Elm kitabı

Elm almaq xatirinə gecə oyaq qalaraq söhbət etmək

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا الْحَكَمُ قَالَ سَمِعْتُ سَعِيدَ بْنَ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ بِتُّ فِى بَيْتِ خَالَتِى مَيْمُونَةَ بِنْتِ الْحَارِثِ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَهَا فِى لَيْلَتِهَا ، فَصَلَّى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ ، ثُمَّ جَاءَ إِلَى مَنْزِلِهِ ، فَصَلَّى أَرْبَعَ رَكَعَاتٍ ، ثُمَّ نَامَ ، ثُمَّ قَامَ ، ثُمَّ قَالَ « نَامَ الْغُلَيِّمُ » . أَوْ كَلِمَةً تُشْبِهُهَا ، ثُمَّ قَامَ فَقُمْتُ عَنْ يَسَارِهِ ، فَجَعَلَنِى عَنْ يَمِينِهِ ، فَصَلَّى خَمْسَ رَكَعَاتٍ ثُمَّ صَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ نَامَ حَتَّى سَمِعْتُ غَطِيطَهُ - أَوْ خَطِيطَهُ - ثُمَّ خَرَجَ إِلَى الصَّلاَةِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ zövcəsi – xalam Məymunə bint əl-Harisin evində gecələdim. Həmin gecə Peyğəmbər ﷺ də onun yanında idi. Peyğəmbər ﷺ İşa namazını (məsciddə) qıldıqdan sonra evinə qayıtdı və dörd rükət namaz qıldı. Sonra isə uzanıb yatdı. Bir müddət keçdikdən sonra o oyanıb soruşdu: “Uşaq yatdımı?” (Və ya buna bənzər bir söz dedi). Sonra o, namaz qılmaq üçün durdu, mən də gəlib onun sol tərəfində durdum. O məni sağ tərəfinə keçirtdi və beş rükət namaz qıldı. Bunun ardından iki rükət də qıldı. Sonra isə uzanıb yatdı, belə ki mən onun xorultusunu eşitdim. (Bir müddət keçdikdən) sonra isə qalxıb (Sübh namazını qılmaq üçün) namaza getdi”.”

İbn Abbas
Səhih

İstinad

Buxari, 117 (Elm, 59)

Səhih əl-Buxari — Elm kitabı