Elmi yazmaq
حَدَّثَنَا أَبُو نُعَيْمٍ الْفَضْلُ بْنُ دُكَيْنٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ خُزَاعَةَ قَتَلُوا رَجُلاً مِنْ بَنِى لَيْثٍ عَامَ فَتْحِ مَكَّةَ بِقَتِيلٍ مِنْهُمْ قَتَلُوهُ ، فَأُخْبِرَ بِذَلِكَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَرَكِبَ رَاحِلَتَهُ ، فَخَطَبَ فَقَالَ « إِنَّ اللَّهَ حَبَسَ عَنْ مَكَّةَ الْقَتْلَ - أَوِ الْفِيلَ شَكَّ أَبُو عَبْدِ اللَّهِ - وَسَلَّطَ عَلَيْهِمْ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالْمُؤْمِنِينَ ، أَلاَ وَإِنَّهَا لَمْ تَحِلَّ لأَحَدٍ قَبْلِى ، وَلاَ تَحِلُّ لأَحَدٍ بَعْدِى أَلاَ وَإِنَّهَا حَلَّتْ لِى سَاعَةً مِنْ نَهَارٍ ، أَلاَ وَإِنَّهَا سَاعَتِى هَذِهِ حَرَامٌ ، لاَ يُخْتَلَى شَوْكُهَا ، وَلاَ يُعْضَدُ شَجَرُهَا ، وَلاَ تُلْتَقَطُ سَاقِطَتُهَا إِلاَّ لِمُنْشِدٍ ، فَمَنْ قُتِلَ فَهُوَ بِخَيْرِ النَّظَرَيْنِ إِمَّا أَنْ يُعْقَلَ ، وَإِمَّا أَنْ يُقَادَ أَهْلُ الْقَتِيلِ » . فَجَاءَ رَجُلٌ مِنْ أَهْلِ الْيَمَنِ فَقَالَ اكْتُبْ لِى يَا رَسُولَ اللَّهِ . فَقَالَ « اكْتُبُوا لأَبِى فُلاَنٍ » . فَقَالَ رَجُلٌ مِنْ قُرَيْشٍ إِلاَّ الإِذْخِرَ يَا رَسُولَ اللَّهِ ، فَإِنَّا نَجْعَلُهُ فِى بُيُوتِنَا وَقُبُورِنَا . فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِلاَّ الإِذْخِرَ ، إِلاَّ الإِذْخِرَ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ يُقَالُ يُقَادُ بِالْقَافِ . فَقِيلَ لأَبِى عَبْدِ اللَّهِ أَىُّ شَىْءٍ كَتَبَ لَهُ قَالَ كَتَبَ لَهُ هَذِهِ الْخُطْبَةَ .
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Xuzəalılar (cahiliyyə vaxtı) öldürülmüş bir müşrikə görə Leys oğullarından birini Məkkənin fəthi olan ildə öldürmüşdülər. Bu xəbər Peyğəmbərə ﷺ gəlib çatdıqda dəvəsinə mindi və xitab edərək belə buyurdu: “Allah Məkkədə qətl törətməyə izin verməmiş (və ya filləri ora buraxmamışdır), üstəlik Məkkə əhalisi üzərində hökmranlığı Allah Elçisinə ﷺ və möminlərə həvalə etmişdir. Bilin ki, Məkkə məndən əvvəl heç kimə halal olmadığı kimi, məndən sonra da heç kimə halal olmayacaq. Bilin ki, o, ancaq bir günün bir saatında yalnız mənim üçün halal buyurulmuşdur. Bilin ki, bu saat o, artıq mənim üçün də haramdır. (Buna görə də) Məkkədə tikan kəsilməməli, ağaca balta dəyməməli və itmiş əşya götürülməməlidir. (Əşyanın sahibini) axtarıb tapmaq istəyən (kəsin götürdüyü) isə istisnadır. (Onu da bilin ki,) qətlə yetirilmiş kəsin (varisi) iki şeydən birini seçə bilər: ya ona qanbahası verilməli, ya da qatildən qisas almalıdır”. Bu vaxt Yəməndən olan biri yaxınlaşıb dedi: “(Bu söylədiklərini) mənim üçün yaz, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ də buyurdu: “(Bunu) Əbu Filankəs üçün yazın!” Sonra Qureyşdən olan biri dedi: “Ətirli qamışdan başqa, ey Allahın Elçisi! Axı biz onu evlərimizdə və qəbirlərimizdə istifadə edirik”. Peyğəmbər ﷺ də buyurdu: “Ətirli qamışdan başqa, ətirli qamışdan başqa”. ...Əbu Abdullah əl-Buxaridən soruşdular: “Peyğəmbər ﷺ onun üçün nə yazdı?” O dedi: “Peyğəmbər ﷺ onun üçün bu xütbəni yazdı”.”
İstinad
Buxari, 112 (Elm, 54)
Səhih əl-Buxari — Elm kitabı