Elm kitabı

Allah kimə xeyir nəsib etmək istəsə, ona dini başa düşməyi asanlaşdırar

حَدَّثَنَا سَعِيدُ بْنُ عُفَيْرٍ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ عَنْ يُونُسَ عَنِ ابْنِ شِهَابٍ قَالَ قَالَ حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ سَمِعْتُ مُعَاوِيَةَ خَطِيبًا يَقُولُ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِى الدِّينِ ، وَإِنَّمَا أَنَا قَاسِمٌ وَاللَّهُ يُعْطِى ، وَلَنْ تَزَالَ هَذِهِ الأُمَّةُ قَائِمَةً عَلَى أَمْرِ اللَّهِ لاَ يَضُرُّهُمْ مَنْ خَالَفَهُمْ حَتَّى يَأْتِىَ أَمْرُ اللَّهِ »

“Rəvayət edilir ki, Humeyd ibn Abdur-Rahmən ﵀ demişdir: “Mən Müaviyənin xitab edərək belə dediyini eşitdim: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Allah kimə xeyir nəsib etmək istəsə, ona dini başa düşməyi asanlaşdırar. Mən yalnız paylaşdırıram, verən isə Allahdır. Bu ümmətin (bir qismi) Allahın əmri gələnə qədər Allahın dini üzərində sabit qalacaq və belələrinə müxalif olanlar onlara heç bir zərər verə bilməyəcəklər”.”

Humeyd ibn Abdur-Rahmən
Səhih

İstinad

Buxari, 71 (Elm, 13)

Səhih əl-Buxari — Elm kitabı