Heyzli qadın Evi təvaf etməkdən başqa bütün Həcc əməllərini yerinə yetirir
حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِى سَلَمَةَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَائِشَةَ قَالَتْ خَرَجْنَا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لاَ نَذْكُرُ إِلاَّ الْحَجَّ ، فَلَمَّا جِئْنَا سَرِفَ طَمِثْتُ ، فَدَخَلَ عَلَىَّ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أَبْكِى فَقَالَ « مَا يُبْكِيكِ » . قُلْتُ لَوَدِدْتُ وَاللَّهِ أَنِّى لَمْ أَحُجَّ الْعَامَ . قَالَ « لَعَلَّكِ نُفِسْتِ » . قُلْتُ نَعَمْ . قَالَ « فَإِنَّ ذَلِكَ شَىْءٌ كَتَبَهُ اللَّهُ عَلَى بَنَاتِ آدَمَ ، فَافْعَلِى مَا يَفْعَلُ الْحَاجُّ ، غَيْرَ أَنْ لاَ تَطُوفِى بِالْبَيْتِ حَتَّى تَطْهُرِى » .
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Həcc ziyarətini yerinə yetirmək məqsədilə Peyğəmbərlə ﷺ yola çıxdıq. Gəlib Sərifə çatdıqda mən heyz oldum. Peyğəmbər ﷺ mənim yanıma girib ağladığımı gördü və: “Niyə ağlayırsan?” Mən dedim: “Çox arzulayırdım. Vallahi, mən bu il Həcc edə bilmədim”. Peyğəmbər ﷺ dedi: “Onda sən nifas (heyz) olmusan?” Mən: “Bəli!”– deyə cavab verdim. O dedi: “Həqiqətən, bu, Allahın Adəm qızları üçün əzəldən müəyyən etdiyi bir şeydir. Buna görə də sən, təmizlənənə qədər hacıların Kəbəni təvaf etməkdən başqa yerinə yetirdiyi (həcc əməllərinin hamısını) yerinə yetir”.”
İstinad
Buxari, 305 (Heyz, 12)
Səhih əl-Buxari — Heyz kitabı