Elm kitabı

Heyvanın və ya başqa bir şeyin üzərində oturmuş halda fətva vermək

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عِيسَى بْنِ طَلْحَةَ بْنِ عُبَيْدِ اللَّهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَقَفَ فِى حَجَّةِ الْوَدَاعِ بِمِنًى لِلنَّاسِ يَسْأَلُونَهُ ، فَجَاءَهُ رَجُلٌ فَقَالَ لَمْ أَشْعُرْ فَحَلَقْتُ قَبْلَ أَنْ أَذْبَحَ . فَقَالَ « اذْبَحْ وَلاَ حَرَجَ » . فَجَاءَ آخَرُ فَقَالَ لَمْ أَشْعُرْ ، فَنَحَرْتُ قَبْلَ أَنْ أَرْمِىَ . قَالَ « ارْمِ وَلاَ حَرَجَ » . فَمَا سُئِلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ شَىْءٍ قُدِّمَ وَلاَ أُخِّرَ إِلاَّ قَالَ افْعَلْ وَلاَ حَرَجَ .

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Vida həccində ona sual verən insanlar olduğu üçün Mina vadisində dayandı. Bir nəfər onun yanına gəlib dedi: “Bilmədim, qurban kəsməzdən əvvəl başımı qırxdırdım”. Peyğəmbər ﷺ buyurdu: “Eybi yoxdur, (indi) kəs!” Başqa birisi gəlib dedi: “Bilmədim, (cəmərələrə) daş atmazdan əvvəl qurban kəsdim”. Peyğəmbər ﷺ buyurdu: “Eybi yoxdur, (indi) at!” Həmin gün Peyğəmbərdən ﷺ (həcc ayinlərindən) önə keçirilmiş və ya təxirə salınmış hansı bir şey haqda soruşdularsa, o sadəcə: “Eybi yoxdur, (indi) elə”– deyə buyurdu”.”

Abdullah ibn Amr ibn əl-As
Səhih

İstinad

Buxari, 83 (Elm, 25)

Səhih əl-Buxari — Elm kitabı