Heyz kitabı

Qadının heyzdən təmizləndikdən sonra qüsl aldıqda saçlarını açması

حَدَّثَنَا عُبَيْدُ بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ خَرَجْنَا مُوَافِينَ لِهِلاَلِ ذِى الْحِجَّةِ ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ أَحَبَّ أَنْ يُهِلَّ بِعُمْرَةٍ فَلْيُهْلِلْ ، فَإِنِّى لَوْلاَ أَنِّى أَهْدَيْتُ لأَهْلَلْتُ بِعُمْرَةٍ » . فَأَهَلَّ بَعْضُهُمْ بِعُمْرَةٍ ، وَأَهَلَّ بَعْضُهُمْ بِحَجٍّ ، وَكُنْتُ أَنَا مِمَّنْ أَهَلَّ بِعُمْرَةٍ ، فَأَدْرَكَنِى يَوْمُ عَرَفَةَ وَأَنَا حَائِضٌ ، فَشَكَوْتُ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « دَعِى عُمْرَتَكِ ، وَانْقُضِى رَأْسَكِ وَامْتَشِطِى ، وَأَهِلِّى بِحَجٍّ » . فَفَعَلْتُ حَتَّى إِذَا كَانَ لَيْلَةُ الْحَصْبَةِ أَرْسَلَ مَعِى أَخِى عَبْدَ الرَّحْمَنِ بْنَ أَبِى بَكْرٍ ، فَخَرَجْتُ إِلَى التَّنْعِيمِ ، فَأَهْلَلْتُ بِعُمْرَةٍ مَكَانَ عُمْرَتِى . قَالَ هِشَامٌ وَلَمْ يَكُنْ فِى شَىْءٍ مِنْ ذَلِكَ هَدْىٌ وَلاَ صَوْمٌ وَلاَ صَدَقَةٌ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz (Həcc ziyarətini yerinə yetirmək üçün) Zil-Hiccənin birinci günü yola çıxdıq. Allah Elçisi ﷺ buyurdu: “Kim ümrə niyyəti ilə ehrama girmək istəyirsə, qoy (istədiyi kimi) ehrama girsin. Əgər qurbanlıq heyvanı özümlə gətirməsəydim, mən də ümrə niyyəti ilə ehrama girərdim”. Beləliklə də kimisi ümrə niyyəti ilə, kimisi də Həcc niyyəti ilə ehrama girdi. Mən ümrə niyyəti ilə ehrama girən kəslərdən idim. Arafa günü gəlib yetişdikdə mən heyzli idim. Odur ki, Peyğəmbərə ﷺ şikayət etdim. O buyurdu: “Ümrəni sonraya saxla, saçlarını aç, daran və Həcc niyyəti ilə ehrama gir”. Mən onun dediyini yerinə yetirdim. Muhəssəbdə olduğumuz gecə Peyğəmbər ﷺ qardaşım Abdur-Rahmən ibn Əbu Bəkri mənimlə göndərdi. Mən Tənimə gəlib əvvəlki ümrəmin əvəzinə yenidən ümrə niyyəti ilə ehrama girdim”. Ravi Hişam dedi: “Buna görə (kəffarə olaraq) nə qurban kəsmək, nə oruc tutmaq, nə də sədəqə vermək lazım gəldi”.”

Aişə
Səhih

İstinad

Buxari, 317 (Heyz, 24)

Səhih əl-Buxari — Heyz kitabı