İstihazə damarı
حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا مَعْنٌ قَالَ حَدَّثَنِى ابْنُ أَبِى ذِئْبٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ وَعَنْ عَمْرَةَ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ أُمَّ حَبِيبَةَ اسْتُحِيضَتْ سَبْعَ سِنِينَ ، فَسَأَلَتْ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ ، فَأَمَرَهَا أَنْ تَغْتَسِلَ فَقَالَ « هَذَا عِرْقٌ » . فَكَانَتْ تَغْتَسِلُ لِكُلِّ صَلاَةٍ .
“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ rəvayət edir ki, Ummu Həbibə yeddi il idi ki, istihazə olurdu. Bu barədə Allah Elçisinə ﷺ sual verdikdə Allah Elçisi ﷺ onun yuyunmasını əmr etdi və: “Bu, sadəcə bir damar qanıdır” dedi. Ummu Həbibə də hər namazdan qabaq yuyunardı.”
İstinad
Buxari, 327 (Heyz, 34)
Səhih əl-Buxari — Heyz kitabı