Heyz kitabı

Heyz paltarı ilə təmiz halda paltarı olan

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ زَيْنَبَ ابْنَةِ أَبِى سَلَمَةَ عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ بَيْنَا أَنَا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مُضْطَجِعَةً فِى خَمِيلَةٍ حِضْتُ ، فَانْسَلَلْتُ فَأَخَذْتُ ثِيَابَ حِيضَتِى فَقَالَ « أَنُفِسْتِ » . فَقُلْتُ نَعَمْ . فَدَعَانِى فَاضْطَجَعْتُ مَعَهُ فِى الْخَمِيلَةِ .

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən Peyğəmbərlə ﷺ bərabər (üzərində naxışlar olan) bir əbaya bürünüb uzandığım vaxt birdən heyz oldum və yavaşca qalxıb heyz paltarımı götürdüm. (Paltarımı geyindikdən sonra) Peyğəmbər ﷺ: “Olmaya, nifas (heyz) oldun?”– deyə soruşdu. Mən: “Bəli!”– deyə cavab verdim. O məni yanına çağırdı və mən onunla birlikdə əbaya bürünüb yatdım”.”

Ummu Sələmə
Səhih

İstinad

Buxari, 323 (Heyz, 30)

Səhih əl-Buxari — Heyz kitabı