İstihazəli qadının etikaf etməsi
حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ عَنْ خَالِدٍ عَنْ عِكْرِمَةَ عَنْ عَائِشَةَ قَالَتِ اعْتَكَفَتْ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ امْرَأَةٌ مِنْ أَزْوَاجِهِ ، فَكَانَتْ تَرَى الدَّمَ وَالصُّفْرَةَ ، وَالطَّسْتُ تَحْتَهَا وَهْىَ تُصَلِّى .
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Qadınlarından biri Allah Elçisi ﷺ ilə birlikdə etikaf etdi. O, ləyəndə qanı və sarı mayeni gördüyü halda namaz qılırdı”.”
Aişə
Səhihİstinad
Buxari, 310 (Heyz, 17)
Səhih əl-Buxari — Heyz kitabı