Heyz kitabı

Heyzdən təmizlənmiş qadının qüsl alarkən ətirlənməsi

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الْوَهَّابِ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ حَفْصَةَ - قَالَ أَبُو عَبْدِ اللَّهِ أَوْ هِشَامِ بْنِ حَسَّانَ عَنْ حَفْصَةَ عَنْ أُمِّ عَطِيَّةَ - قَالَتْ كُنَّا نُنْهَى أَنْ نُحِدَّ عَلَى مَيِّتٍ فَوْقَ ثَلاَثٍ ، إِلاَّ عَلَى زَوْجٍ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ، وَلاَ نَكْتَحِلَ وَلاَ نَتَطَيَّبَ وَلاَ نَلْبَسَ ثَوْبًا مَصْبُوغًا إِلاَّ ثَوْبَ عَصْبٍ ، وَقَدْ رُخِّصَ لَنَا عِنْدَ الطُّهْرِ إِذَا اغْتَسَلَتْ إِحْدَانَا مِنْ مَحِيضِهَا فِى نُبْذَةٍ مِنْ كُسْتِ أَظْفَارٍ ، وَكُنَّا نُنْهَى عَنِ اتِّبَاعِ الْجَنَائِزِ . قَالَ رَوَاهُ هِشَامُ بْنُ حَسَّانَ عَنْ حَفْصَةَ عَنْ أُمِّ عَطِيَّةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Ölüyə üç gündən artıq yas saxlamaq bizə qadağan edilərdi. Yalnız vəfat edən ər üçün dörd ay on gün yas saxlamaq müstəsna idi. Bu müddət ərzində biz Yəmən bürüncəyindən başqa nə sürmə çəkər, nə ətirlənər, nə də rəngli paltarlar geyinərdik. Bizdən birimiz heyzdən təmizləndikdən sonra qüsl almaq istədikdə ona kustu əzfardan istifadə etməyə rüsxət verilərdi. Həmçinin cənazənin ardınca getmək bizə qadağan edilərdi”.”

Ummu Atiyyə
Səhih

İstinad

Buxari, 313 (Heyz, 20)

Səhih əl-Buxari — Heyz kitabı