Səhih əl-BuxariNamazın vaxtları kitabı

Kitab 9

Namazın vaxtları kitabı

كِتَابُ مَوَاقِيتِ الصَّلاةِ

82

hədis

Fəsil 1

Namazın vaxtları və onun fəziləti

باب مَوَاقِيتِ الصَّلاَةِ وَفَضْلِهَا

وَقَوْلِهِ { إِنَّ الصَّلاَةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا } وَقَّتَهُ عَلَيْهِمْ .

Allahın bu kəlamı: “Çünki namaz möminlərə vaxtları müəyyən edilmiş bir fərzdir” (ən-Nisa, 103), yəni onlara bu fərzin vaxtlarını təyin etmişdir.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ أَنَّ عُمَرَ بْنَ عَبْدِ الْعَزِيزِ أَخَّرَ الصَّلاَةَ يَوْمًا ، فَدَخَلَ عَلَيْهِ عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، فَأَخْبَرَهُ أَنَّ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ أَخَّرَ الصَّلاَةَ يَوْمًا وَهْوَ بِالْعِرَاقِ ، فَدَخَلَ عَلَيْهِ أَبُو مَسْعُودٍ الأَنْصَارِىُّ فَقَالَ مَا هَذَا يَا مُغِيرَةُ أَلَيْسَ قَدْ عَلِمْتَ أَنَّ جِبْرِيلَ نَزَلَ فَصَلَّى ، فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ صَلَّى فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ صَلَّى فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ صَلَّى فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ صَلَّى فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ « بِهَذَا أُمِرْتُ » . فَقَالَ عُمَرُ لِعُرْوَةَ اعْلَمْ مَا تُحَدِّثُ أَوَإِنَّ جِبْرِيلَ هُوَ أَقَامَ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَقْتَ الصَّلاَةِ . قَالَ عُرْوَةُ كَذَلِكَ كَانَ بَشِيرُ بْنُ أَبِى مَسْعُودٍ يُحَدِّثُ عَنْ أَبِيهِ .

“Rəvayət edilir ki, İbn Şihab ﵀ demişdir: “Bir gün Ömər ibn Abdul-Əziz namazı ilk vaxtından bir qədər gec qıldı. Onun yanına Urvə ibn əz-Zubeyr gəldi və ona belə dedi: “Muğira ibn Şubə İraqda olanda Əsr namazını ilk vaxtından bir qədər gec qıldı. Bunu görən Əbu Məsud əl-Ənsari onun yanına gəlib dedi: ”Bu nədir, ey Muğira? Məgər sən bilmirsən ki, Cəbrail yerə enib namaz qıldı, Allah Elçisi ﷺ də o namazı qıldı; sonra yenə namaz qıldı, Allah Elçisi ﷺ də o namazı qıldı; sonra yenə namaz qıldı, Allah Elçisi ﷺ də o namazı qıldı; sonra yenə namaz qıldı, Allah Elçisi ﷺ də o namazı qıldı; sonra yenə namaz qıldı, Allah Elçisi ﷺ də o namazı qıldı və dedi: “Mənə belə əmr edildi”.”

İbn Şihab
SəhihBuxari, 521 (Namaz vaxtları, 1)

قَالَ عُرْوَةُ وَلَقَدْ حَدَّثَتْنِى عَائِشَةُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى الْعَصْرَ ، وَالشَّمْسُ فِى حُجْرَتِهَا قَبْلَ أَنْ تَظْهَرَ .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ otağında günəşin şüaları olduğu və kölgə otaqda böyümədən qabaq Əsr namazını qılardı.”

Aişə
SəhihBuxari, 522 (Namaz vaxtları, 2)

Fəsil 2

“Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!” (ər-Rum, 31)

باب { مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلاَةَ وَلاَ تَكُونُوا مِنَ الْمُشْرِكِينَ }

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا عَبَّادٌ - هُوَ ابْنُ عَبَّادٍ - عَنْ أَبِى جَمْرَةَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَدِمَ وَفْدُ عَبْدِ الْقَيْسِ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا إِنَّا مِنْ هَذَا الْحَىِّ مِنْ رَبِيعَةَ ، وَلَسْنَا نَصِلُ إِلَيْكَ إِلاَّ فِى الشَّهْرِ الْحَرَامِ ، فَمُرْنَا بِشَىْءٍ نَأْخُذْهُ عَنْكَ ، وَنَدْعُو إِلَيْهِ مَنْ وَرَاءَنَا . فَقَالَ « آمُرُكُمْ بِأَرْبَعٍ ، وَأَنْهَاكُمْ عَنْ أَرْبَعٍ الإِيمَانِ بِاللَّهِ - ثُمَّ فَسَّرَهَا لَهُمْ شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنِّى رَسُولُ اللَّهِ ، وَإِقَامُ الصَّلاَةِ ، وَإِيتَاءُ الزَّكَاةِ ، وَأَنْ تُؤَدُّوا إِلَىَّ خُمُسَ مَا غَنِمْتُمْ ، وَأَنْهَى عَنِ الدُّبَّاءِ وَالْحَنْتَمِ وَالْمُقَيَّرِ وَالنَّقِيرِ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Abdul-Qeys heyəti Allah Elçisinin ﷺ hüzuruna gəlib dedi: “Biz Rabia tayfasının kəndlərindənik. Biz sənin yanına yalnız haram aylarda gələ bilirik. Ona görə bizə bir şey əmr et ki, onu səndən mənimsəyək və arxada qalanlarımıza təbliğ edək”. Allah Elçisi ﷺ buyurdu: “Sizə dörd şeyi əmr edirəm və sizi dörd şeydən çəkindirirəm; Allaha iman etmək” – dedikdən sonra bunu belə izah etdi: “Allahdan başqa ibadətə layiq məbudun olmamasına və mənim Allahın elçisi olmağıma şəhadət etmək, namaz qılmaq, zəkat vermək, qənimətlərdən beşdə birini (xums) verməyinizdir. Dubbanı, həntəmi, muqayyəri və nəqiri isə qadağan edirəm”.”

İbn Abbas
SəhihBuxari, 523 (Namaz vaxtları, 3)

Fəsil 3

Namaz qılmaq üçün beyət etmək

باب الْبَيْعَةِ عَلَى إِقَامَةِ الصَّلاَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا قَيْسٌ عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ بَايَعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى إِقَامِ الصَّلاَةِ ، وَإِيتَاءِ الزَّكَاةِ ، وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ .

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵄ demişdir: “Mən namaz qılacağıma, zəkat verəcəyimə və hər bir müsəlmana nəsihət edəcəyimə dair Allah Elçisinə ﷺ beyət etdim”.”

Cərir ibn Abdullah
SəhihBuxari, 524 (Namaz vaxtları, 4)

Fəsil 4

Namaz kəffarədir

باب الصَّلاَةُ كَفَّارَةٌ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنِ الأَعْمَشِ قَالَ حَدَّثَنِى شَقِيقٌ قَالَ سَمِعْتُ حُذَيْفَةَ قَالَ كُنَّا جُلُوسًا عِنْدَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ أَيُّكُمْ يَحْفَظُ قَوْلَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْفِتْنَةِ قُلْتُ أَنَا ، كَمَا قَالَهُ . قَالَ إِنَّكَ عَلَيْهِ - أَوْ عَلَيْهَا - لَجَرِىءٌ . قُلْتُ « فِتْنَةُ الرَّجُلِ فِى أَهْلِهِ وَمَالِهِ وَوَلَدِهِ وَجَارِهِ تُكَفِّرُهَا الصَّلاَةُ وَالصَّوْمُ وَالصَّدَقَةُ وَالأَمْرُ وَالنَّهْىُ » . قَالَ لَيْسَ هَذَا أُرِيدُ ، وَلَكِنِ الْفِتْنَةُ الَّتِى تَمُوجُ كَمَا يَمُوجُ الْبَحْرُ . قَالَ لَيْسَ عَلَيْكَ مِنْهَا بَأْسٌ يَا أَمِيرَ الْمُؤْمِنِينَ ، إِنَّ بَيْنَكَ وَبَيْنَهَا بَابًا مُغْلَقًا . قَالَ أَيُكْسَرُ أَمْ يُفْتَحُ قَالَ يُكْسَرُ . قَالَ إِذًا لاَ يُغْلَقَ أَبَدًا . قُلْنَا أَكَانَ عُمَرُ يَعْلَمُ الْبَابَ قَالَ نَعَمْ ، كَمَا أَنَّ دُونَ الْغَدِ اللَّيْلَةَ ، إِنِّى حَدَّثْتُهُ بِحَدِيثٍ لَيْسَ بِالأَغَالِيطِ . فَهِبْنَا أَنْ نَسْأَلَ حُذَيْفَةَ ، فَأَمَرْنَا مَسْرُوقًا فَسَأَلَهُ فَقَالَ الْبَابُ عُمَرُ .

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Bir dəfə biz Ömərin ﵁ yanında ikən o soruşdu: “Allah Elçisinin ﷺ fitnə haqda dediyi sözlər hansınızın yadındadır?” Mən dedim: “Mənim yadımdadır, özü də o dediyi kimi”. Ömər dedi: “Həqiqətən də, sən bu işdə çox cəsarətlisən”. Mən dedim: “İnsanın həyat yoldaşı, mal-dövləti, övladı və qonşusu üzündən düşdüyü fitnəni namaz, oruc, sədəqə, habelə insanlara yaxşı işlər görməyi əmr etmək və onları pis işlərdən çəkindirmək kimi ibadətlər silib aparır”. Ömər dedi: “Mən bunu deyil, elə bir fitnəni qəsd edirəm ki, o, araya lərzəyə gəlmiş dəniz kimi çaxnaşma salacaq”. Huzeyfə dedi: “Ey möminlərin əmiri! O fitnənin sənə heç bir zərəri yoxdur, çünki səninlə onun arasında bağlı bir qapı var”. Ömər soruşdu: “O qapı sındırılacaq, yoxsa açılacaq?” Huzeyfə: “Sındırılacaq”– deyə cavab verdi. Ömər dedi: “Deməli, bundan sonra o heç vaxt bağlanmayacaq”. Biz Huzeyfədən soruşduq: “Ömər bu qapının kim olduğunu bilirdimi?” O dedi: “Bəli, bunu gecədən sonra səhərin açılacağını bildiyi kimi bilirdi. Mən ona içində yalan olmayan bir hədis danışdım”. Biz Huzeyfədən soruşmağa cəsarət etmədik və Məsruqa Huzeyfədən: “Bu qapı kim idi?” deyə soruşdurduq. O dedi: “Bu qapı Ömər özü idi”.”

Huzeyfə
SəhihBuxari, 525 (Namaz vaxtları, 5)

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ عَنْ سُلَيْمَانَ التَّيْمِىِّ عَنْ أَبِى عُثْمَانَ النَّهْدِىِّ عَنِ ابْنِ مَسْعُودٍ أَنَّ رَجُلاً أَصَابَ مِنَ امْرَأَةٍ قُبْلَةً ، فَأَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ ، فَأَنْزَلَ اللَّهُ {أَقِمِ الصَّلاَةَ طَرَفَىِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ} . فَقَالَ الرَّجُلُ يَا رَسُولَ اللَّهِ أَلِى هَذَا قَالَ « لِجَمِيعِ أُمَّتِى كُلِّهِمْ » .

“İbn Məsud ﵁ rəvayət edir ki, bir kişi Peyğəmbərin ﷺ yanına gəlib naməhrəm bir qadını öpdüyünü ona xəbər verdi. Uca Allah da bu ayəni nazil etdi: “Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır” (Hud, 114). Kişi soruşdu: “Ey Allahın Elçisi, bu yalnız mənə aiddir?” Peyğəmbər ﷺ buyurdu: “Bu mənim ümmətimin hamısına aiddir!””

İbn Məsud
SəhihBuxari, 526 (Namaz vaxtları, 6)

Fəsil 5

Namazın vaxtında qılınmasının fəziləti

باب فَضْلِ الصَّلاَةِ لِوَقْتِهَا

حَدَّثَنَا أَبُو الْوَلِيدِ هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ الْوَلِيدُ بْنُ الْعَيْزَارِ أَخْبَرَنِى قَالَ سَمِعْتُ أَبَا عَمْرٍو الشَّيْبَانِىَّ يَقُولُ حَدَّثَنَا صَاحِبُ هَذِهِ الدَّارِ وَأَشَارَ إِلَى دَارِ عَبْدِ اللَّهِ قَالَ سَأَلْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَىُّ الْعَمَلِ أَحَبُّ إِلَى اللَّهِ قَالَ « الصَّلاَةُ عَلَى وَقْتِهَا » . قَالَ ثُمَّ أَىُّ قَالَ « ثُمَّ بِرُّ الْوَالِدَيْنِ » . قَالَ ثُمَّ أَىُّ قَالَ « الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ » . قَالَ حَدَّثَنِى بِهِنَّ وَلَوِ اسْتَزَدْتُهُ لَزَادَنِى .

