Namazın vaxtları kitabı

“Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!” (ər-Rum, 31)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا عَبَّادٌ - هُوَ ابْنُ عَبَّادٍ - عَنْ أَبِى جَمْرَةَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَدِمَ وَفْدُ عَبْدِ الْقَيْسِ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا إِنَّا مِنْ هَذَا الْحَىِّ مِنْ رَبِيعَةَ ، وَلَسْنَا نَصِلُ إِلَيْكَ إِلاَّ فِى الشَّهْرِ الْحَرَامِ ، فَمُرْنَا بِشَىْءٍ نَأْخُذْهُ عَنْكَ ، وَنَدْعُو إِلَيْهِ مَنْ وَرَاءَنَا . فَقَالَ « آمُرُكُمْ بِأَرْبَعٍ ، وَأَنْهَاكُمْ عَنْ أَرْبَعٍ الإِيمَانِ بِاللَّهِ - ثُمَّ فَسَّرَهَا لَهُمْ شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنِّى رَسُولُ اللَّهِ ، وَإِقَامُ الصَّلاَةِ ، وَإِيتَاءُ الزَّكَاةِ ، وَأَنْ تُؤَدُّوا إِلَىَّ خُمُسَ مَا غَنِمْتُمْ ، وَأَنْهَى عَنِ الدُّبَّاءِ وَالْحَنْتَمِ وَالْمُقَيَّرِ وَالنَّقِيرِ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Abdul-Qeys heyəti Allah Elçisinin ﷺ hüzuruna gəlib dedi: “Biz Rabia tayfasının kəndlərindənik. Biz sənin yanına yalnız haram aylarda gələ bilirik. Ona görə bizə bir şey əmr et ki, onu səndən mənimsəyək və arxada qalanlarımıza təbliğ edək”. Allah Elçisi ﷺ buyurdu: “Sizə dörd şeyi əmr edirəm və sizi dörd şeydən çəkindirirəm; Allaha iman etmək” – dedikdən sonra bunu belə izah etdi: “Allahdan başqa ibadətə layiq məbudun olmamasına və mənim Allahın elçisi olmağıma şəhadət etmək, namaz qılmaq, zəkat vermək, qənimətlərdən beşdə birini (xums) verməyinizdir. Dubbanı, həntəmi, muqayyəri və nəqiri isə qadağan edirəm”.”

İbn Abbas
Səhih

İstinad

Buxari, 523 (Namaz vaxtları, 3)

Səhih əl-Buxari — Namazın vaxtları kitabı