حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ الْقَاسِمِ قَالَ سَمِعْتُ الْقَاسِمَ يَقُولُ سَمِعْتُ عَائِشَةَ تَقُولُ خَرَجْنَا لاَ نَرَى إِلاَّ الْحَجَّ ، فَلَمَّا كُنَّا بِسَرِفَ حِضْتُ ، فَدَخَلَ عَلَىَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أَبْكِى قَالَ « مَا لَكِ أَنُفِسْتِ » . قُلْتُ نَعَمْ . قَالَ « إِنَّ هَذَا أَمْرٌ كَتَبَهُ اللَّهُ عَلَى بَنَاتِ آدَمَ ، فَاقْضِى مَا يَقْضِى الْحَاجُّ ، غَيْرَ أَنْ لاَ تَطُوفِى بِالْبَيْتِ » . قَالَتْ وَضَحَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ نِسَائِهِ بِالْبَقَرِ .
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Həcc ziyarətini yerinə yetirmək məqsədilə yola çıxdıq. Gəlib Sərifə çatdıqda mən heyz oldum. Allah Elçisi ﷺ mənim yanıma girib ağladığımı gördü və dedi: “Sənə nə olub? Yoxsa heyz olmusan?” Mən: “Bəli!”– deyə cavab verdim. O dedi: “Bu, Allahın Adəm qızları üçün əzəldən müəyyən etdiyi bir işdir. Buna görə də sən həcc edənlərin Evi (Kəbəni) təvaf etməkdən başqa yerinə yetirdiyi (həcc əməllərinin hamısını) yerinə yetir”. Aişə dedi: “Allah Elçisi ﷺ öz qadınları adından qurban olaraq bir inək kəsdi”.”