“Rəvayət edilir ki, Əbu Amr əş-Şeybani ﵀ demişdir: “Bizə bu evin yiyəsi – əli ilə Abdullah ibn Məsudun evini işarə edərək – buyurdu: “Mən Peyğəmbərdən ﷺ soruşdum: “Allahın ən çox sevdiyi əməl hansı əməldir?” O buyurdu: “Vaxtında qılınan namaz”. Mən dedim: “Sonra hansıdır?” O buyurdu: “Valideynlərin qayğısına qalmaq”. Mən dedim: “Bəs sonra hansıdır?” O buyurdu: “Allah yolunda cihad etmək”. Abdullah ibn Məsud deyir: “O mənə bunları dedi. Əgər soruşsaydım, yenə cavab verərdi”.”

Əbu Amr əş-Şeybani
SəhihBuxari, 527 (Namaz vaxtları, 7)

Fəsil 6

Qılınan beş vaxt namaz edilən günahlara kəffarədir

باب الصَّلَوَاتُ الْخَمْسُ كَفَّارَةٌ

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ حَمْزَةَ قَالَ حَدَّثَنِى ابْنُ أَبِى حَازِمٍ وَالدَّرَاوَرْدِىُّ عَنْ يَزِيدَ عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « أَرَأَيْتُمْ لَوْ أَنَّ نَهَرًا بِبَابِ أَحَدِكُمْ ، يَغْتَسِلُ فِيهِ كُلَّ يَوْمٍ خَمْسًا ، مَا تَقُولُ ذَلِكَ يُبْقِى مِنْ دَرَنِهِ » . قَالُوا لاَ يُبْقِى مِنْ دَرَنِهِ شَيْئًا . قَالَ « فَذَلِكَ مِثْلُ الصَّلَوَاتِ الْخَمْسِ ، يَمْحُو اللَّهُ بِهَا الْخَطَايَا » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun (bədənində olan) çirkabdan bir şey qalardımı?” Səhabələr: “Onun bədənindəki çirkabdan heç nə qalmazdı”– deyə cavab verdikdə Peyğəmbər ﷺ buyurdu: “Qılınan beş vaxt namazın məsəli də buna bənzəyir. Belə ki, Allah bununla günahları silir!””

Əbu Hureyra
SəhihBuxari, 528 (Namaz vaxtları, 8)

Fəsil 7

Namazın vaxtında qılınmaması

باب تَضْيِيعِ الصَّلاَةِ عَنْ وَقْتِهَا

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا مَهْدِىٌّ عَنْ غَيْلاَنَ عَنْ أَنَسٍ قَالَ مَا أَعْرِفُ شَيْئًا مِمَّا كَانَ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . قِيلَ الصَّلاَةُ . قَالَ أَلَيْسَ ضَيَّعْتُمْ مَا ضَيَّعْتُمْ فِيهَا .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “İndi Peyğəmbərin ﷺ dövründə olan heç bir şeyin olduğunu bilmirəm”. Ona deyildi: “Bəs namaz?” O dedi: “O (namaz) vaxtını zay etdiyiniz şey deyilmi?!””

Ənəs
SəhihBuxari, 529 (Namaz vaxtları, 9)

حَدَّثَنَا عَمْرُو بْنُ زُرَارَةَ قَالَ أَخْبَرَنَا عَبْدُ الْوَاحِدِ بْنُ وَاصِلٍ أَبُو عُبَيْدَةَ الْحَدَّادُ عَنْ عُثْمَانَ بْنِ أَبِى رَوَّادٍ أَخِى عَبْدِ الْعَزِيزِ قَالَ سَمِعْتُ الزُّهْرِىَّ يَقُولُ دَخَلْتُ عَلَى أَنَسِ بْنِ مَالِكٍ بِدِمَشْقَ وَهُوَ يَبْكِى فَقُلْتُ مَا يُبْكِيكَ فَقَالَ لاَ أَعْرِفُ شَيْئًا مِمَّا أَدْرَكْتُ إِلاَّ هَذِهِ الصَّلاَةَ ، وَهَذِهِ الصَّلاَةُ قَدْ ضُيِّعَتْ . وَقَالَ بَكْرٌ حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكْرٍ الْبُرْسَانِىُّ أَخْبَرَنَا عُثْمَانُ بْنُ أَبِى رَوَّادٍ نَحْوَهُ .

“Rəvayət edilir ki, əz-Zuhri ﵀ demişdir: “Mən Dəməşqdə Ənəs ibn Malikin yanına gəldim. O, ağlayırdı. Ona dedim: “Niyə ağlayırsan?” O dedi: “Peyğəmbərin ﷺ dövründən indiyə gəlib çatan və mənim tanıdığım şey yalnız bu namazdır. Artıq bu namaz da zay edilmişdir”.”

əz-Zuhri
SəhihBuxari, 530 (Namaz vaxtları, 10)

Fəsil 8

Namaz qılan şəxs öz Rəbbi ﷿ ilə gizli söhbət edir

باب الْمُصَلِّى يُنَاجِى رَبَّهُ عَزَّ وَجَلَّ

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ أَحَدَكُمْ إِذَا صَلَّى يُنَاجِى رَبَّهُ فَلاَ يَتْفِلَنَّ عَنْ يَمِينِهِ ، وَلَكِنْ تَحْتَ قَدَمِهِ الْيُسْرَى » . وَقَالَ سَعِيدٌ عَنْ قَتَادَةَ لاَ يَتْفِلُ قُدَّامَهُ أَوْ بَيْنَ يَدَيْهِ ، وَلَكِنْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمَيْهِ . وَقَالَ شُعْبَةُ لاَ يَبْزُقُ بَيْنَ يَدَيْهِ وَلاَ عَنْ يَمِينِهِ ، وَلَكِنْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمِهِ . وَقَالَ حُمَيْدٌ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَبْزُقْ فِى الْقِبْلَةِ وَلاَ عَنْ يَمِينِهِ ، وَلَكِنْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمِهِ » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz namaz qıldıqda öz Rəbbi ilə gizli söhbətə girir. Ona görə sağ tərəfinə tüpürməsin, (tüpürmək istəsə) qoy sol tərəfə ayağının altına tüpürsün”. Ravi Qatədə dedi: “Qarşısına və ya önünə tüpürməsin, (tüpürmək istəsə) qoy soluna və ya ayağının altına tüpürsün”. Ravi Şubə dedi: “Qarşısına və sağ tərəfinə tüpürməsin, (tüpürmək istəsə) qoy soluna və ya ayağının altına tüpürsün”. Ənəs rəvayət edir ki, Peyğəmbər belə buyurdu: “Sizdən heç kim qiblə tərəfə və sağına tüpürməsin, (tüpürmək istəsə) qoy sol tərəfə və ya ayağının altına tüpürsün”.”

Ənəs
SəhihBuxari, 531 (Namaz vaxtları, 11)

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا قَتَادَةُ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اعْتَدِلُوا فِى السُّجُودِ ، وَلاَ يَبْسُطْ ذِرَاعَيْهِ كَالْكَلْبِ ، وَإِذَا بَزَقَ فَلاَ يَبْزُقَنَّ بَيْنَ يَدَيْهِ وَلاَ عَنْ يَمِينِهِ ، فَإِنَّهُ يُنَاجِى رَبَّهُ » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Səcdələrinizi düzgün edin. (Namaz qılan şəxs) dirsəklərini yerə it kimi qoymasın və tüpürmək istədikdə qabağına və sağ tərəfinə tüpürməsin, çünki o, (namaz vaxtı) öz Rəbbi ilə gizli söhbətə girir”.”

Ənəs
SəhihBuxari, 532 (Namaz vaxtları, 12)

Fəsil 9

Şiddətli isti olduqda Zöhr namazını sərin vaxta qədər gecikdirmək

باب الإِبْرَادِ بِالظُّهْرِ فِى شِدَّةِ الْحَرِّ

حَدَّثَنَا أَيُّوبُ بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنَا أَبُو بَكْرٍ عَنْ سُلَيْمَانَ قَالَ صَالِحُ بْنُ كَيْسَانَ حَدَّثَنَا الأَعْرَجُ عَبْدُ الرَّحْمَنِ وَغَيْرُهُ عَنْ أَبِى هُرَيْرَةَ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki...”

Əbu Hureyra
SəhihBuxari, 533 (Namaz vaxtları, 13)

وَنَافِعٌ مَوْلَى عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّهُمَا حَدَّثَاهُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « إِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا عَنِ الصَّلاَةِ ، فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ » .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(Hava) bərk istiləşdikdə Zöhr namazını sərin düşənədək təxirə salın, çünki şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 534 (Namaz vaxtları, 14)

حَدَّثَنَا ابْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْمُهَاجِرِ أَبِى الْحَسَنِ سَمِعَ زَيْدَ بْنَ وَهْبٍ عَنْ أَبِى ذَرٍّ قَالَ أَذَّنَ مُؤَذِّنُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ فَقَالَ « أَبْرِدْ أَبْرِدْ - أَوْ قَالَ - انْتَظِرِ انْتَظِرْ » . وَقَالَ « شِدَّةُ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ ، فَإِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا عَنِ الصَّلاَةِ » . حَتَّى رَأَيْنَا فَىْءَ التُّلُولِ .

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Peyğəmbərin ﷺ müəzzini belə nida etdi: “Sərinlənənə qədər! Sərinlənənə qədər!” və ya belə dedi: “Gözlə! Gözlə!” Peyğəmbər ﷺ də belə buyurdu: “Şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir. (Hava) bərk istiləşdikdə namazı sərin düşənədək təxirə salın!” Təpələrin kölgələri uzanana qədər təxirə salın”.”

Əbu Zərr
SəhihBuxari, 535 (Namaz vaxtları, 15)

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَفِظْنَاهُ مِنَ الزُّهْرِىِّ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا بِالصَّلاَةِ ، فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Hava) bərk istiləşdikdə sərin düşənədək namazı təxirə salın, çünki şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Hureyra
SəhihBuxari, 536 (Namaz vaxtları, 16)

« وَاشْتَكَتِ النَّارُ إِلَى رَبِّهَا فَقَالَتْ يَا رَبِّ أَكَلَ بَعْضِى بَعْضًا . فَأَذِنَ لَهَا بِنَفَسَيْنِ نَفَسٍ فِى الشِّتَاءِ ، وَنَفَسٍ فِى الصَّيْفِ ، فَهُوَ أَشَدُّ مَا تَجِدُونَ مِنَ الْحَرِّ ، وَأَشَدُّ مَا تَجِدُونَ مِنَ الزَّمْهَرِيرِ » .

“”Cəhənnəm öz Rəbbinə şikayət edib demişdir: “Ey Rəbbim, bir hissəm digər hissəmi yedi!” Rəbbi də ona iki dəfə - bir dəfə qışda, bir dəfə də yayda nəfəs almağa izin verdi. Bu sizin il boyu gördüyünüz ən şiddətli isti və ən sərt soyuqdur”.”

Əbu Hureyra
SəhihBuxari, 537 (Namaz vaxtları, 17)

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ حَدَّثَنَا أَبُو صَالِحٍ عَنْ أَبِى سَعِيدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَبْرِدُوا بِالظُّهْرِ ، فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ » . تَابَعَهُ سُفْيَانُ وَيَحْيَى وَأَبُو عَوَانَةَ عَنِ الأَعْمَشِ .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zöhr namazını gecikdirin, çünki bərk istilərin olması Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Səid
SəhihBuxari, 538 (Namaz vaxtları, 18)

Fəsil 10

Bərk istilər düşdükdə Zöhr namazının qılınmasını hava sərinləyənədək təxirə salmaq

باب الإِبْرَادِ بِالظُّهْرِ فِى السَّفَرِ

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا مُهَاجِرٌ أَبُو الْحَسَنِ مَوْلًى لِبَنِى تَيْمِ اللَّهِ قَالَ سَمِعْتُ زَيْدَ بْنَ وَهْبٍ عَنْ أَبِى ذَرٍّ الْغِفَارِىِّ قَالَ كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفَرٍ ، فَأَرَادَ الْمُؤَذِّنُ أَنْ يُؤَذِّنَ لِلظُّهْرِ فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَبْرِدْ » . ثُمَّ أَرَادَ أَنْ يُؤَذِّنَ فَقَالَ لَهُ « أَبْرِدْ » . حَتَّى رَأَيْنَا فَىْءَ التُّلُولِ ، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ ، فَإِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا بِالصَّلاَةِ » . وَقَالَ ابْنُ عَبَّاسٍ تَتَفَيَّأُ تَتَمَيَّلُ .

“Rəvayət edilir ki, Əbu Zərr əl-Ğifari ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə ikən müəzzin zöhr namazı üçün azan vermək istədi. Peyğəmbər ﷺ ona: “Sərin düşənədək (gözlə)”– dedi. Bir müddət sonra müəzzin yenidən azan oxumaq istədikdə Peyğəmbər ﷺ yenə: “Sərin düşənədək (gözlə)”– dedi. Biz təpələrin kölgələrinin uzandığını görənə qədər gözlədik”. Peyğəmbər buyurdu: “Həqiqətən, şiddətli istinin olması Cəhənnəmin nəfəs olmasına görədir. Şiddətli isti olduqda namazı sərin vaxta qədər gecikdirin”. İbn Abbas dedi: “Tətəfəyyəu” günəş meyl edənə qədər deməkdir”.”

