Nifası heyz adlandıran
حَدَّثَنَا الْمَكِّىُّ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ أَبِى سَلَمَةَ أَنَّ زَيْنَبَ ابْنَةَ أُمِّ سَلَمَةَ حَدَّثَتْهُ أَنَّ أُمَّ سَلَمَةَ حَدَّثَتْهَا قَالَتْ بَيْنَا أَنَا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مُضْطَجِعَةً فِى خَمِيصَةٍ إِذْ حِضْتُ ، فَانْسَلَلْتُ فَأَخَذْتُ ثِيَابَ حِيضَتِى قَالَ « أَنُفِسْتِ » . قُلْتُ نَعَمْ . فَدَعَانِى فَاضْطَجَعْتُ مَعَهُ فِى الْخَمِيلَةِ .
“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən Peyğəmbərlə ﷺ bərabər (üzərində naxışlar olan) bir əbaya bürünüb uzandığım zaman heyz oldum. Mən yavaşca qalxıb heyz paltarımı götürdüm. (Paltarımı geyindikdən sonra) Peyğəmbər ﷺ dedi: “Olmaya, nifas (heyz) oldun?” Mən: “Bəli!”– deyə cavab verdim. O məni yanına çağırdı və mən onunla birlikdə əbaya bürünüb yatdım”.”
İstinad
Buxari, 298 (Heyz, 5)
Səhih əl-Buxari — Heyz kitabı