Paltarını geyinmiş heyzli qadınla bir yataqda yatmaq
حَدَّثَنَا سَعْدُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ زَيْنَبَ ابْنَةِ أَبِى سَلَمَةَ حَدَّثَتْهُ أَنَّ أُمَّ سَلَمَةَ قَالَتْ حِضْتُ وَأَنَا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْخَمِيلَةِ ، فَانْسَلَلْتُ فَخَرَجْتُ مِنْهَا ، فَأَخَذْتُ ثِيَابَ حِيضَتِى فَلَبِسْتُهَا ، فَقَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَنُفِسْتِ » . قُلْتُ نَعَمْ ، فَدَعَانِى فَأَدْخَلَنِى مَعَهُ فِى الْخَمِيلَةِ . قَالَتْ وَحَدَّثَتْنِى أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُقَبِّلُهَا وَهُوَ صَائِمٌ ، وَكُنْتُ أَغْتَسِلُ أَنَا وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ مِنَ الْجَنَابَةِ .
“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən Peyğəmbərlə ﷺ birlikdə bir bürüncəyə bürünüb uzandığım vaxt heyz oldum. Sonra sakitcə bürüncəyin altından çıxdım və heyz paltarımı götürüb geyindim. Paltarımı geyinəndən sonra Allah Elçisi ﷺ məndən soruşdu: “Olmaya, nifas (heyz) olmusan?” Mən: “Bəli”– dedim. Onda o məni yanına çağırıb bürüncəyin altına aldı”. Ummu Sələmə rəvayət edir ki, Peyğəmbər ﷺ oruclu halda onu öpərdi. Həmçinin demişdir: “Mən Peyğəmbər ﷺ ilə bir qabdan su götürərək cənabət qüslu alardım”.”
İstinad
Buxari, 322 (Heyz, 29)
Səhih əl-Buxari — Heyz kitabı