İmamın və ya mühəddisin qarşısında dizləri üstə oturmaq
حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ ، فَقَامَ عَبْدُ اللَّهِ بْنُ حُذَافَةَ فَقَالَ مَنْ أَبِى فَقَالَ « أَبُوكَ حُذَافَةُ » . ثُمَّ أَكْثَرَ أَنْ يَقُولَ « سَلُونِى » . فَبَرَكَ عُمَرُ عَلَى رُكْبَتَيْهِ فَقَالَ رَضِينَا بِاللَّهِ رَبًّا ، وَبِالإِسْلاَمِ دِينًا ، وَبِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَبِيًّا ، فَسَكَتَ .
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ (camaatın yanına) çıxdı. Abdullah ibn Huzafa ayağa qalxaraq dedi: “Mənim atam kimdir?” Peyğəmbər ﷺ dedi: “Sənin atan Huzafadır”. Sonra suallar çoxaldı və Peyğəmbər ﷺ: “Soruşun!”- dedikdə Ömər dizləri üstə düşüb dedi: “Rəbb olaraq Allahdan, din olaraq İslamdan və peyğəmbər olaraq Muhəmməddən ﷺ razıyıq”. Sonra insanların arasına sükut çökdü.”
İstinad
Buxari, 93 (Elm, 35)
Səhih əl-Buxari — Elm kitabı