Elm kitabı

Elmi qorumaq

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ إِنَّ النَّاسَ يَقُولُونَ أَكْثَرَ أَبُو هُرَيْرَةَ ، وَلَوْلاَ آيَتَانِ فِى كِتَابِ اللَّهِ مَا حَدَّثْتُ حَدِيثًا ، ثُمَّ يَتْلُو { إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ } إِلَى قَوْلِهِ { الرَّحِيمُ } إِنَّ إِخْوَانَنَا مِنَ الْمُهَاجِرِينَ كَانَ يَشْغَلُهُمُ الصَّفْقُ بِالأَسْوَاقِ ، وِإِنَّ إِخْوَانَنَا مِنَ الأَنْصَارِ كَانَ يَشْغَلُهُمُ الْعَمَلُ فِى أَمْوَالِهِمْ ، وَإِنَّ أَبَا هُرَيْرَةَ كَانَ يَلْزَمُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِشِبَعِ بَطْنِهِ وَيَحْضُرُ مَا لاَ يَحْضُرُونَ ، وَيَحْفَظُ مَا لاَ يَحْفَظُونَ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “İnsanlar: “Əbu Hureyra çox hədis danışır”– deyirlər. Halbuki Allahın Kitabındakı bu iki ayə olmasaydı, mən bir hədis belə rəvayət etməzdim”. Sonra Əbu Hureyra bu ayələri oxudu: “Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar! Yalnız tövbə edənlər, əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!” (əl-Bəqərə, 159-160)”. Sonra isə Əbu Hureyra belə dedi: “Mühacir qardaşlarımız bazarlarda alverlə, ənsar qardaşlarımız isə mal-dövlətlərini yerbəyer etməklə məşğul idilər, o vaxt Əbu Hureyra bir qarın yeməklə kifayətlənərək Allah Elçisindən ﷺ ayrılmaz, onların iştirak etmədikləri məclislərdə iştirak edər və yadda saxlamadıqları sözləri yadında saxlayardı”.”

Əbu Hureyra
Səhih

İstinad

Buxari, 118 (Elm, 60)

Səhih əl-Buxari — Elm kitabı