Qadının heyzdən təmizləndikdən sonra qüsl aldıqda daranması
حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ حَدَّثَنَا إِبْرَاهِيمُ حَدَّثَنَا ابْنُ شِهَابٍ عَنْ عُرْوَةَ أَنَّ عَائِشَةَ قَالَتْ أَهْلَلْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى حَجَّةِ الْوَدَاعِ ، فَكُنْتُ مِمَّنْ تَمَتَّعَ ، وَلَمْ يَسُقِ الْهَدْىَ ، فَزَعَمَتْ أَنَّهَا حَاضَتْ ، وَلَمْ تَطْهُرْ حَتَّى دَخَلَتْ لَيْلَةُ عَرَفَةَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ ، هَذِهِ لَيْلَةُ عَرَفَةَ ، وَإِنَّمَا كُنْتُ تَمَتَّعْتُ بِعُمْرَةٍ . فَقَالَ لَهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « انْقُضِى رَأْسَكِ ، وَامْتَشِطِى ، وَأَمْسِكِى عَنْ عُمْرَتِكِ » . فَفَعَلْتُ ، فَلَمَّا قَضَيْتُ الْحَجَّ أَمَرَ عَبْدَ الرَّحْمَنِ لَيْلَةَ الْحَصْبَةِ فَأَعْمَرَنِى مِنَ التَّنْعِيمِ مَكَانَ عُمْرَتِى الَّتِى نَسَكْتُ .
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Vida həccində Allah Elçisi ilə ﷺ birlikdə niyyət edib ehrama girdim. Mən təməttu həccinə niyyət edib özü ilə qurbanlıq heyvanı sürüb gətirməyən kəslərdən idim”. Ravi deyir ki, Aişə heyz olduğunu və Arafa gecəsi gələnə qədər təmizlənmədiyini söylədi. Aişə dedi: “Ey Allahın Elçisi! Bu, Arəfa gecəsidir. Mən isə ehrama ancaq ümrə niyyəti ilə girmişdim”. Allah Elçisi ﷺ ona: buyurdu: “Saçlarını aç, daran və ümrəni sonraya saxla”. Aişə deyir: “Mən onun dediyini yerinə yetirdim. Mən Həcc ziyarətini başa vurduqdan sonra Muhəssəbdə olduğumuz gecə Peyğəmbər ﷺ qardaşım Abdur-Rahmənə məni Tən'imə aparmağı əmr etdi və mən yenidən ümrə niyyəti ilə ehrama girdim”.”
İstinad
Buxari, 316 (Heyz, 23)
Səhih əl-Buxari — Heyz kitabı