Uca Allahın: “Sizə yalnız az bir bilik verilmişdir” (əl-İsra, 85) – kəlamı
حَدَّثَنَا قَيْسُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا الأَعْمَشُ سُلَيْمَانُ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ قَالَ بَيْنَا أَنَا أَمْشِى مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى خَرِبِ الْمَدِينَةِ ، وَهُوَ يَتَوَكَّأُ عَلَى عَسِيبٍ مَعَهُ ، فَمَرَّ بِنَفَرٍ مِنَ الْيَهُودِ ، فَقَالَ بَعْضُهُمْ لِبَعْضٍ سَلُوهُ عَنِ الرُّوحِ . وَقَالَ بَعْضُهُمْ لاَ تَسْأَلُوهُ لاَ يَجِىءُ فِيهِ بِشَىْءٍ تَكْرَهُونَهُ . فَقَالَ بَعْضُهُمْ لَنَسْأَلَنَّهُ . فَقَامَ رَجُلٌ مِنْهُمْ فَقَالَ يَا أَبَا الْقَاسِمِ ، مَا الرُّوحُ فَسَكَتَ . فَقُلْتُ إِنَّهُ يُوحَى إِلَيْهِ . فَقُمْتُ ، فَلَمَّا انْجَلَى عَنْهُ ، قَالَ { وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّى وَمَا أُوتُوا مِنَ الْعِلْمِ إِلاَّ قَلِيلاً } . قَالَ الأَعْمَشُ هَكَذَا فِى قِرَاءَتِنَا .
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Mən Peyğəmbərlə ﷺ birlikdə Mədinədə olan xarabalıqların birindən keçirdim. Peyğəmbər ﷺ xurma ağacından olan bir əsaya söykənə-söykənə gedirdi. Bu vaxt biz bir dəstə yəhudinin yanından keçərkən onlar bir-birinə dedilər: “Ondan ruh barəsində soruşun”. Onlardan bəziləri: “Soruşmayın! Ola bilsin ki, onun verdiyi cavab sizin xoşunuza gəlməz”, o biriləri isə: “Yox! Mütləq soruşacağıq”– dedilər. Bir kişi ayağa qalxıb dedi: “Ey Əbul-Qasım, ruh nədir?” Peyğəmbər ﷺ susdu. Mən öz-özümə: “Yəqin ki, ona vəhy nazil olur”– dedim və ayağa qalxdım. Vəhy nazil olduqdan sonra Peyğəmbər ﷺ onlara bu ayəni oxudu: “Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (əl-İsra, 85)”.”
İstinad
Buxari, 125 (Elm, 67)
Səhih əl-Buxari — Elm kitabı