Mənini yumaq və (ya) ovxalamaq, qadından ərinə dəyən şeyləri yumaq
حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا يَزِيدُ قَالَ حَدَّثَنَا عَمْرٌو عَنْ سُلَيْمَانَ قَالَ سَمِعْتُ عَائِشَةَ ح وَحَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ مَيْمُونٍ عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ قَالَ سَأَلْتُ عَائِشَةَ عَنِ الْمَنِىِّ يُصِيبُ الثَّوْبَ فَقَالَتْ كُنْتُ أَغْسِلُهُ مِنْ ثَوْبِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيَخْرُجُ إِلَى الصَّلاَةِ وَأَثَرُ الْغَسْلِ فِى ثَوْبِهِ بُقَعُ الْمَاءِ .
“Rəvayət edilir ki, Süleyman ibn Yəsar ﵀ demişdir: “Mən Aişəyə paltara bulaşan məni haqda sual verdim. O dedi: “Mən onu Allah Elçisinin ﷺ paltarından yuyub təmizləyərdim. O da paltarında yuduğumun izləri qala-qala namaz qılmağa gedərdi”.”
İstinad
Buxari, 230 (Dəstəmaz, 96)
Səhih əl-Buxari — Dəstəmaz kitabı