Heyzli qadının ərinin başını yuması və saçlarını daraması
حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا هِشَامُ بْنُ يُوسُفَ أَنَّ ابْنَ جُرَيْجٍ أَخْبَرَهُمْ قَالَ أَخْبَرَنِى هِشَامٌ عَنْ عُرْوَةَ أَنَّهُ سُئِلَ أَتَخْدُمُنِى الْحَائِضُ أَوْ تَدْنُو مِنِّى الْمَرْأَةُ وَهْىَ جُنُبٌ فَقَالَ عُرْوَةُ كُلُّ ذَلِكَ عَلَىَّ هَيِّنٌ ، وَكُلُّ ذَلِكَ تَخْدُمُنِى ، وَلَيْسَ عَلَى أَحَدٍ فِى ذَلِكَ بَأْسٌ ، أَخْبَرَتْنِى عَائِشَةُ أَنَّهَا كَانَتْ تُرَجِّلُ - تَعْنِى - رَأْسَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهِىَ حَائِضٌ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حِينَئِذٍ مُجَاوِرٌ فِى الْمَسْجِدِ ، يُدْنِى لَهَا رَأْسَهُ وَهْىَ فِى حُجْرَتِهَا ، فَتُرَجِّلُهُ وَهْىَ حَائِضٌ .
“Rəvayət edilir ki, Urvadan ﵁ soruşuldu: “Heyzli qadının mənə xidmət etməsi və ya o, cənabətli olduğu halda mənim yanıma gəlməsi icazəlidirmi?” Urva dedi: “Bunun hamısı icazəlidir, elə də olan, belə də olan mənə xidmət edər. Bunda heç bir qəbahət yoxdur. Aişə mənə xəbər vermişdir ki, Allah Elçisi ﷺ də məsciddə (etikaf etdiyi) zaman başını Aişəyə tərəf uzadar, o da heyzli olduğu halda və öz hücrəsində ikən onun başını darayardı”.”
İstinad
Buxari, 296 (Heyz, 3)
Səhih əl-Buxari — Heyz kitabı