Heyz kitabı

Dünyaya uşaq gətirərkən ölmüş qadının cənazə namazını sünnəyə uyğun şəkildə qılmaq

حَدَّثَنَا أَحْمَدُ بْنُ أَبِى سُرَيْجٍ قَالَ أَخْبَرَنَا شَبَابَةُ قَالَ أَخْبَرَنَا شُعْبَةُ عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ عَنِ ابْنِ بُرَيْدَةَ عَنْ سَمُرَةَ بْنِ جُنْدُبٍ أَنَّ امْرَأَةً مَاتَتْ فِى بَطْنٍ ، فَصَلَّى عَلَيْهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَامَ وَسَطَهَا .

“Səmura ibn Cundub ﵁ rəvayət edir ki, bir qadın dünyaya uşaq gətirərkən vəfat etdi. Peyğəmbər ﷺ qadının cənazəsinin orta nahiyəsində dayanıb onun cənazə namazını qıldı.”

Səmura ibn Cundub
Səhih

İstinad

Buxari, 332 (Heyz, 39)

Səhih əl-Buxari — Heyz kitabı