Əbu Zərr əl-Ğifari
SəhihBuxari, 539 (Namaz vaxtları, 19)

Fəsil 11

Zöhr namazının vaxtı gün batmağa meyl etdiyi zaman başlayır

باب وَقْتِ الظُّهْرِ عِنْدَ الزَّوَالِ

وَقَالَ جَابِرٌ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِالْهَاجِرَةِ .

Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ Zöhr namazını gündüzün ortasında istiliyin çox olduğu vaxt qılardı”.

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ حِينَ زَاغَتِ الشَّمْسُ فَصَلَّى الظُّهْرَ ، فَقَامَ عَلَى الْمِنْبَرِ ، فَذَكَرَ السَّاعَةَ ، فَذَكَرَ أَنَّ فِيهَا أُمُورًا عِظَامًا ثُمَّ قَالَ « مَنْ أَحَبَّ أَنْ يَسْأَلَ عَنْ شَىْءٍ فَلْيَسْأَلْ ، فَلاَ تَسْأَلُونِى عَنْ شَىْءٍ إِلاَّ أَخْبَرْتُكُمْ مَا دُمْتُ فِى مَقَامِى هَذَا » . فَأَكْثَرَ النَّاسُ فِى الْبُكَاءِ ، وَأَكْثَرَ أَنْ يَقُولَ « سَلُونِى » . فَقَامَ عَبْدُ اللَّهِ بْنُ حُذَافَةَ السَّهْمِىُّ فَقَالَ مَنْ أَبِى قَالَ « أَبُوكَ حُذَافَةُ » . ثُمَّ أَكْثَرَ أَنْ يَقُولَ « سَلُونِى » . فَبَرَكَ عُمَرُ عَلَى رُكْبَتَيْهِ فَقَالَ رَضِينَا بِاللَّهِ رَبًّا ، وَبِالإِسْلاَمِ دِينًا ، وَبِمُحَمَّدٍ نَبِيًّا . فَسَكَتَ ثُمَّ قَالَ « عُرِضَتْ عَلَىَّ الْجَنَّةُ وَالنَّارُ آنِفًا فِى عُرْضِ هَذَا الْحَائِطِ فَلَمْ أَرَ كَالْخَيْرِ وَالشَّرِّ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə gün batmağa meyil edən vaxt Allah Elçisi ﷺ evdən çıxdı və Zöhr namazını qıldırdı. Bundan sonra o, minbərin üzərinə çıxıb Qiyamət saatını xatırlatdı və həmin gün baş verəcək dəhşətli hadisələrdən bəhs etdi. Sonra buyurdu: “Kim məndən bir şey soruşmaq istəyirsə, qoy soruşsun. Bu yerdə dayandığım müddətədək məndən nə soruşsanız, sizə xəbər verəcəyəm”. Bunu deyəndə insanların çoxu ağlamağa başladı. Peyğəmbər ﷺ isə: “Məndən soruşun!”– deyə təkrar edirdi. Bu vaxt Abdullah ibn Huzafə əs-Səhmi ayağa qalxıb dedi: “Mənim atam kimdir?” Allah Elçisi ﷺ: “Sənin atan Huzafədir”– dedi, sonra yenə: “Məndən soruşun”– deyə təkrar etdi. O bu sözləri o vaxta qədər təkrar etdi ki, axırda Ömər diz çöküb dedi: “Biz Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razıyıq!” Bundan sonra Allah Elçisi ﷺ bir qədər susdu, sonra isə buyurdu: “İndicə bu divarda mənə Cənnət və Cəhənnəm göstərildi. Mən belə bir xeyir və belə bir şər görməmişdim”.”

Ənəs ibn Malik
SəhihBuxari, 540 (Namaz vaxtları, 20)

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى الْمِنْهَالِ عَنْ أَبِى بَرْزَةَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الصُّبْحَ وَأَحَدُنَا يَعْرِفُ جَلِيسَهُ ، وَيَقْرَأُ فِيهَا مَا بَيْنَ السِّتِّينَ إِلَى الْمِائَةِ ، وَيُصَلِّى الظُّهْرَ إِذَا زَالَتِ الشَّمْسُ ، وَالْعَصْرَ وَأَحَدُنَا يَذْهَبُ إِلَى أَقْصَى الْمَدِينَةِ ثُمَّ يَرْجِعُ وَالشَّمْسُ حَيَّةٌ ، وَنَسِيتُ مَا قَالَ فِى الْمَغْرِبِ ، وَلاَ يُبَالِى بِتَأْخِيرِ الْعِشَاءِ إِلَى ثُلُثِ اللَّيْلِ . ثُمَّ قَالَ إِلَى شَطْرِ اللَّيْلِ . وَقَالَ مُعَاذٌ قَالَ شُعْبَةُ ثُمَّ لَقِيتُهُ مَرَّةً فَقَالَ أَوْ ثُلُثِ اللَّيْلِ .

“Əbu Bərzə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Sübh namazını bitirdikdən sonra hər birimiz öz yanında oturanın kim olmasını seçə bilirdi; o bu namazda altmışdan yüzə qədər ayə oxuyardı. Zöhr namazını isə gün batmağa meyil etdiyi zaman qılardı; Əsr namazını qıldırdıqdan sonra, birimiz Mədinənin lap kənarına gedib-qayıdar, günəş isə hələ də olduğu kimi qızmar qalırdı. ...Ravi Əbu Minhəl dedi: “Mən Əbu Bərzənin Məğrib namazı haqda dediyini unutdum”. Əbu Bərzə dedi: “Peyğəmbər ﷺ İşa namazını gecənin (ilk) üçdə birinə , hətta gecənin yarısına qədər yubatmağın fərqinə varmazdı”. ...Ravi Şubə dedi: “Sonralar Əbu Minhal ilə bir dəfə də qarşılaşdıqda o dedi: “Yaxud gecənin üçdə birinə qədər”.”

Əbu Bərzə
SəhihBuxari, 541 (Namaz vaxtları, 21)

حَدَّثَنَا مُحَمَّدٌ - يَعْنِى ابْنَ مُقَاتِلٍ - قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا خَالِدُ بْنُ عَبْدِ الرَّحْمَنِ حَدَّثَنِى غَالِبٌ الْقَطَّانُ عَنْ بَكْرِ بْنِ عَبْدِ اللَّهِ الْمُزَنِىِّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كُنَّا إِذَا صَلَّيْنَا خَلْفَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالظَّهَائِرِ فَسَجَدْنَا عَلَى ثِيَابِنَا اتِّقَاءَ الْحَرِّ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Biz günorta namazlarını Allah Elçisinin ﷺ arxasında qıldıqda havanın istisinə görə paltarımızın üzərinə səcdə edirdik”.”

Ənəs ibn Malik
SəhihBuxari, 542 (Namaz vaxtları, 22)

Fəsil 12

Zöhr namazını Əsr namazınadək təxirə salmaq

باب تَأْخِيرِ الظُّهْرِ إِلَى الْعَصْرِ

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا حَمَّادٌ - هُوَ ابْنُ زَيْدٍ - عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ جَابِرِ بْنِ زَيْدٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِالْمَدِينَةِ سَبْعًا وَثَمَانِيًا الظُّهْرَ وَالْعَصْرَ ، وَالْمَغْرِبَ وَالْعِشَاءَ . فَقَالَ أَيُّوبُ لَعَلَّهُ فِى لَيْلَةٍ مَطِيرَةٍ . قَالَ عَسَى .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Mədinədə Zöhrlə Əsri, Məğriblə İşanı birləşdirərək yeddi rükət və səkkiz rükət namaz qıldı. Ravi Əyyub dedi: “Ola bilsin ki, bu yağışlı gecəyə görə olmuşdur”. Digər ravi: “Ola bilər” dedi.”

İbn Abbas
SəhihBuxari, 543 (Namaz vaxtları, 23)

Fəsil 13

Əsr namazınının vaxtı

باب وَقْتِ الْعَصْرِ

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ عِيَاضٍ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ أَنَّ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الْعَصْرَ وَالشَّمْسُ لَمْ تَخْرُجْ مِنْ حُجْرَتِهَا . وَقَالَ أَبُو أُسَامَةَ عَنْ هِشَامٍ مِنْ قَعْرِ حُجْرَتِهَا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Əsr namazını günəşin şüaları otağımdan çıxmadan qılardı”. Ravi Hişam dedi: “Günəş şüaları otağından çıxmamış qılardı”.”

Aişə
SəhihBuxari, 544 (Namaz vaxtları, 24)

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الْعَصْرَ وَالشَّمْسُ فِى حُجْرَتِهَا ، لَمْ يَظْهَرِ الْفَىْءُ مِنْ حُجْرَتِهَا .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Əsr namazını günəşin şüaları onun otağında olarkən kölgə onun otağında böyümədən qılardı.”

Aişə
SəhihBuxari, 545 (Namaz vaxtları, 25)

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ أَخْبَرَنَا ابْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى صَلاَةَ الْعَصْرِ وَالشَّمْسُ طَالِعَةٌ فِى حُجْرَتِى لَمْ يَظْهَرِ الْفَىْءُ بَعْدُ . وَقَالَ مَالِكٌ وَيَحْيَى بْنُ سَعِيدٍ وَشُعَيْبٌ وَابْنُ أَبِى حَفْصَةَ وَالشَّمْسُ قَبْلَ أَنْ تَظْهَرَ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ Əsr namazını günəş mənim otağımda itməmiş qılardı”. Malik, Yəhyə ibn Səid, Şueyb və İbn Əbu Həfsa demişlər: “Günəş yüksəlmədən qabaq”.”

Aişə
SəhihBuxari, 546 (Namaz vaxtları, 26)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا عَوْفٌ عَنْ سَيَّارِ بْنِ سَلاَمَةَ قَالَ دَخَلْتُ أَنَا وَأَبِى عَلَى أَبِى بَرْزَةَ الأَسْلَمِىِّ ، فَقَالَ لَهُ أَبِى كَيْفَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الْمَكْتُوبَةَ فَقَالَ كَانَ يُصَلِّى الْهَجِيرَ الَّتِى تَدْعُونَهَا الأُولَى حِينَ تَدْحَضُ الشَّمْسُ ، وَيُصَلِّى الْعَصْرَ ، ثُمَّ يَرْجِعُ أَحَدُنَا إِلَى رَحْلِهِ فِى أَقْصَى الْمَدِينَةِ وَالشَّمْسُ حَيَّةٌ - وَنَسِيتُ مَا قَالَ فِى الْمَغْرِبِ - وَكَانَ يَسْتَحِبُّ أَنْ يُؤَخِّرَ الْعِشَاءَ الَّتِى تَدْعُونَهَا الْعَتَمَةَ ، وَكَانَ يَكْرَهُ النَّوْمَ قَبْلَهَا وَالْحَدِيثَ بَعْدَهَا ، وَكَانَ يَنْفَتِلُ مِنْ صَلاَةِ الْغَدَاةِ حِينَ يَعْرِفُ الرَّجُلُ جَلِيسَهُ ، وَيَقْرَأُ بِالسِّتِّينَ إِلَى الْمِائَةِ .

“Rəvayət edilir ki, Səyyar ibn Sələmə ﵀ demişdir: “Mən atamla birlikdə Əbu Bərzə əl-Əsləminin yanına daxil oldum və atam ondan soruşdu: “Allah Elçisi ﷺ vacib olan namazları necə qılardı?” O dedi: “Sizin Ulə adlandırdığınız Zöhr namazını günəş batmağa meyl etdikdə qılardı. Əsr namazını qıldıqdan sonra birimiz Mədinənin lap kənarında olan evinə qayıdar, günəş isə hələ də adamı yandırardı”. Ravi deyir: “Mən Əbu Bərzənin Məğrib namazı haqda dediyini unutmuşam”. Əbu Bərzə davam edərək dedi: ”Allah Elçisi ﷺ sizin Atəmə adlandırdığınız İşa namazını gecənin yarısınadək yubatmağı sevər, bu namazdan əvvəl yatmağı və ondan sonra danışmağı xoşlamazdı. Sübh namazını isə hər kəs yanında oturanın kim oldugunu aydın seçə bildiyi bir vaxtda bitirər və bu namazda altmışdan yüzə qədər ayə oxuyardı”.”

