Nəsihət etdikdə və elm öyrətdikdə xoşagəlməz bir şey görüb qəzəblənmək
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ بُرَيْدٍ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ سُئِلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَشْيَاءَ كَرِهَهَا ، فَلَمَّا أُكْثِرَ عَلَيْهِ غَضِبَ ، ثُمَّ قَالَ لِلنَّاسِ « سَلُونِى عَمَّا شِئْتُمْ » . قَالَ رَجُلٌ مَنْ أَبِى قَالَ « أَبُوكَ حُذَافَةُ » . فَقَامَ آخَرُ فَقَالَ مَنْ أَبِى يَا رَسُولَ اللَّهِ فَقَالَ « أَبُوكَ سَالِمٌ مَوْلَى شَيْبَةَ » . فَلَمَّا رَأَى عُمَرُ مَا فِى وَجْهِهِ قَالَ يَا رَسُولَ اللَّهِ ، إِنَّا نَتُوبُ إِلَى اللَّهِ عَزَّ وَجَلَّ .
“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişir: “Bir dəfə Peyğəmbər ﷺ xoşuna gəlməyən bəzi şeylər haqda soruşuldu. Ona verilən suallar çoxaldıqda o qəzəbləndi və camaata dedi: “Nə haqda (soruşmaq) istəyirsinizsə, soruşun.” Biri soruşdu: “Mənim atam kimdir?” Peyğəmbər ﷺ buyurdu: “Sənin atan Huzafədir”. Digəri ayağa qalxıb soruşdu: “Bəs mənim atam kimdir?” Peyğəmbər ﷺ buyurdu: “Atan Şeybənin köləlikdən azad etdiyi Səlimdir”. Ömər Peyğəmbərin ﷺ üzündəki qəzəbi gördükdə dedi: “Ey Allahın Elçisi! Həqiqətən, biz Allaha ﷿ tövbə edirik”.”
İstinad
Buxari, 92 (Elm, 34)
Səhih əl-Buxari — Elm kitabı