Peyğəmbər ﷺ səhabələri üzməsin (yormasın) deyə, onlara yalnız münasib gördükdə öyüd-nəsihət edər və elm öyrədərdi
حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنِ الأَعْمَشِ عَنْ أَبِى وَائِلٍ عَنِ ابْنِ مَسْعُودٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَخَوَّلُنَا بِالْمَوْعِظَةِ فِى الأَيَّامِ ، كَرَاهَةَ السَّآمَةِ عَلَيْنَا .
“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Dedikləri bizi üzüb-yormasın deyə, Peyğəmbər ﷺ bizə yalnız münasib günlərdə öyüd-nəsihət edərdi”.”
İbn Məsud
Səhihİstinad
Buxari, 68 (Elm, 10)
Səhih əl-Buxari — Elm kitabı