Səyyar ibn Sələmə
SəhihBuxari, 547 (Namaz vaxtları, 27)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كُنَّا نُصَلِّى الْعَصْرَ ثُمَّ يَخْرُجُ الإِنْسَانُ إِلَى بَنِى عَمْرِو بْنِ عَوْفٍ فَنَجِدُهُمْ يُصَلُّونَ الْعَصْرَ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﷺ demişdir: “Biz Əsr namazını qıldıqdan sonra adam Amr ibn Auf tayfasına gedib onların həmin namazı qıldığını görə bilərdi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 548 (Namaz vaxtları, 28)

حَدَّثَنَا ابْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ عُثْمَانَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ قَالَ سَمِعْتُ أَبَا أُمَامَةَ يَقُولُ صَلَّيْنَا مَعَ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ الظُّهْرَ ، ثُمَّ خَرَجْنَا حَتَّى دَخَلْنَا عَلَى أَنَسِ بْنِ مَالِكٍ فَوَجَدْنَاهُ يُصَلِّى الْعَصْرَ فَقُلْتُ يَا عَمِّ ، مَا هَذِهِ الصَّلاَةُ الَّتِى صَلَّيْتَ قَالَ الْعَصْرُ ، وَهَذِهِ صَلاَةُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّتِى كُنَّا نُصَلِّى مَعَهُ .

“Rəvayət edilir ki, Əbu Umamə ﵀ demişdir: “Biz Zöhr namazını Ömər ibn Abdul-Əziz ilə qıldıq. Sonra Ənəs ibn Malikin yanına gəldik. Biz onun Əsr namazını qıldığını gördükdə mən dedim: “Ey əmi, bu qıldığın namaz hansı namazdır?” O dedi: “Əsr namazıdır. Bu namaz vaxtilə Allah Elçisi ﷺ ilə birlikdə qıldığımız namazdır”.”

Əbu Umamə
SəhihBuxari, 549 (Namaz vaxtları, 29)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ حَدَّثَنِى أَنَسُ بْنُ مَالِكٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الْعَصْرَ وَالشَّمْسُ مُرْتَفِعَةٌ حَيَّةٌ ، فَيَذْهَبُ الذَّاهِبُ إِلَى الْعَوَالِى فَيَأْتِيهِمْ وَالشَّمْسُ مُرْتَفِعَةٌ ، وَبَعْضُ الْعَوَالِى مِنَ الْمَدِينَةِ عَلَى أَرْبَعَةِ أَمْيَالٍ أَوْ نَحْوِهِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ günəş yüksəklikdə olduğu və adamı yandırdığı vaxtda Əsr namazını qılardı. Namazdan sonra əl-Avaliyə getmək istəyən kimsə ora gedər və günəş hələ yüksəklikdə olduğu vaxtda onların yanına qayıdardı. Baxmayaraq ki, əl-Avalinin bəzi yerləri Mədinənin dörd milliyində və ya buna yaxın məsafədə yerləşirdi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 550 (Namaz vaxtları, 30)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كُنَّا نُصَلِّى الْعَصْرَ ثُمَّ يَذْهَبُ الذَّاهِبُ مِنَّا إِلَى قُبَاءٍ ، فَيَأْتِيهِمْ وَالشَّمْسُ مُرْتَفِعَةٌ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Biz Əsr namazını qılar, günəş hələ yüksəkdə olarkən bizdən kim istəsə Quba'ya gedərdi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 551 (Namaz vaxtları, 31)

Fəsil 14

Əsr namazını buraxanın günahı

باب إِثْمِ مَنْ فَاتَتْهُ الْعَصْرُ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الَّذِى تَفُوتُهُ صَلاَةُ الْعَصْرِ كَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əsr namazını buraxan ailəsini və malını itirmiş kimidir”.”

İbn Ömər
SəhihBuxari, 552 (Namaz vaxtları, 32)

Fəsil 15

Əsr namazını qılmayan kimsələr

باب مَنْ تَرَكَ الْعَصْرَ

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ أَبِى كَثِيرٍ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَبِى الْمَلِيحِ قَالَ كُنَّا مَعَ بُرَيْدَةَ فِى غَزْوَةٍ فِى يَوْمٍ ذِى غَيْمٍ فَقَالَ بَكِّرُوا بِصَلاَةِ الْعَصْرِ فَإِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَرَكَ صَلاَةَ الْعَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ » .

“Rəvayət edilir ki, Əbu Məlih ﵀ demişdir: “Bir dəfə mən hava buludlu olduğu bir gündə Bureydə ilə bir döyüşdə birlikdə idim. O dedi: “Əsr namazını ilk vaxtında qılın, çünki Peyğəmbər ﷺ buyurmuşdur: “Əsr namazını (qəsdən) qılmayan kimsənin əməli puç olar”.”

Əbu Məlih
SəhihBuxari, 553 (Namaz vaxtları, 33)

Fəsil 16

Əsr namazının fəziləti

باب فَضْلِ صَلاَةِ الْعَصْرِ

حَدَّثَنَا الْحُمَيْدِىُّ قَالَ حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ عَنْ قَيْسٍ عَنْ جَرِيرٍ قَالَ كُنَّا عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَنَظَرَ إِلَى الْقَمَرِ لَيْلَةً - يَعْنِى الْبَدْرَ - فَقَالَ « إِنَّكُمْ سَتَرَوْنَ رَبَّكُمْ كَمَا تَرَوْنَ هَذَا الْقَمَرَ لاَ تُضَامُّونَ فِى رُؤْيَتِهِ ، فَإِنِ اسْتَطَعْتُمْ أَنْ لاَ تُغْلَبُوا عَلَى صَلاَةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا فَافْعَلُوا » . ثُمَّ قَرَأَ { وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ }. قَالَ إِسْمَاعِيلُ افْعَلُوا لاَ تَفُوتَنَّكُمْ .

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Bədr gecəsi biz Peyğəmbərin ﷺ yanında olduqda o, aya baxıb buyurdu: “Siz bu ayı gördüyünüz kimi, Rəbbinizi də görəcək və Ona baxmaq üçün bir-birinizə mane olmayacaqsınız. Əgər günəş çıxmamışdan və batmamışdan əvvəl sizi namaz qılmaqdan yayındıracaq (işlərdən) çəkinə bilirsinizsə, çəkinin”. Sonra o bu ayəni oxudu: “Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!” (Qaf, 39)”. Ravi İsmail dedi: “Bu namazları qılın, nəbadə bu namazları buraxasınız”.”

Cərir
SəhihBuxari, 554 (Namaz vaxtları, 34)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَتَعَاقَبُونَ فِيكُمْ مَلاَئِكَةٌ بِاللَّيْلِ وَمَلاَئِكَةٌ بِالنَّهَارِ ، وَيَجْتَمِعُونَ فِى صَلاَةِ الْفَجْرِ وَصَلاَةِ الْعَصْرِ ، ثُمَّ يَعْرُجُ الَّذِينَ بَاتُوا فِيكُمْ ، فَيَسْأَلُهُمْ وَهْوَ أَعْلَمُ بِهِمْ كَيْفَ تَرَكْتُمْ عِبَادِى فَيَقُولُونَ تَرَكْنَاهُمْ وَهُمْ يُصَلُّونَ ، وَأَتَيْنَاهُمْ وَهُمْ يُصَلُّونَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar Sübh və Əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni sizin aranızda keçirən mələklər (səmaya) qalxır və Allah onlardan soruşur: “Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?”, halbuki O, qullarının (nə etdiklərini) daha yaxşı bilir. Onlar deyirlər: “Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar”.”

Əbu Hureyra
SəhihBuxari, 555 (Namaz vaxtları, 35)

Fəsil 17

Gün batmamışdan əvvəl Əsr namazının bir rükətinə yetişən

باب مَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الْعَصْرِ قَبْلَ الْغُرُوبِ

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَدْرَكَ أَحَدُكُمْ سَجْدَةً مِنْ صَلاَةِ الْعَصْرِ قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ فَلْيُتِمَّ صَلاَتَهُ ، وَإِذَا أَدْرَكَ سَجْدَةً مِنْ صَلاَةِ الصُّبْحِ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ فَلْيُتِمَّ صَلاَتَهُ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz gün batmamışdan əvvəl Əsr namazının bir səcdəsini etməyə nail olarsa, namazını tamamlasın və gün doğmamışdan əvvəl Sübh namazının bir səcdəsini etməyə nail olarsa, namazını tamamlasın”.”

Əbu Hureyra
SəhihBuxari, 556 (Namaz vaxtları, 36)

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِى إِبْرَاهِيمُ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِيهِ أَنَّهُ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّمَا بَقَاؤُكُمْ فِيمَا سَلَفَ قَبْلَكُمْ مِنَ الأُمَمِ كَمَا بَيْنَ صَلاَةِ الْعَصْرِ إِلَى غُرُوبِ الشَّمْسِ ، أُوتِىَ أَهْلُ التَّوْرَاةِ التَّوْرَاةَ فَعَمِلُوا حَتَّى إِذَا انْتَصَفَ النَّهَارُ عَجَزُوا ، فَأُعْطُوا قِيرَاطًا قِيرَاطًا ، ثُمَّ أُوتِىَ أَهْلُ الإِنْجِيلِ الإِنْجِيلَ فَعَمِلُوا إِلَى صَلاَةِ الْعَصْرِ ، ثُمَّ عَجَزُوا ، فَأُعْطُوا قِيرَاطًا قِيرَاطًا ، ثُمَّ أُوتِينَا الْقُرْآنَ فَعَمِلْنَا إِلَى غُرُوبِ الشَّمْسِ ، فَأُعْطِينَا قِيرَاطَيْنِ قِيرَاطَيْنِ ، فَقَالَ أَهْلُ الْكِتَابَيْنِ أَىْ رَبَّنَا أَعْطَيْتَ هَؤُلاَءِ قِيرَاطَيْنِ قِيرَاطَيْنِ ، وَأَعْطَيْتَنَا قِيرَاطًا قِيرَاطًا ، وَنَحْنُ كُنَّا أَكْثَرَ عَمَلاً ، قَالَ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ هَلْ ظَلَمْتُكُمْ مِنْ أَجْرِكُمْ مِنْ شَىْءٍ قَالُوا لاَ ، قَالَ فَهْوَ فَضْلِى أُوتِيهِ مَنْ أَشَاءُ » .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Sizdən öncə gəlib-getmiş ümmətlərin (dünyada qaldığı müddətlə) müqayisədə sizin qaldığınız müddət Əsr namazından gün batana qədər olan vaxt kimidir. Tövrat əhlinə Tövrat verilmişdi və onlar (Allahın hökmlərinə) riayət edirdilər. Onlar günortaya çatdıqda yorulub əldən düşdülər aciz oldular və buna görə də onlara bir qirat (mükafat) verildi. İncil əhlinə də İncil verilmişdi; onlar Əsr namazının vaxtınadək (Allahın hökmlərinə) riayət etdilər və axırda yorulub əldən düşdülər aciz oldular, buna görə də onlara bir qirat (mükafat) verildi. Sonra isə bizə Quran verildi və biz gün batana qədər (Allahın hökmlərinə) riayət etdik, buna görə də bizə iki qirat (mükafat) verildi. Belə olduqda hər iki Kitab əhli deyəcək: “Ey Rəbbimiz! Sən onlara iki qirat, bizə isə bir qirat verdin, halbuki biz onlardan daha çox əməl etmişik”. Allah ﷿ buyuracaq: “Məgər Mən sizə mükafat verdikdə sizə qarşı haqsızlıq etmişəm?” Onlar: “Xeyr!”– deyə cavab verəcəklər. Onda Allah buyuracaq: “Bu Mənim lütfümdür, onu istədiyimə verirəm”.”

Səlim ibn Abdullah atasından
SəhihBuxari, 557 (Namaz vaxtları, 37)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ بُرَيْدٍ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَثَلُ الْمُسْلِمِينَ وَالْيَهُودِ وَالنَّصَارَى كَمَثَلِ رَجُلٍ اسْتَأْجَرَ قَوْمًا يَعْمَلُونَ لَهُ عَمَلاً إِلَى اللَّيْلِ ، فَعَمِلُوا إِلَى نِصْفِ النَّهَارِ ، فَقَالُوا لاَ حَاجَةَ لَنَا إِلَى أَجْرِكَ ، فَاسْتَأْجَرَ آخَرِينَ فَقَالَ أَكْمِلُوا بَقِيَّةَ يَوْمِكُمْ ، وَلَكُمُ الَّذِى شَرَطْتُ ، فَعَمِلُوا حَتَّى إِذَا كَانَ حِينَ صَلاَةِ الْعَصْرِ قَالُوا لَكَ مَا عَمِلْنَا . فَاسْتَأْجَرَ قَوْمًا فَعَمِلُوا بَقِيَّةَ يَوْمِهِمْ حَتَّى غَابَتِ الشَّمْسُ ، وَاسْتَكْمَلُوا أَجْرَ الْفَرِيقَيْنِ » .

