Heyz kitabı

Heyzli qadının həcc və ümrəsi

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ خَرَجْنَا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى حَجَّةِ الْوَدَاعِ ، فَمِنَّا مَنْ أَهَلَّ بِعُمْرَةٍ ، وَمِنَّا مَنْ أَهَلَّ بِحَجٍّ ، فَقَدِمْنَا مَكَّةَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ أَحْرَمَ بِعُمْرَةٍ وَلَمْ يُهْدِ فَلْيُحْلِلْ ، وَمَنْ أَحْرَمَ بِعُمْرَةٍ وَأَهْدَى فَلاَ يَحِلُّ حَتَّى يَحِلَّ بِنَحْرِ هَدْيِهِ ، وَمَنْ أَهَلَّ بِحَجٍّ فَلْيُتِمَّ حَجَّهُ » . قَالَتْ فَحِضْتُ فَلَمْ أَزَلْ حَائِضًا حَتَّى كَانَ يَوْمُ عَرَفَةَ ، وَلَمْ أُهْلِلْ إِلاَّ بِعُمْرَةٍ ، فَأَمَرَنِى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ أَنْقُضَ رَأْسِى وَأَمْتَشِطَ ، وَأُهِلَّ بِحَجٍّ ، وَأَتْرُكَ الْعُمْرَةَ ، فَفَعَلْتُ ذَلِكَ حَتَّى قَضَيْتُ حَجِّى ، فَبَعَثَ مَعِى عَبْدَ الرَّحْمَنِ بْنَ أَبِى بَكْرٍ ، وَأَمَرَنِى أَنْ أَعْتَمِرَ مَكَانَ عُمْرَتِى مِنَ التَّنْعِيمِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Vida Həccini yerinə yetirmək üçün Peyğəmbərlə ﷺ birlikdə çıxmışdıq. Bizimlə Ümrə etmək istəyən də var idi, Həcc etmək istəyən də. Məkkəyə gəldikdə Allah Elçisi ﷺ buyurdu: “Kim ümrə niyyəti ilə ehrama girmək istəyirsə, qoy (istədiyi kimi) ehrama girsin. Əgər qurbanlıq heyvanı özümlə gətirməsəydim, mən də ümrə niyyəti ilə ehrama girərdim”. Aişə deyir: “Mən heyz oldum və Arafa günü gəlib yetişdikdə mən heyzli idim. Mən ümrə niyyəti ilə ehrama girən kəslərdən idim. Peyğəmbər ﷺ mənə saçlarımı açmağımı, daranmağımı, həcc niyyəti ilə ehrama girməyimi və ümrəni tərk etməyimi əmr etdi. Mən onun dediyini yerinə yetirdim və Həcc etdim. Sonra məni Abdur-Rahmən ibn Əbu Bəkrlə göndərərək Tənim adlı yerdən əvvəlki ümrəmin əvəzinə yenidən ümrə etməyimi əmr etdi”.”

Aişə
Səhih

İstinad

Buxari, 319 (Heyz, 26)

Səhih əl-Buxari — Heyz kitabı