Elm kitabı

Elm almaq üçün səfərə çıxmaq

حَدَّثَنَا أَبُو الْقَاسِمِ خَالِدُ بْنُ خَلِىٍّ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ قَالَ قَالَ الأَوْزَاعِىُّ أَخْبَرَنَا الزُّهْرِىُّ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّهُ تَمَارَى هُوَ وَالْحُرُّ بْنُ قَيْسِ بْنِ حِصْنٍ الْفَزَارِىُّ فِى صَاحِبِ مُوسَى ، فَمَرَّ بِهِمَا أُبَىُّ بْنُ كَعْبٍ ، فَدَعَاهُ ابْنُ عَبَّاسٍ فَقَالَ إِنِّى تَمَارَيْتُ أَنَا وَصَاحِبِى هَذَا فِى صَاحِبِ مُوسَى الَّذِى سَأَلَ السَّبِيلَ إِلَى لُقِيِّهِ ، هَلْ سَمِعْتَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ شَأْنَهُ فَقَالَ أُبَىٌّ نَعَمْ ، سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ شَأْنَهُ يَقُولُ « بَيْنَمَا مُوسَى فِى مَلإٍ مِنْ بَنِى إِسْرَائِيلَ ، إِذْ جَاءَهُ رَجُلٌ فَقَالَ أَتَعْلَمُ أَحَدًا أَعْلَمَ مِنْكَ قَالَ مُوسَى لاَ . فَأَوْحَى اللَّهُ عَزَّ وَجَلَّ إِلَى مُوسَى بَلَى ، عَبْدُنَا خَضِرٌ ، فَسَأَلَ السَّبِيلَ إِلَى لُقِيِّهِ ، فَجَعَلَ اللَّهُ لَهُ الْحُوتَ آيَةً ، وَقِيلَ لَهُ إِذَا فَقَدْتَ الْحُوتَ فَارْجِعْ ، فَإِنَّكَ سَتَلْقَاهُ ، فَكَانَ مُوسَى صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَّبِعُ أَثَرَ الْحُوتِ فِى الْبَحْرِ . فَقَالَ فَتَى مُوسَى لِمُوسَى أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّى نَسِيتُ الْحُوتَ ، وَمَا أَنْسَانِيهِ إِلاَّ الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ . قَالَ مُوسَى ذَلِكَ مَا كُنَّا نَبْغِى . فَارْتَدَّا عَلَى آثَارِهِمَا قَصَصًا ، فَوَجَدَا خَضِرًا ، فَكَانَ مِنْ شَأْنِهِمَا مَا قَصَّ اللَّهُ فِى كِتَابِهِ » .

“Rəvayət edilir ki, bir dəfə İbn Abbas ﵄ Hurr ibn Qeys ibn Hisn əl-Fəzari ilə Musanın dostu haqda mübahisə etdi. Bu bəhsdə İbn Abbas dedi: “Musanın dostu Xıdırdır“. Bu vaxt onların yanından Ubey ibn Kəb keçirdi. İbn Abbas onu çağırıb dedi: “Mən bu yoldaşımla Musanın görüşmək üçün yol axtardığı dostu haqqında mübahisə etdim. Sən Peyğəmbərdən ﷺ onun haqqında bir şey eşitmisənmi?“ Ubey dedi: “Bəli, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Musa İsrail oğullarından olan camaatın arasında olarkən bir kişi gəlib ona dedi: “Səndən daha elmli bir kəs tanıyırsanmı?” Musa: “Xeyr!” dedi. Bu vaxt Allah Musaya belə vəhy etdi: “Əlbəttə ki, var. Qulumuz Xıdır (səndən daha elmlidir)”. Musa da onunla görüşmək yolunu soruşdu. Allah da onun üçün bir balığı əlamət etdi. Ona deyildi: “Balığı itirdiyin zaman qayıt, mütləq onunla qarşılaşacaqsan”. Musa dənizdə balığın izinə düşdü. Musanın yanında olan cavan oğlan dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu”. Musa: “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar” (əl-Kəhf, 63-64) və Xıdırı tapdılar. Allahın ﷿ Öz Kitabında olan hadisə də onlar haqdadır”.”

İbn Abbas
Səhih

İstinad

Buxari, 78 (Elm, 20)

Səhih əl-Buxari — Elm kitabı