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlmanların, yəhudilərin və nəsranilərin misalı, müəyyən zəhmət haqqı müqabilində gecəyə qədər işlərini görəcək işçilər tutmuş bir nəfərin misalı kimidir. Onlar günortayadək işlədikdən sonra dedilər: “Sənin bizə vəd etdiyin zəhmət haqqına ehtiyacımız yoxdur.”. Adam başqa işçilər tutub onlara dedi: “Bu günün qalan hissəsini tamamlayın, onlara vəd etdiyim zəhmət haqqı sizin olsun”. Onlar işləməyə başladılar, lakin Əsr namazının vaxtınadək işlədikdən sonra dedilər: “İşlədiyimiz sənin olsun”. Sonra həmin adam günün qalan hissəsində onun üçün işləsinlər deyə başqalarını işçi tutdu. Onlar günün qalan hissəsini gün batanadək işlədilər və (özlərinin zəhmət haqqı ilə yanaşı) əvvəlki iki dəstənin zəhmət haqqını da alıb getdilər”.”

Əbu Musa
SəhihBuxari, 558 (Namaz vaxtları, 38)

Fəsil 18

Məğrib namazının vaxtı

باب وَقْتِ الْمَغْرِبِ

وَقَالَ عَطَاءٌ يَجْمَعُ الْمَرِيضُ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ

Əta ﵀ demişdir: “Xəstə adam Məğrib ilə İşa namazlarını birləşdirir”.

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مِهْرَانَ قَالَ حَدَّثَنَا الْوَلِيدُ قَالَ حَدَّثَنَا الأَوْزَاعِىُّ قَالَ حَدَّثَنَا أَبُو النَّجَاشِىِّ صُهَيْبٌ مَوْلَى رَافِعِ بْنِ خَدِيجٍ قَالَ سَمِعْتُ رَافِعَ بْنَ خَدِيجٍ يَقُولُ كُنَّا نُصَلِّى الْمَغْرِبَ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَنْصَرِفُ أَحَدُنَا وَإِنَّهُ لَيُبْصِرُ مَوَاقِعَ نَبْلِهِ .

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə Məğrib namazını qıldıqdan sonra hər birimiz namazdan çıxar və atdığı oxun düşdüyü yeri görə bilərdi”.”

Rafi ibn Xadic
SəhihBuxari, 559 (Namaz vaxtları, 39)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ سَعْدٍ عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ الْحَسَنِ بْنِ عَلِىٍّ قَالَ قَدِمَ الْحَجَّاجُ فَسَأَلْنَا جَابِرَ بْنَ عَبْدِ اللَّهِ فَقَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الظُّهْرَ بِالْهَاجِرَةِ ، وَالْعَصْرَ وَالشَّمْسُ نَقِيَّةٌ ، وَالْمَغْرِبَ إِذَا وَجَبَتْ ، وَالْعِشَاءَ أَحْيَانًا وَأَحْيَانًا ، إِذَا رَآهُمُ اجْتَمَعُوا عَجَّلَ ، وَإِذَا رَآهُمْ أَبْطَوْا أَخَّرَ ، وَالصُّبْحَ كَانُوا - أَوْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّيهَا بِغَلَسٍ .

“Rəvayət edilir ki, Həsən ibn Əli ﵀ demişdir: “Həccac Mədinəyə gəldikdə biz Cabir ibn Abdullahdan namaz vaxtı haqda soruşduq. O dedi: “Peyğəmbər ﷺ Zöhr namazını günorta vaxtı, Əsr namazını günəş hələ parlaq ikən, Məğrib namazını günəş batdıqda, İşa namazını isə hərdən ilk vaxtında, hərdən də axır vaxtında qılardı. Peyğəmbər ﷺ camaatın məscidə toplaşdığını görsəydi, namazı tez qılardı, görəndə ki onlar yubanırlar, onu gec qılardı. Sübh namazını isə onlar (və ya Peyğəmbər ﷺ) ala-qaranlıqda qılardı”.”

Həsən ibn Əli
SəhihBuxari, 560 (Namaz vaxtları, 40)

حَدَّثَنَا الْمَكِّىُّ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِى عُبَيْدٍ عَنْ سَلَمَةَ قَالَ كُنَّا نُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَغْرِبَ إِذَا تَوَارَتْ بِالْحِجَابِ .

“Rəvayət edilir ki, Sələmə ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə Məğrib namazını günəş üfüqdə gizləndikdə qılardıq”.”

Sələmə
SəhihBuxari, 561 (Namaz vaxtları, 41)

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ زَيْدٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ صَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَبْعًا جَمِيعًا وَثَمَانِيًا جَمِيعًا .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ namazları birləşdirərək yeddi və səkkiz rükət qıldırdı”.”

İbn Abbas
SəhihBuxari, 562 (Namaz vaxtları, 42)

Fəsil 19

Məğrib namazını İşa namazı adlandırmaq istəməyən

باب مَنْ كَرِهَ أَنْ يُقَالَ لِلْمَغْرِبِ الْعِشَاءُ

حَدَّثَنَا أَبُو مَعْمَرٍ - هُوَ عَبْدُ اللَّهِ بْنُ عَمْرٍو - قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنِ الْحُسَيْنِ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ بُرَيْدَةَ قَالَ حَدَّثَنِى عَبْدُ اللَّهِ الْمُزَنِىُّ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ تَغْلِبَنَّكُمُ الأَعْرَابُ عَلَى اسْمِ صَلاَتِكُمُ الْمَغْرِبِ » . قَالَ الأَعْرَابُ وَتَقُولُ هِىَ الْعِشَاءُ .

“Abdullah əl-Muzəni ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qətiyyən bədəvilərin Məğrib namazınızın adı ilə bağlı (adətinə) tabe olmayın”. Ravi dedi: “Bədəvilər Məğrib namazına: “Bu, İşa namazıdır” deyirlər”.”

Abdullah əl-Muzəni
SəhihBuxari, 563 (Namaz vaxtları, 43)

Fəsil 20

İşa və Atəmənin qeyd edilməsi və İşaya Atəmə deməyi icazəli görən

باب ذِكْرِ الْعِشَاءِ وَالْعَتَمَةِ وَمَنْ رَآهُ وَاسِعًا

قَالَ أَبُو هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَثْقَلُ الصَّلاَةِ عَلَى الْمُنَافِقِينَ الْعِشَاءُ وَالْفَجْرُ » . وَقَالَ « لَوْ يَعْلَمُونَ مَا فِى الْعَتَمَةِ وَالْفَجْرِ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ وَالاِخْتِيَارُ أَنْ يَقُولَ الْعِشَاءُ لِقَوْلِهِ تَعَالَى { وَمِنْ بَعْدِ صَلاَةِ الْعِشَاءِ } . وَيُذْكَرُ عَنْ أَبِى مُوسَى قَالَ كُنَّا نَتَنَاوَبُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَ صَلاَةِ الْعِشَاءِ فَأَعْتَمَ بِهَا . وَقَالَ ابْنُ عَبَّاسٍ وَعَائِشَةُ أَعْتَمَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعِشَاءِ . وَقَالَ بَعْضُهُمْ عَنْ عَائِشَةَ أَعْتَمَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعَتَمَةِ . وَقَالَ جَابِرٌ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الْعِشَاءَ . وَقَالَ أَبُو بَرْزَةَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُؤَخِّرُ الْعِشَاءَ . وَقَالَ أَنَسٌ أَخَّرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ الآخِرَةَ . وَقَالَ ابْنُ عُمَرَ وَأَبُو أَيُّوبَ وَابْنُ عَبَّاسٍ - رضى الله عنهم - صَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَغْرِبَ وَالْعِشَاءَ .

Əbu Hureyra ﵁ Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Münafiqlərə ən ağır gələn namazlar İşa və Sübh namazlarıdır”. Həmçinin buyurmuşdur: “Əgər Atəmə və Sübh namazlarında olan fəziləti bilsəydilər...”. Əbu Abdullah əl-Buxari ﵀ demişdir: “İxtiyar ediləcək olan Uca Allahın bu kəlamına görə “...və gecə namazından sonra” (ən-Nur, 58) İşa deyilməsidir”. Əbu Musadan ﵁ rəvayət edilmişdir: “Biz İşa namazı vaxtında növbə ilə Peyğəmbərin ﷺ yanına gedərdik. Peyğəmbər ﷺ bu namazı tam qaranlıq çökənədək gecikdirərdi”. İbn Abbas və Aişə ﵃ demişlər: “Peyğəmbər ﷺ İşa namazını gecəyə qədər gecikdirərdi”. Bəziləri Aişənin ﵂ belə dediyini rəvayət etmişlər: “Peyğəmbər ﷺ Atəmə namazını gecəyədək gecikdirərdi”. Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ İşa namazını qıldırardı”. Əbu Bərzə ﵁ demişdir: “Peyğəmbər ﷺ İşa namazını gecikdirərdi”. Ənəs demişdir: “Peyğəmbər ﷺ İşa namazını gecikdirərdi”. İbn Ömər, Əbu Əyyub və İbn Abbas ﵃ demişlər: “Peyğəmbər ﷺ Məğrib və İşa namazlarını qıldırdı”.

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ قَالَ سَالِمٌ أَخْبَرَنِى عَبْدُ اللَّهِ قَالَ صَلَّى لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً صَلاَةَ الْعِشَاءِ - وَهْىَ الَّتِى يَدْعُو النَّاسُ الْعَتَمَةَ - ثُمَّ انْصَرَفَ فَأَقْبَلَ عَلَيْنَا فَقَالَ « أَرَأَيْتُمْ لَيْلَتَكُمْ هَذِهِ فَإِنَّ رَأْسَ مِائَةِ سَنَةٍ مِنْهَا لاَ يَبْقَى مِمَّنْ هُوَ عَلَى ظَهْرِ الأَرْضِ أَحَدٌ » .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ bizə gecə vaxtı İşa namazını qıldırdı. İnsanlar bu vaxta Atəmə (gecə) deyirdilər. Namazı bitirdikdən sonra bizə tərəf çevrilərək buyurdu: “Bu gecəni gördünüzmü?! Həqiqətən, yüz ildən sonra bu gecə olanlardan yer üzündə heç kim qalmayacaq”.”

Abdullah
SəhihBuxari, 564 (Namaz vaxtları, 44)

Fəsil 21

İnsanlar toplaşdıqda İşa namazını qılmaq və ya gecikdirmək fəsli

باب وَقْتِ الْعِشَاءِ إِذَا اجْتَمَعَ النَّاسُ أَوْ تَأَخَّرُوا

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو - هُوَ ابْنُ الْحَسَنِ بْنِ عَلِىٍّ - قَالَ سَأَلْنَا جَابِرَ بْنَ عَبْدِ اللَّهِ عَنْ صَلاَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ كَانَ يُصَلِّى الظُّهْرَ بِالْهَاجِرَةِ ، وَالْعَصْرَ وَالشَّمْسُ حَيَّةٌ ، وَالْمَغْرِبَ إِذَا وَجَبَتْ ، وَالْعِشَاءَ إِذَا كَثُرَ النَّاسُ عَجَّلَ ، وَإِذَا قَلُّوا أَخَّرَ ، وَالصُّبْحَ بِغَلَسٍ .

“Rəvayət edilir ki, Muhəmməd ibn Amr ﵀ demişdir: “Biz Cabir ibn Abdullahdan Peyğəmbərin ﷺ namazı haqda soruşduq. O dedi: “Peyğəmbər ﷺ Zöhr namazını günortanın istisində, Əsr namazını günəş hələ diri ikən, Məğrib namazını günəş batdıqda, İşa namazını insanlar çox olduqda ilk vaxtında, insanlar az-az toplandıqda gecikdirər, Sübh namazını isə hələ qaranlıq olarkən qılardı”.”

Muhəmməd ibn Amr
SəhihBuxari, 565 (Namaz vaxtları, 45)

Fəsil 22

İşa namazının fəziləti

باب فَضْلِ الْعِشَاءِ

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ قَالَتْ أَعْتَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً بِالْعِشَاءِ ، وَذَلِكَ قَبْلَ أَنْ يَفْشُوَ الإِسْلاَمُ ، فَلَمْ يَخْرُجْ حَتَّى قَالَ عُمَرُ نَامَ النِّسَاءُ وَالصِّبْيَانُ . فَخَرَجَ فَقَالَ لأَهْلِ الْمَسْجِدِ « مَا يَنْتَظِرُهَا أَحَدٌ مِنْ أَهْلِ الأَرْضِ غَيْرُكُمْ » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ İslam Mədinədən kənara yayılmadığı bir dövrdə, İşa namazını (gecənin ilk üçdə birinədək) gecikdirdi və Ömər: “Qadınlar və uşaqlar artıq yatıblar”– deməyənə qədər evdən çıxmadı. Yalnız bundan sonra bayıra çıxıb məsciddəkilərə buyurdu: “Sizdən başqa yer üzündə yaşayanlardan heç kim (bu saatda) İşa namazını gözləmir”.”

