Cənabət və başqa haldan yuyunmağın və yuyulan şeydən izin getməməsi
حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ مَيْمُونٍ قَالَ سَأَلْتُ سُلَيْمَانَ بْنَ يَسَارٍ فِى الثَّوْبِ تُصِيبُهُ الْجَنَابَةُ قَالَ قَالَتْ عَائِشَةُ كُنْتُ أَغْسِلُهُ مِنْ ثَوْبِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ يَخْرُجُ إِلَى الصَّلاَةِ وَأَثَرُ الْغَسْلِ فِيهِ بُقَعُ الْمَاءِ .
“Rəvayət edilir ki, Amr ibn Məymun ﵀ demişdir: “Mən Süleyman ibn Yəsardan paltara cənabətdən dəyən ləkələr haqda soruşdum. O dedi ki, Aişə belə demişdir: “Mən onu Allah Elçisinin ﷺ paltarından yuyar, ondan sonra o da paltarında yuduğumun izləri qala-qala namaz qılmağa gedərdi”.”
İstinad
Buxari, 231 (Dəstəmaz, 97)
Səhih əl-Buxari — Dəstəmaz kitabı