قَالَ حَدَّثَنَا ابْنُ عَوْنٍ عَنِ ابْنِ سِيرِينَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى بَكْرَةَ عَنْ أَبِيهِ ذَكَرَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَعَدَ عَلَى بَعِيرِهِ ، وَأَمْسَكَ إِنْسَانٌ بِخِطَامِهِ - أَوْ بِزِمَامِهِ - قَالَ « أَىُّ يَوْمٍ هَذَا » . فَسَكَتْنَا حَتَّى ظَنَنَّا أَنَّهُ سَيُسَمِّيهِ سِوَى اسْمِهِ . قَالَ « أَلَيْسَ يَوْمَ النَّحْرِ » . قُلْنَا بَلَى . قَالَ « فَأَىُّ شَهْرٍ هَذَا » . فَسَكَتْنَا حَتَّى ظَنَنَّا أَنَّهُ سَيُسَمِّيهِ بِغَيْرِ اسْمِهِ . فَقَالَ « أَلَيْسَ بِذِى الْحِجَّةِ » . قُلْنَا بَلَى . قَالَ « فَإِنَّ دِمَاءَكُمْ وَأَمْوَالَكُمْ وَأَعْرَاضَكُمْ بَيْنَكُمْ حَرَامٌ كَحُرْمَةِ يَوْمِكُمْ هَذَا ، فِى شَهْرِكُمْ هَذَا ، فِى بَلَدِكُمْ هَذَا . لِيُبَلِّغِ الشَّاهِدُ الْغَائِبَ ، فَإِنَّ الشَّاهِدَ عَسَى أَنْ يُبَلِّغَ مَنْ هُوَ أَوْعَى لَهُ مِنْهُ » .

“Abdur-Rahmən ibn Əbu Bəkratə atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Vida həccində dəvəsinə mindi. Bir nəfər dəvənin ovsarından (və ya noxtasından tutmuşdu). Peyğəmbər ﷺ dedi: “Bu hansı gündür?” Biz susduq, çünki onun başqa bir ad deyəcəyini zənn etdik. O buyurdu: “Məgər bu gün qurban günü deyilmi?” Biz: “Bəli!”– deyə cavab verdik. Peyğəmbər ﷺ dedi: “Bu hansı aydır?”– deyə soruşdu. Biz susduq, çünki onun başqa bir ad deyəcəyini güman etdik. O dedi: “Məgər bu ay Zil-Hiccə ayı deyilmi?” Biz: “Bəli!”– deyə cavab verdik. O buyurdu: “Sizin qanınız, malınız və namusunuz, bu ayınız və bu şəhəriniz də bir-birinizə bu gününüzün haramlığı kimi haramdır. Qoy burada olanlar eşitdiklərini aramızda olmayanlara təbliğ etsinlər. Ola bilsin ki, burada olan kimsə bunu daha yaxşı qavrayan bir kimsəyə çatdırsın”.”

Abdur-Rahmən ibn Əbu Bəkratə atasından
Səhih

İstinad

Buxari, 67 (Elm, 9)

Səhih əl-Buxari — Elm kitabı