Elm kitabı

Elm öyrənən və başqalarına öyrədənin fəziləti

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ أُسَامَةَ عَنْ بُرَيْدِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَثَلُ مَا بَعَثَنِى اللَّهُ بِهِ مِنَ الْهُدَى وَالْعِلْمِ كَمَثَلِ الْغَيْثِ الْكَثِيرِ أَصَابَ أَرْضًا ، فَكَانَ مِنْهَا نَقِيَّةٌ قَبِلَتِ الْمَاءَ ، فَأَنْبَتَتِ الْكَلأَ وَالْعُشْبَ الْكَثِيرَ ، وَكَانَتْ مِنْهَا أَجَادِبُ أَمْسَكَتِ الْمَاءَ ، فَنَفَعَ اللَّهُ بِهَا النَّاسَ ، فَشَرِبُوا وَسَقَوْا وَزَرَعُوا ، وَأَصَابَتْ مِنْهَا طَائِفَةً أُخْرَى ، إِنَّمَا هِىَ قِيعَانٌ لاَ تُمْسِكُ مَاءً ، وَلاَ تُنْبِتُ كَلأً ، فَذَلِكَ مَثَلُ مَنْ فَقِهَ فِى دِينِ اللَّهِ وَنَفَعَهُ مَا بَعَثَنِى اللَّهُ بِهِ ، فَعَلِمَ وَعَلَّمَ ، وَمَثَلُ مَنْ لَمْ يَرْفَعْ بِذَلِكَ رَأْسًا ، وَلَمْ يَقْبَلْ هُدَى اللَّهِ الَّذِى أُرْسِلْتُ بِهِ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ قَالَ إِسْحَاقُ وَكَانَ مِنْهَا طَائِفَةٌ قَيَّلَتِ الْمَاءَ . قَاعٌ يَعْلُوهُ الْمَاءُ ، وَالصَّفْصَفُ الْمُسْتَوِى مِنَ الأَرْضِ .

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Allahın mənim vasitəmlə göndərdiyi doğru yol göstəricisi və elm, torpağa düşən bol yağışa bənzəyir. Bu torpağın bir qismi münbit olduğundan, suyu canına çəkib müxtəlif növ bitkilər və çoxlu otlar yetişdirir; bir qismi də quru olduğundan, suyu üzərində saxlayır və Allah da onunla insanları faydalandırır. Onlar bu sudan içir, heyvanlarını və əkin sahələrini də sulayırlar. Bu yağışın düşdüyü elə bir yer də var ki, ora hamar olduğundan, nə suyu (üzərində) saxlayır, nə də bitki yetişdirir. Bu, Allahın dinini dərk edən, Allahın mənim vasitəmlə göndərdiyindən faydalanan, elm öyrənən və (bunu başqalarına) öyrədənlə buna tərəf başını belə qaldırmayan və Allahın mənim vasitəmlə göndərdiyi doğru yol göstəricisini qəbul etməyənin məsəlidir”.”

Əbu Musa
Səhih

İstinad

Buxari, 79 (Elm, 21)

Səhih əl-Buxari — Elm kitabı