Aişə
SəhihBuxari, 566 (Namaz vaxtları, 46)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ قَالَ أَخْبَرَنَا أَبُو أُسَامَةَ عَنْ بُرَيْدٍ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ كُنْتُ أَنَا وَأَصْحَابِى الَّذِينَ قَدِمُوا مَعِى فِى السَّفِينَةِ نُزُولاً فِى بَقِيعِ بُطْحَانَ ، وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَدِينَةِ ، فَكَانَ يَتَنَاوَبُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَ صَلاَةِ الْعِشَاءِ كُلَّ لَيْلَةٍ نَفَرٌ مِنْهُمْ ، فَوَافَقْنَا النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَا وَأَصْحَابِى وَلَهُ بَعْضُ الشُّغْلِ فِى بَعْضِ أَمْرِهِ فَأَعْتَمَ بِالصَّلاَةِ حَتَّى ابْهَارَّ اللَّيْلُ ، ثُمَّ خَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى بِهِمْ ، فَلَمَّا قَضَى صَلاَتَهُ قَالَ لِمَنْ حَضَرَهُ « عَلَى رِسْلِكُمْ ، أَبْشِرُوا إِنَّ مِنْ نِعْمَةِ اللَّهِ عَلَيْكُمْ أَنَّهُ لَيْسَ أَحَدٌ مِنَ النَّاسِ يُصَلِّى هَذِهِ السَّاعَةَ غَيْرُكُمْ » . أَوْ قَالَ « مَا صَلَّى هَذِهِ السَّاعَةَ أَحَدٌ غَيْرُكُمْ » . لاَ يَدْرِى أَىَّ الْكَلِمَتَيْنِ قَالَ . قَالَ أَبُو مُوسَى فَرَجَعْنَا فَفَرِحْنَا بِمَا سَمِعْنَا مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Əbu Musa ﵀ demişdir: “Mən və mənimlə birlikdə Yəməndən gəmidə gəlmiş yoldaşlarım bir müddət Buthan vadisində qaldıq. O vaxt Peyğəmbər ﷺ Mədinədə idi. Bizdən bəzilərimiz hər gecə İşa namazı vaxtı növbə ilə Peyğəmbərin ﷺ yanına gedərdi. Bir gecə mən yoldaşlarımla Peyğəmbərin ﷺ yanına gəldikdə o özünə aid bir işlə məşğul idi. Buna görə də namazı gecə yarısınadək gecikdirdi. Sonra evindən çıxıb namaz qıldırdı və namazını bitirdikdən sonra orada olanlara dedi: “Tələsməyin! Sevinin! Həqiqətən, sizdən başqa yer üzündə yaşayanlardan heç kəsin (bu vaxt) İşa namazını qılmaması (və ya sizdən başqa heç kəsin bu vaxt namaz qılmaması) Allahın sizə olan lütfündəndir”. Ravi onun bu sözlərdən hansı birini söylədiyini bilmirdi. Əbu Musa dedi: “Biz Allah Elçisindən ﷺ eşitdiyimizə sevindik və yerimizə qayıtdıq”.”

Əbu Musa
SəhihBuxari, 567 (Namaz vaxtları, 47)

Fəsil 23

İşa namazından qabaq yatmağı xoşlanmaması

باب مَا يُكْرَهُ مِنَ النَّوْمِ قَبْلَ الْعِشَاءِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلاَمٍ قَالَ أَخْبَرَنَا عَبْدُ الْوَهَّابِ الثَّقَفِىُّ قَالَ حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ عَنْ أَبِى الْمِنْهَالِ عَنْ أَبِى بَرْزَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَكْرَهُ النَّوْمَ قَبْلَ الْعِشَاءِ وَالْحَدِيثَ بَعْدَهَا .

“Əbu Bərzə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ İşa namazından qabaq yatmağı, sonra isə söhbət etməyi xoşlamazdı.”

Əbu Bərzə
SəhihBuxari, 568 (Namaz vaxtları, 48)

Fəsil 24

Gözlərindən yuxu tökülən kəsin İşa namazından əvvəl yatması

باب النَّوْمِ قَبْلَ الْعِشَاءِ لِمَنْ غُلِبَ

حَدَّثَنَا أَيُّوبُ بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنِى أَبُو بَكْرٍ عَنْ سُلَيْمَانَ قَالَ صَالِحُ بْنُ كَيْسَانَ أَخْبَرَنِى ابْنُ شِهَابٍ عَنْ عُرْوَةَ أَنَّ عَائِشَةَ قَالَتْ أَعْتَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعِشَاءِ حَتَّى نَادَاهُ عُمَرُ الصَّلاَةَ ، نَامَ النِّسَاءُ وَالصِّبْيَانُ . فَخَرَجَ فَقَالَ « مَا يَنْتَظِرُهَا أَحَدٌ مِنْ أَهْلِ الأَرْضِ غَيْرُكُمْ » . قَالَ وَلاَ يُصَلَّى يَوْمَئِذٍ إِلاَّ بِالْمَدِينَةِ ، وَكَانُوا يُصَلُّونَ فِيمَا بَيْنَ أَنْ يَغِيبَ الشَّفَقُ إِلَى ثُلُثِ اللَّيْلِ الأَوَّلِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ İşa namazını (gecənin ilk üçdə birinədək) gecikdirdi və Ömər: “Namaz, qadınlar və uşaqlar artıq yatıblar”– deyə onu çağırdı. Bundan sonra Peyğəmbər ﷺ bayıra çıxıb dedi: “Sizdən başqa yer üzündə yaşayanlardan heç kim (bu saatda) İşa namazını gözləmir”. O vaxtlar Mədinədən başqa heç yerdə namaz qılınmırdı. Onlar bu namazı günəşin şəfəqi yox olduğu andan gecənin ilk üçdə birinə qədər olan vaxt ərzində qılardılar”.”

Aişə
SəhihBuxari, 569 (Namaz vaxtları, 49)

حَدَّثَنَا مَحْمُودٌ قَالَ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنِى ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى نَافِعٌ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شُغِلَ عَنْهَا لَيْلَةً ، فَأَخَّرَهَا حَتَّى رَقَدْنَا فِى الْمَسْجِدِ ، ثُمَّ اسْتَيْقَظْنَا ثُمَّ رَقَدْنَا ثُمَّ اسْتَيْقَظْنَا ، ثُمَّ خَرَجَ عَلَيْنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ « لَيْسَ أَحَدٌ مِنْ أَهْلِ الأَرْضِ يَنْتَظِرُ الصَّلاَةَ غَيْرُكُمْ » . وَكَانَ ابْنُ عُمَرَ لاَ يُبَالِى أَقَدَّمَهَا أَمْ أَخَّرَهَا إِذَا كَانَ لاَ يَخْشَى أَنْ يَغْلِبَهُ النَّوْمُ عَنْ وَقْتِهَا ، وَكَانَ يَرْقُدُ قَبْلَهَا .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ gecə vaxtı bir az məşğul olduğuna görə İşa namazını bir qədər gecikdirdi və biz də məsciddə yatdıq. Sonra oyandıq, yenə yatdıq, sonra oyandıq. Sonra Peyğəmbər ﷺ yanımıza gələrək buyurdu: “Hal hazırda sizdən başqa yer əhlindən namazı gözləyən heç kəs yoxdur”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 570 (Namaz vaxtları, 50)

قَالَ ابْنُ جُرَيْجٍ قُلْتُ لِعَطَاءٍ وَقَالَ سَمِعْتُ ابْنَ عَبَّاسٍ يَقُولُ أَعْتَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً بِالْعِشَاءِ حَتَّى رَقَدَ النَّاسُ وَاسْتَيْقَظُوا ، وَرَقَدُوا وَاسْتَيْقَظُوا ، فَقَامَ عُمَرُ بْنُ الْخَطَّابِ فَقَالَ الصَّلاَةَ . قَالَ عَطَاءٌ قَالَ ابْنُ عَبَّاسٍ فَخَرَجَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَأَنِّى أَنْظُرُ إِلَيْهِ الآنَ ، يَقْطُرُ رَأْسُهُ مَاءً ، وَاضِعًا يَدَهُ عَلَى رَأْسِهِ فَقَالَ « لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى لأَمَرْتُهُمْ أَنْ يُصَلُّوهَا هَكَذَا » . فَاسْتَثْبَتُّ عَطَاءً كَيْفَ وَضَعَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَأْسِهِ يَدَهُ كَمَا أَنْبَأَهُ ابْنُ عَبَّاسٍ ، فَبَدَّدَ لِى عَطَاءٌ بَيْنَ أَصَابِعِهِ شَيْئًا مِنْ تَبْدِيدٍ ، ثُمَّ وَضَعَ أَطْرَافَ أَصَابِعِهِ عَلَى قَرْنِ الرَّأْسِ ثُمَّ ضَمَّهَا ، يُمِرُّهَا كَذَلِكَ عَلَى الرَّأْسِ حَتَّى مَسَّتْ إِبْهَامُهُ طَرَفَ الأُذُنِ مِمَّا يَلِى الْوَجْهَ عَلَى الصُّدْغِ ، وَنَاحِيَةِ اللِّحْيَةِ ، لاَ يُقَصِّرُ وَلاَ يَبْطُشُ إِلاَّ كَذَلِكَ وَقَالَ « لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى لأَمَرْتُهُمْ أَنْ يُصَلُّوا هَكَذَا » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ İşa namazını gecə vaxtı o qədər gecikdirdi ki, camaat yuxuya getdi oyandı, yuxuya getdi oyandı. Ömər ayağa durub dedi: “Namaz!” İbn Abbas deyir: “Allahın Peyğəmbəri ﷺ bayıra çıxdı – o, sanki indi də gözlərimin önündədir, başından su damcılayırdı, əlini də başına qoymuşdu. O buyurdu: “Əgər ümmətimə çətin olmasaydı, bu namazı məhz bu vaxtda qılmağı onlara əmr edərdim”. Ravi İbn Cureyc Ətadan Peyğəmbərin ﷺ əlini öz başına necə qoyduğunu İbn Abbasın xəbər verdiyi kimi izah etməsini istədim. O, barmaqlarını bir qədər aralayıb sonra barmaq uclarını başının yan tərəfinə qoydu, daha sonra barmaqlarını birləşdirib baş barmağı gicgahla saqqalın birləşdiyi tərəfdən qulaq mərcəyinə dəyənədək başına çəkdi. O bunu nə tələsik, nə də yavaş etdi”. Peyğəmbər ﷺ buyurdu: “Əgər ümmətimə çətin olmasaydı, bu namazı məhz bu vaxtda qılmağı onlara əmr edərdim”.”

İbn Abbas
SəhihBuxari, 571 (Namaz vaxtları, 51)

Fəsil 25

İşa namazının vaxtı gecə yarısına qədərdir

باب وَقْتِ الْعِشَاءِ إِلَى نِصْفِ اللَّيْلِ

وَقَالَ أَبُو بَرْزَةَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَحِبُّ تَأْخِيرَهَا

Əbu Bərzə ﵁ demişdir: “Peyğəmbər ﷺ İşa namazını gecikdirməyi müstəhəb sayardı”.

حَدَّثَنَا عَبْدُ الرَّحِيمِ الْمُحَارِبِىُّ قَالَ حَدَّثَنَا زَائِدَةُ عَنْ حُمَيْدٍ الطَّوِيلِ عَنْ أَنَسٍ قَالَ أَخَّرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْعِشَاءِ إِلَى نِصْفِ اللَّيْلِ ، ثُمَّ صَلَّى ثُمَّ قَالَ « قَدْ صَلَّى النَّاسُ وَنَامُوا ، أَمَا إِنَّكُمْ فِى صَلاَةٍ مَا انْتَظَرْتُمُوهَا » . وَزَادَ ابْنُ أَبِى مَرْيَمَ أَخْبَرَنَا يَحْيَى بْنُ أَيُّوبَ حَدَّثَنِى حُمَيْدٌ سَمِعَ أَنَسًا كَأَنِّى أَنْظُرُ إِلَى وَبِيصِ خَاتَمِهِ لَيْلَتَئِذٍ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ İşa namazını gecənin yarısına qədər gecikdirdi, sonra namazı qıldırdı, sonra da buyurdu: “İnsanlar namaz qılıb artıq yatıblar, siz isə namazı gözlədiyinizə görə namazda olmusuz”. Ənəs deyir: “Mən o gecə Peyğəmbərin ﷺ barmağındakı üzüyün parladığını sanki indi də görürəm”.”

Ənəs
SəhihBuxari, 572 (Namaz vaxtları, 52)

Fəsil 26

Sübh namazının fəziləti

باب فَضْلِ صَلاَةِ الْفَجْرِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ إِسْمَاعِيلَ حَدَّثَنَا قَيْسٌ قَالَ لِى جَرِيرُ بْنُ عَبْدِ اللَّهِ كُنَّا عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ نَظَرَ إِلَى الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ فَقَالَ « أَمَا إِنَّكُمْ سَتَرَوْنَ رَبَّكُمْ كَمَا تَرَوْنَ هَذَا ، لاَ تُضَامُّونَ - أَوْ لاَ تُضَاهُونَ - فِى رُؤْيَتِهِ ، فَإِنِ اسْتَطَعْتُمْ أَنْ لاَ تُغْلَبُوا عَلَى صَلاَةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ ، وَقَبْلَ غُرُوبِهَا فَافْعَلُوا » . ثُمَّ قَالَ « فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا » .

