Heyz kitabı

Qadının heyzdən yuyunması zaman bədənini ovxalaması

حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ عَنْ مَنْصُورِ ابْنِ صَفِيَّةَ عَنْ أُمِّهِ عَنْ عَائِشَةَ أَنَّ امْرَأَةً سَأَلَتِ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ غُسْلِهَا مِنَ الْمَحِيضِ ، فَأَمَرَهَا كَيْفَ تَغْتَسِلُ قَالَ « خُذِى فِرْصَةً مِنْ مِسْكٍ فَتَطَهَّرِى بِهَا » . قَالَتْ كَيْفَ أَتَطَهَّرُ قَالَ « تَطَهَّرِى بِهَا » . قَالَتْ كَيْفَ قَالَ « سُبْحَانَ اللَّهِ تَطَهَّرِى » . فَاجْتَبَذْتُهَا إِلَىَّ فَقُلْتُ تَتَبَّعِى بِهَا أَثَرَ الدَّمِ .

“Aişə ﵂ rəvayət edir ki, bir qadın Peyğəmbərdən ﷺ heyzdən sonra yuyunması barədə soruşdu. Peyğəmbər ﷺ ona necə yuyunacağını başa salıb buyurdu: “Müşkə batırılmış yun (və ya pambıq) parça götür və onunla təmizlən”. Qadın dedi: “Necə təmizlənim?” Peyğəmbər ﷺ buyurdu: “Onunla təmizlən”. Qadın yenə dedi: “Axı necə?” Peyğəmbər ﷺ: “Subhən-Allah! Onunla təmizlən”– deyə buyurdu. Mən o qadını özümə tərəf çəkib dedim: “Onunla qan ləkələri qalmış yerləri silib təmizlə”.”

Aişə
Səhih

İstinad

Buxari, 314 (Heyz, 21)

Səhih əl-Buxari — Heyz kitabı