Elm kitabı

Elmi dərindən anlamaq

حَدَّثَنَا عَلِىٌّ حَدَّثَنَا سُفْيَانُ قَالَ قَالَ لِى ابْنُ أَبِى نَجِيحٍ عَنْ مُجَاهِدٍ قَالَ صَحِبْتُ ابْنَ عُمَرَ إِلَى الْمَدِينَةِ فَلَمْ أَسْمَعْهُ يُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ حَدِيثًا وَاحِدًا ، قَالَ كُنَّا عِنْدَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأُتِىَ بِجُمَّارٍ فَقَالَ « إِنَّ مِنَ الشَّجَرِ شَجَرَةً مَثَلُهَا كَمَثَلِ الْمُسْلِمِ » . فَأَرَدْتُ أَنْ أَقُولَ هِىَ النَّخْلَةُ ، فَإِذَا أَنَا أَصْغَرُ الْقَوْمِ فَسَكَتُّ ، قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « هِىَ النَّخْلَةُ » .

“Rəvayət edilir ki, Mücahid ﵀ demişdir: “Mədinəyə doğru etdiyim bir səfər əsnasında İbn Ömərlə yol yoldaşı oldum. Səfər vaxtı ondan bir hədisdən başqa heç bir hədis eşitmədim. O dedi: “Biz Peyğəmbərin ﷺ yanında ikən oraya xurma ağacının özəyi gətirildi və Peyğəmbər ﷺ: “Ağaclar içərisində elə bir ağac var ki, onun məsəli müsəlmanın məsəlinə bənzəyir”– dedi. Mən “o, xurma ağacıdır” demək istədim, lakin baxdım ki, orada oturanların ən kiçiyi mənəm və buna görə də susdum. Peyğəmbər ﷺ buyurdu: “Bu, xurma ağacıdır”.”

Mücahid
Səhih

İstinad

Buxari, 72 (Elm, 14)

Səhih əl-Buxari — Elm kitabı