Elm kitabı

Elmi yazmaq

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلاَمٍ قَالَ أَخْبَرَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ عَنْ مُطَرِّفٍ عَنِ الشَّعْبِىِّ عَنْ أَبِى جُحَيْفَةَ قَالَ قُلْتُ لِعَلِىٍّ هَلْ عِنْدَكُمْ كِتَابٌ قَالَ لاَ ، إِلاَّ كِتَابُ اللَّهِ ، أَوْ فَهْمٌ أُعْطِيَهُ رَجُلٌ مُسْلِمٌ ، أَوْ مَا فِى هَذِهِ الصَّحِيفَةِ . قَالَ قُلْتُ فَمَا فِى هَذِهِ الصَّحِيفَةِ قَالَ الْعَقْلُ ، وَفَكَاكُ الأَسِيرِ ، وَلاَ يُقْتَلُ مُسْلِمٌ بِكَافِرٍ .

“Rəvayət edilir ki, Əbu Cuheyfə ﵀ demişdir: “Mən Əlidən soruşdum: “Sizdə Allahın Kitabından başqa (bir məlumat) var?” O dedi: “Xeyr, yalnız Allahın Kitabı, müsəlmana verilən anlayış və bir də bu səhifələrin içində olanlardır”. Mən: “Səhifələrdə nə yazılmışdır?”– deyə soruşdum. O dedi: “Qanbahasını ödəmək, əsirləri azad etmək və kafirə görə müsəlmanı öldürməmək”.”

Əbu Cuheyfə
Səhih

İstinad

Buxari, 111 (Elm, 53)

Səhih əl-Buxari — Elm kitabı