Heyz kitabı

Qadının heyzdən qüsl alması

حَدَّثَنَا مُسْلِمٌ قَالَ حَدَّثَنَا وُهَيْبٌ حَدَّثَنَا مَنْصُورٌ عَنْ أُمِّهِ عَنْ عَائِشَةَ أَنَّ امْرَأَةً مِنَ الأَنْصَارِ قَالَتْ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ أَغْتَسِلُ مِنَ الْمَحِيضِ قَالَ « خُذِى فِرْصَةً مُمَسَّكَةً ، فَتَوَضَّئِى ثَلاَثًا » . ثُمَّ إِنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَحْيَا فَأَعْرَضَ بِوَجْهِهِ أَوْ قَالَ « تَوَضَّئِى بِهَا » فَأَخَذْتُهَا فَجَذَبْتُهَا فَأَخْبَرْتُهَا بِمَا يُرِيدُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Aişə ﵂ rəvayət edir ki, ənsardan olan bir qadın Peyğəmbərə ﷺ dedi: “Heyzdən necə qüsl alım?” Peyğəmbər ﷺ buyurdu: “Müşkə batırılmış yun və ya pambıq parça götür və onunla (bulaşan yerləri) üç dəfə yuyaraq təmizlə”. Sonra Peyğəmbər ﷺ utandı və üzünü kənara çevirdi. Mən o qadını özümə tərəf çəkib Peyğəmbərin ﷺ başa salmaq istədiyi şeyi ona izah etdim.”

Aişə
Səhih

İstinad

Buxari, 315 (Heyz, 22)

Səhih əl-Buxari — Heyz kitabı