“Rəvayət edilir ki, Qeys ﵀ demişdir: “Cərir ibn Abdullah mənə dedi: “Gecə vaxtı biz Peyğəmbərin ﷺ yanında olarkən o, on dörd günlük bədirlənmiş aya baxıb dedi: “Siz bu ayı gördüyünüz və ona baxmaqda bir birinizə mane olmadıgınız kimi, Rəbbinizi də görəcəksiniz. Əgər gün çıxmamışdan və batmamışdan əvvəl sizi namaz qılmaqdan yayındıracaq (işlərdən) çəkinə bilirsinizsə, çəkinin”. Sonra o bu ayəni oxudu: “Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!” (Qaf, 39)”.”

Qeys
SəhihBuxari, 573 (Namaz vaxtları, 53)

حَدَّثَنَا هُدْبَةُ بْنُ خَالِدٍ قَالَ حَدَّثَنَا هَمَّامٌ حَدَّثَنِى أَبُو جَمْرَةَ عَنْ أَبِى بَكْرِ بْنِ أَبِى مُوسَى عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ صَلَّى الْبَرْدَيْنِ دَخَلَ الْجَنَّةَ » . وَقَالَ ابْنُ رَجَاءٍ حَدَّثَنَا هَمَّامٌ عَنْ أَبِى جَمْرَةَ أَنَّ أَبَا بَكْرِ بْنَ عَبْدِ اللَّهِ بْنِ قَيْسٍ أَخْبَرَهُ بِهَذَا .

“Əbu Bəkr ibn Əbu Musa atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim iki sərinlik namazını (Sübh və Əsr) namazlarını qılarsa, Cənnətə girər”.”

Əbu Bəkr ibn Əbu Musa atasından
SəhihBuxari, 574 (Namaz vaxtları, 54)

Fəsil 27

Sübh namazının vaxtı

باب وَقْتِ الْفَجْرِ

حَدَّثَنَا عَمْرُو بْنُ عَاصِمٍ قَالَ حَدَّثَنَا هَمَّامٌ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ أَنَّ زَيْدَ بْنَ ثَابِتٍ حَدَّثَهُ أَنَّهُمْ تَسَحَّرُوا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَامُوا إِلَى الصَّلاَةِ . قُلْتُ كَمْ بَيْنَهُمَا قَالَ قَدْرُ خَمْسِينَ أَوْ سِتِّينَ - يَعْنِى آيَةً - ح .

“Ənəs ﵁ rəvayət edir ki, Zeyd ibn Sabit ona Peyğəmbərlə ﷺ bir yerdə səhur yeməyini yediklərini, sonra da namaza durduqlarını xəbər vermişdir. Ənəs deyir: “Mən ondan soruşdum: “Səhurla namaz arasında nə qədər vaxt var idi?” O dedi: “Bu vaxt ərzində əlli və ya altmış ayə oxumaq olardı”.”

Ənəs
SəhihBuxari, 575 (Namaz vaxtları, 55)

حَدَّثَنَا حَسَنُ بْنُ صَبَّاحٍ سَمِعَ رَوْحًا حَدَّثَنَا سَعِيدٌ عَنْ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَزَيْدَ بْنَ ثَابِتٍ تَسَحَّرَا ، فَلَمَّا فَرَغَا مِنْ سَحُورِهِمَا قَامَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّلاَةِ فَصَلَّى . قُلْنَا لأَنَسٍ كَمْ كَانَ بَيْنَ فَرَاغِهِمَا مِنْ سَحُورِهِمَا وَدُخُولِهِمَا فِى الصَّلاَةِ قَالَ قَدْرُ مَا يَقْرَأُ الرَّجُلُ خَمْسِينَ آيَةً .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ və Zeyd ibn Sabit səhur etdilər. Səhur etməyi qurtardıqdan sonra Allahın Peyğəmbəri ﷺ ayağa durdu və namazı qıldırdı. Biz Ənəsə dedik: “Səhur etdikdən sonra namazı başlayana qədər nə qədər vaxt var idi?” O dedi: “Bir kişi bu vaxt ərzində əlli ayə oxuyardı”.”

Ənəs ibn Malik
SəhihBuxari, 576 (Namaz vaxtları, 56)

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبِى أُوَيْسٍ عَنْ أَخِيهِ عَنْ سُلَيْمَانَ عَنْ أَبِى حَازِمٍ أَنَّهُ سَمِعَ سَهْلَ بْنَ سَعْدٍ يَقُولُ كُنْتُ أَتَسَحَّرُ فِى أَهْلِى ثُمَّ يَكُونُ سُرْعَةٌ بِى أَنْ أُدْرِكَ صَلاَةَ الْفَجْرِ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Mən ailəmlə səhur yeməyini yeyərdim, sonra da Sübh namazını Allah Elçisilə ﷺ bir yerdə qılmağa çatmaq üçün tələsərdim”.”

Səhl ibn Səd
SəhihBuxari, 577 (Namaz vaxtları, 57)

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ أَخْبَرَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ قَالَتْ كُنَّ نِسَاءُ الْمُؤْمِنَاتِ يَشْهَدْنَ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْفَجْرِ مُتَلَفِّعَاتٍ بِمُرُوطِهِنَّ ، ثُمَّ يَنْقَلِبْنَ إِلَى بُيُوتِهِنَّ حِينَ يَقْضِينَ الصَّلاَةَ ، لاَ يَعْرِفُهُنَّ أَحَدٌ مِنَ الْغَلَسِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mömin qadınlar Allah Elçisi ﷺ ilə (ipəkdən və ya yundan olan) örtüklərinə bürünərək Sübh namazında iştirak edər, namazı qıldıqdan sonra evlərinə qayıdar və qaranlıq olduğuna görə heç kəs onları tanımazdı”.”

Aişə
SəhihBuxari, 578 (Namaz vaxtları, 58)

Fəsil 28

Günəş çıxmadan Sübh namazının bir rükətinə çatan

باب مَنْ أَدْرَكَ مِنَ الْفَجْرِ رَكْعَةً

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ وَعَنْ بُسْرِ بْنِ سَعِيدٍ وَعَنِ الأَعْرَجِ يُحَدِّثُونَهُ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ أَدْرَكَ مِنَ الصُّبْحِ رَكْعَةً قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ فَقَدْ أَدْرَكَ الصُّبْحَ ، وَمَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الْعَصْرِ قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ فَقَدْ أَدْرَكَ الْعَصْرَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim gün çıxmamışdan əvvəl Sübh namazının bir rükətini qılmağa müvəffəq olarsa, namaza çatmış sayılır. Kim gün batmamışdan əvvəl Əsr namazının bir rükətini qılmağa müvəffəq olarsa, Əsr namazına çatmış sayılır”.”

Əbu Hureyra
SəhihBuxari, 579 (Namaz vaxtları, 59)

Fəsil 29

Namazın bir rükətinə çatan

باب مَنْ أَدْرَكَ مِنَ الصَّلاَةِ رَكْعَةً

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الصَّلاَةِ فَقَدْ أَدْرَكَ الصَّلاَةَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim (günəş çıxmadan və batmadan) namazın bir rükətini qılmağa müvəffəq olarsa, namaza çatmış sayılır”.”

Əbu Hureyra
SəhihBuxari, 580 (Namaz vaxtları, 60)

Fəsil 30

Sübh namazından sonra günəş üfüqdən yüksələnə qədər namaz qılmaq haqda

باب الصَّلاَةِ بَعْدَ الْفَجْرِ حَتَّى تَرْتَفِعَ الشَّمْسُ

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ قَتَادَةَ عَنْ أَبِى الْعَالِيَةِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ شَهِدَ عِنْدِى رِجَالٌ مَرْضِيُّونَ وَأَرْضَاهُمْ عِنْدِى عُمَرُ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنِ الصَّلاَةِ بَعْدَ الصُّبْحِ حَتَّى تَشْرُقَ الشَّمْسُ ، وَبَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Dininə sadiq möminlər və mənim üçün onların ən sadiqi sayılan Ömər mənim yanımda şahidlik etdilər ki, Peyğəmbər ﷺ Sübh namazından sonra günəş (üfüqdə bir nizə hündürlüyünə) qalxana qədər və Əsr namazından sonra da günəş batanadək namazı qılmağı qadağan etmişdi”.”

İbn Abbas
SəhihBuxari, 581 (Namaz vaxtları, 61)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ هِشَامٍ قَالَ أَخْبَرَنِى أَبِى قَالَ أَخْبَرَنِى ابْنُ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَحَرَّوْا بِصَلاَتِكُمْ طُلُوعَ الشَّمْسِ وَلاَ غُرُوبَهَا » .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namazınızı günəşin çıxdığı və batdığı vaxta saxlamayın”.”

İbn Ömər
SəhihBuxari, 582 (Namaz vaxtları, 62)

وَقَالَ حَدَّثَنِى ابْنُ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا طَلَعَ حَاجِبُ الشَّمْسِ فَأَخِّرُوا الصَّلاَةَ حَتَّى تَرْتَفِعَ ، وَإِذَا غَابَ حَاجِبُ الشَّمْسِ فَأَخِّرُوا الصَّلاَةَ حَتَّى تَغِيبَ » . تَابَعَهُ عَبْدَةُ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Günəşin qövsü (üfüqdə) göründüyü zaman o, (bir nizə hündürlüyünə) qalxanadək namazı təxirə salın və günəşin qövsü batdığı zaman o, gözdən itənədək namazı təxirə salın”.”

İbn Ömər
SəhihBuxari, 583 (Namaz vaxtları, 63)

حَدَّثَنَا عُبَيْدُ بْنُ إِسْمَاعِيلَ عَنْ أَبِى أُسَامَةَ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ خُبَيْبِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنْ بَيْعَتَيْنِ وَعَنْ لِبْسَتَيْنِ وَعَنْ صَلاَتَيْنِ نَهَى عَنِ الصَّلاَةِ بَعْدَ الْفَجْرِ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، وَبَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ الشَّمْسُ ، وَعَنِ اشْتِمَالِ الصَّمَّاءِ وَعَنْ الاِحْتِبَاءِ فِى ثَوْبٍ وَاحِدٍ يُفْضِى بِفَرْجِهِ إِلَى السَّمَاءِ ، وَعَنِ الْمُنَابَذَةِ وَالْمُلاَمَسَةِ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ alış-verişin iki növünü və geyim qaydasının iki üsulunu qadağan etmişdir. Həmçinin iki vaxtda namaz qılmağı da qadağan etmişdir: Sübh namazından sonra günəş (üfüqdə bir nizə hündürlüyünə) qalxana qədər və Əsr namazından sonra günəş batanadək (namaz qılmağı qadağan etmişdir). Dəsmal ilə bürünməkdən və övrət yeri görünə bilən bir paltara bürünməyi qadağan etmişdir.”

Əbu Hureyra
SəhihBuxari, 584 (Namaz vaxtları, 64)

Fəsil 31

Günəş batmamışdan qabaq namazın qılınmaması

باب لاَ يَتَحَرَّى الصَّلاَةَ قَبْلَ غُرُوبِ الشَّمْسِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ يَتَحَرَّى أَحَدُكُمْ فَيُصَلِّى عِنْدَ طُلُوعِ الشَّمْسِ وَلاَ عِنْدَ غُرُوبِهَا » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz günəş batmamışdan və doğmamışdan əvvəl namaz qılmasın”.”

İbn Ömər
SəhihBuxari, 585 (Namaz vaxtları, 65)

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى عَطَاءُ بْنُ يَزِيدَ الْجُنْدَعِىُّ أَنَّهُ سَمِعَ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ صَلاَةَ بَعْدَ الصُّبْحِ حَتَّى تَرْتَفِعَ الشَّمْسُ ، وَلاَ صَلاَةَ بَعْدَ الْعَصْرِ حَتَّى تَغِيبَ الشَّمْسُ » .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Sübh namazından sonra günəş yüksələnə qədər namaz yoxdur. Əsr namazını qılandan sonra da günəş batana qədər namaz yoxdur”.”

Əbu Səid əl-Xudri
SəhihBuxari, 586 (Namaz vaxtları, 66)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبَانَ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى التَّيَّاحِ قَالَ سَمِعْتُ حُمْرَانَ بْنَ أَبَانَ يُحَدِّثُ عَنْ مُعَاوِيَةَ قَالَ إِنَّكُمْ لَتُصَلُّونَ صَلاَةً ، لَقَدْ صَحِبْنَا رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَمَا رَأَيْنَاهُ يُصَلِّيهَا ، وَلَقَدْ نَهَى عَنْهُمَا ، يَعْنِى الرَّكْعَتَيْنِ بَعْدَ الْعَصْرِ .

“Rəvayət edilir ki, Müaviyə ﵁ demişdir: “Siz elə bir namaz qılırsınız ki, biz Allah Elçisinin ﷺ yanında ikən onun (belə vaxtda) namaz qıldığını görməmişik. O bunu, yəni Əsrdən sonra iki rükət namaz qılmağı qadağan etmişdi”.”

