Elm kitabı

Elm alanlar üçün müəyyən günlər təyin etmək

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ قَالَ كَانَ عَبْدُ اللَّهِ يُذَكِّرُ النَّاسَ فِى كُلِّ خَمِيسٍ ، فَقَالَ لَهُ رَجُلٌ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ لَوَدِدْتُ أَنَّكَ ذَكَّرْتَنَا كُلَّ يَوْمٍ . قَالَ أَمَا إِنَّهُ يَمْنَعُنِى مِنْ ذَلِكَ أَنِّى أَكْرَهُ أَنْ أُمِلَّكُمْ ، وَإِنِّى أَتَخَوَّلُكُمْ بِالْمَوْعِظَةِ كَمَا كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَخَوَّلُنَا بِهَا ، مَخَافَةَ السَّآمَةِ عَلَيْنَا .

“Rəvayət edilir ki, Əbu Vail ﵀ demişdir: “Abdullah hər cümə axşamı insanlara nəsihət edirdi. Bir kişi ona dedi: “Ey Əbu Abdur-Rahmən, Allaha and olsun ki, sənin bizə hər gün nəsihət etməyini istəyirəm”. Abdullah ibn Məsud dedi: “Mənim sizə hər gün dərs deməyimin qarşısını alan mənim sizi usandırmamaq istəyimdir. Mən sizə dərs deməkdə sizin halınıza uyğun vaxt seçirəm, çünki Peyğəmbər ﷺ də bizim usanmamağımız üçün bizim halımıza uyğun vaxt seçərdi”.”

Əbu Vail
Səhih

İstinad

Buxari, 70 (Elm, 12)

Səhih əl-Buxari — Elm kitabı