Əl və ya başla işarə edərək suala cavab vermək
حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ حَدَّثَنَا أَيُّوبُ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ فِى حَجَّتِهِ فَقَالَ ذَبَحْتُ قَبْلَ أَنْ أَرْمِىَ ، فَأَوْمَأَ بِيَدِهِ قَالَ وَلاَ حَرَجَ . قَالَ حَلَقْتُ قَبْلَ أَنْ أَذْبَحَ . فَأَوْمَأَ بِيَدِهِ وَلاَ حَرَجَ .
“İbn Abbas ﵄ rəvayət edir ki, (Vida həccində) Peyğəmbərə ﷺ həccə aid belə bir sual verildi: “Mən qurbanı (cəmərəyə) daş atmazdan qabaq kəsdim”. Peyğəmbər ﷺ əli ilə işarə edərək: “Eybi yoxdur” dedi. Soruşan adam dedi: “Qurban kəsməzdən qabaq da başımı qırxdırdım”. Peyğəmbər ﷺ yenə də əli ilə işarə edərək: “Eybi yoxdur” dedi.”
İstinad
Buxari, 84 (Elm, 26)
Səhih əl-Buxari — Elm kitabı