Elm kitabı

Kiçik Cəmərələrə daş atdıqda sual və cavab

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِى سَلَمَةَ عَنِ الزُّهْرِىِّ عَنْ عِيسَى بْنِ طَلْحَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَ الْجَمْرَةِ وَهُوَ يُسْأَلُ ، فَقَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ نَحَرْتُ قَبْلَ أَنْ أَرْمِىَ . قَالَ « ارْمِ وَلاَ حَرَجَ » . قَالَ آخَرُ يَا رَسُولَ اللَّهِ حَلَقْتُ قَبْلَ أَنْ أَنْحَرَ . قَالَ « انْحَرْ وَلاَ حَرَجَ » . فَمَا سُئِلَ عَنْ شَىْءٍ قُدِّمَ وَلاَ أُخِّرَ إِلاَّ قَالَ افْعَلْ وَلاَ حَرَجَ .

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Mən Peyğəmbəri ﷺ Cəməratın yanında gördüm, ona sual verilirdi. Bir kişi dedi: “Ey Allahın Elçisi! Bilmədən, (şeytana) daş atmazdan əvvəl qurban kəsdim”. Peyğəmbər ﷺ: “Eyib etməz, (indi) at!”– deyə buyurdu. Başqa birisi gəlib dedi: “Bilmədən, qurban kəsməzdən əvvəl başımı qırxdırdım”. Peyğəmbər ﷺ: “Eybi yoxdur, (indi) kəs!”– deyə buyurdu. Həmin gün Peyğəmbərdən ﷺ (qurban kəsmək, baş qırxdırmaq, daş atmaq, təvaf etmək kimi) önə keçirilmiş və ya təxirə salınmış nə haqda soruşdularsa, o sadəcə: “Eybi yoxdur, (indi) elə”– deyə buyurdu”.”

Abdullah ibn Amr
Səhih

İstinad

Buxari, 124 (Elm, 66)

Səhih əl-Buxari — Elm kitabı