Müaviyə
SəhihBuxari, 587 (Namaz vaxtları, 67)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلاَمٍ قَالَ حَدَّثَنَا عَبْدَةُ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ خُبَيْبٍ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ صَلاَتَيْنِ بَعْدَ الْفَجْرِ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، وَبَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ الشَّمْسُ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ iki vaxtda – Sübh namazından günəş çıxana qədər və Əsr namazından günəş batana qədər namaz qılmağı qadağan etmişdir”.”

Əbu Hureyra
SəhihBuxari, 588 (Namaz vaxtları, 68)

Fəsil 32

Əsrdən və Sübhdən sonra namaz qılmağı pis saymayan

باب مَنْ لَمْ يَكْرَهِ الصَّلاَةَ إِلاَّ بَعْدَ الْعَصْرِ وَالْفَجْرِ

رَوَاهُ عُمَرُ وَابْنُ عُمَرَ وَأَبُو سَعِيدٍ وَأَبُو هُرَيْرَةَ .

Bunu Ömər, İbn Ömər, Əbu Səid və Əbu Hureyra ﵃ rəvayət etmişlər.

حَدَّثَنَا أَبُو النُّعْمَانِ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ أُصَلِّى كَمَا رَأَيْتُ أَصْحَابِى يُصَلُّونَ ، لاَ أَنْهَى أَحَدًا يُصَلِّى بِلَيْلٍ وَلاَ نَهَارٍ مَا شَاءَ ، غَيْرَ أَنْ لاَ تَحَرَّوْا طُلُوعَ الشَّمْسِ وَلاَ غُرُوبَهَا .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən dostlarımın necə namaz qıldığını görürəmsə, elə də qılıram. Nə gecə, nə də gündüz heç kimin istədiyi kimi namaz qılmağı qadağan etmərəm. Yalnız günəşin doğması və batmasına vaxtına diqqət edin”.”

İbn Ömər
SəhihBuxari, 589 (Namaz vaxtları, 69)

Fəsil 33

Əsr namazından sonra vaxtı keçmiş və digər bu kimi namazların qılınması

باب مَا يُصَلَّى بَعْدَ الْعَصْرِ مِنَ الْفَوَائِتِ وَنَحْوِهَا

وَقَالَ كُرَيْبٌ عَنْ أُمِّ سَلَمَةَ صَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدَ الْعَصْرِ رَكْعَتَيْنِ وَقَالَ « شَغَلَنِى نَاسٌ مِنْ عَبْدِ الْقَيْسِ عَنِ الرَّكْعَتَيْنِ بَعْدَ الظُّهْرِ » .

Kureyb ﵀ Ummu Sələmədən ﵂ rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Əsr namazından sonra iki rükət namaz qılmış və belə buyurmuşdur: “Abdul-Qeys tayfasından olan insanlar məni Zöhr namazından sonrakı iki rükət sünnəsini qılmaqdan məşğul etmişdilər”.

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ أَيْمَنَ قَالَ حَدَّثَنِى أَبِى أَنَّهُ سَمِعَ عَائِشَةَ قَالَتْ وَالَّذِى ذَهَبَ بِهِ مَا تَرَكَهُمَا حَتَّى لَقِىَ اللَّهَ ، وَمَا لَقِىَ اللَّهَ تَعَالَى حَتَّى ثَقُلَ عَنِ الصَّلاَةِ ، وَكَانَ يُصَلِّى كَثِيرًا مِنْ صَلاَتِهِ قَاعِدًا - تَعْنِى الرَّكْعَتَيْنِ بَعْدَ الْعَصْرِ - وَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّيهِمَا ، وَلاَ يُصَلِّيهِمَا فِى الْمَسْجِدِ مَخَافَةَ أَنْ يُثَقِّلَ عَلَى أُمَّتِهِ ، وَكَانَ يُحِبُّ مَا يُخَفَّفُ عَنْهُمْ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbəri ﷺ (Öz dərgahına) aparan Allaha and olsun ki, o, Allaha qovuşanadək bu iki rükət namazı tərk etmədi, bu namazı (ayaq üstə) qılmaq ona ağır gələnədək (yaşlananadək) Uca Allaha qovuşmamışdı, çox vaxt o, namazını, yəni Əsrdən sonra qıldığı iki rükət namazı oturan yerdə qılardı. Peyğəmbər ﷺ bu iki rükət namazı (evdə) qılardı; o, ümmətinə çətin olacağından ehtiyat etdiyi üçün bu iki rükəti məsciddə qılmazdı və onların (işini) yüngülləşdirən hər şeyi sevərdi”.”

Aişə
SəhihBuxari, 590 (Namaz vaxtları, 70)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ أَخْبَرَنِى أَبِى قَالَتْ عَائِشَةُ ابْنَ أُخْتِى مَا تَرَكَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السَّجْدَتَيْنِ بَعْدَ الْعَصْرِ عِنْدِى قَطُّ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ey bacım oğlu, Peyğəmbər ﷺ Əsr namazından sonra qılınan iki rükət namazı mənim otağımda heç vaxt tərk etmədi”.”

Aişə
SəhihBuxari, 591 (Namaz vaxtları, 71)

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا الشَّيْبَانِىُّ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ الأَسْوَدِ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ رَكْعَتَانِ لَمْ يَكُنْ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَعُهُمَا سِرًّا وَلاَ عَلاَنِيَةً رَكْعَتَانِ قَبْلَ صَلاَةِ الصُّبْحِ ، وَرَكْعَتَانِ بَعْدَ الْعَصْرِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “İki rükət namaz var ki, Allah Elçisi ﷺ nə gizlində, nə də aşkarda – heç vaxt onları tərk etməmişdir: iki rükət Sübh namazından əvvəl, iki rükət də Əsr namazından sonra”.”

Aişə
SəhihBuxari, 592 (Namaz vaxtları, 72)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَرْعَرَةَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى إِسْحَاقَ قَالَ رَأَيْتُ الأَسْوَدَ وَمَسْرُوقًا شَهِدَا عَلَى عَائِشَةَ قَالَتْ مَا كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْتِينِى فِى يَوْمٍ بَعْدَ الْعَصْرِ إِلاَّ صَلَّى رَكْعَتَيْنِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Elə bir gün olmazdı ki, Peyğəmbər ﷺ Əsr namazından sonra mənim yanıma gəldikdə iki rükət namaz qılmasın”.”

Aişə
SəhihBuxari, 593 (Namaz vaxtları, 73)

Fəsil 34

Buludlu gündə namazı ilk vaxtında qılmaq

باب التَّبْكِيرِ بِالصَّلاَةِ فِى يَوْمِ غَيْمٍ

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى - هُوَ ابْنُ أَبِى كَثِيرٍ - عَنْ أَبِى قِلاَبَةَ أَنَّ أَبَا الْمَلِيحِ حَدَّثَهُ قَالَ كُنَّا مَعَ بُرَيْدَةَ فِى يَوْمٍ ذِى غَيْمٍ فَقَالَ بَكِّرُوا بِالصَّلاَةِ فَإِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَرَكَ صَلاَةَ الْعَصْرِ حَبِطَ عَمَلُهُ » .

“Rəvayət edilir ki, Əbu Məlih ﵀ demişdir: “Bir dəfə mən hava buludlu olduğu bir gündə Bureydə ilə bir döyüşdə birlikdə idim. O dedi: “Namazı ilk vaxtında qılın, çünki Peyğəmbər ﷺ buyurmuşdur: “Əsr namazını (qəsdən) qılmayan kimsənin əməli puç olar”.”

Əbu Məlih
SəhihBuxari, 594 (Namaz vaxtları, 74)

Fəsil 35

Namazın vaxtı keçdikdən sonra azan vermək

باب الأَذَانِ بَعْدَ ذَهَابِ الْوَقْتِ

حَدَّثَنَا عِمْرَانُ بْنُ مَيْسَرَةَ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ قَالَ حَدَّثَنَا حُصَيْنٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ قَالَ سِرْنَا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً فَقَالَ بَعْضُ الْقَوْمِ لَوْ عَرَّسْتَ بِنَا يَا رَسُولَ اللَّهِ . قَالَ « أَخَافُ أَنْ تَنَامُوا عَنِ الصَّلاَةِ » . قَالَ بِلاَلٌ أَنَا أُوقِظُكُمْ . فَاضْطَجَعُوا وَأَسْنَدَ بِلاَلٌ ظَهْرَهُ إِلَى رَاحِلَتِهِ ، فَغَلَبَتْهُ عَيْنَاهُ فَنَامَ ، فَاسْتَيْقَظَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ طَلَعَ حَاجِبُ الشَّمْسِ فَقَالَ « يَا بِلاَلُ أَيْنَ مَا قُلْتَ » . قَالَ مَا أُلْقِيَتْ عَلَىَّ نَوْمَةٌ مِثْلُهَا قَطُّ . قَالَ « إِنَّ اللَّهَ قَبَضَ أَرْوَاحَكُمْ حِينَ شَاءَ ، وَرَدَّهَا عَلَيْكُمْ حِينَ شَاءَ ، يَا بِلاَلُ قُمْ فَأَذِّنْ بِالنَّاسِ بِالصَّلاَةِ » . فَتَوَضَّأَ فَلَمَّا ارْتَفَعَتِ الشَّمْسُ وَابْيَاضَّتْ قَامَ فَصَلَّى .

“Rəvayət edilir ki, Əbu Qətadə ﵁ demişdir: “Bir gecə biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə olarkən bəziləri dedilər: “Bizə dincimizi almağa izin versəydin, yaxşı olardı, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Qorxuram ki, namaz vaxtı yatıb qalasınız”. Bilal dedi: “Mən sizi oyadaram”. Beləliklə, hamı uzanıb yatdı. Bilal yatmamaq üçün kürəyini öz dəvəsinə söykədi, lakin onu da yuxu apardı. Nəhayət, Peyğəmbər ﷺ günəşin qövsü üfüqdə göründüyü vaxt oyandı və: “Ey Bilal, hanı verdiyin söz?”– deyə soruşdu. Bilal dedi: “Mən heç vaxt belə bərk yatmamışdım”. Peyğəmbər ﷺ buyurdu: “Allah istədiyi vaxt canınızı alır və istədiyi vaxt da onu sizə qaytarır. Ey Bilal, qalx camaatı namaza çağır”. Bundan sonra Peyğəmbər ﷺ dəstəmaz aldı və günəş artıq üfüqdən qalxıb parıldamağa başladıqdan sonra qalxıb namazı qıldırdı”.”

Əbu Qətadə
SəhihBuxari, 595 (Namaz vaxtları, 75)

Fəsil 36

Namazın vaxtı keçdikdən sonra camaata namaz qıldıran

باب مَنْ صَلَّى بِالنَّاسِ جَمَاعَةً بَعْدَ ذَهَابِ الْوَقْتِ

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ جَاءَ يَوْمَ الْخَنْدَقِ بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ ، فَجَعَلَ يَسُبُّ كُفَّارَ قُرَيْشٍ قَالَ يَا رَسُولَ اللَّهِ مَا كِدْتُ أُصَلِّى الْعَصْرَ حَتَّى كَادَتِ الشَّمْسُ تَغْرُبُ . قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَاللَّهِ مَا صَلَّيْتُهَا » . فَقُمْنَا إِلَى بُطْحَانَ ، فَتَوَضَّأَ لِلصَّلاَةِ ، وَتَوَضَّأْنَا لَهَا فَصَلَّى الْعَصْرَ بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى بَعْدَهَا الْمَغْرِبَ .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Xəndək döyüşü əsnasında Ömər ibn əl-Xattab günəş batandan sonra müsəlmanların yanına qayıtdı və Qureyş kafirlərini söyməyə başladı. Sonra dedi: “Ey Allahın Eçisi, mən Əsr namazını gün batana yaxın qıldım”. Peyğəmbər ﷺ buyurdu: “Allaha and olsun ki, mən Əsr namazını hələ qılmamışam”. Sonra biz Buthana getdik. Orada Peyğəmbər ﷺ dəstəmaz aldı və biz də namaz qılmaq üçün dəstəmaz aldıq. Gün batandan sonra o, Əsr namazını, arxası ilə də Məğrib namazını qıldırdı.”

Cabir ibn Abdullah
SəhihBuxari, 596 (Namaz vaxtları, 76)

Fəsil 37

Namazını unudan kimsə, yadına düşən kimi onu qılmalıdır və o, yalnız bu namazı qəza edər

باب مَنْ نَسِىَ صَلاَةً فَلْيُصَلِّ إِذَا ذَكَرَهَا وَلاَ يُعِيدُ إِلاَّ تِلْكَ الصَّلاَةَ

وَقَالَ إِبْرَاهِيمُ مَنْ تَرَكَ صَلاَةً وَاحِدَةً عِشْرِينَ سَنَةً لَمْ يُعِدْ إِلاَّ تِلْكَ الصَّلاَةَ الْوَاحِدَةَ .

İbrahim ən-Nəxai ﵀ demişdir: “Bir namazı iyirmi il yadından çıxaran, yalnız bu namazı qəza edər”.

حَدَّثَنَا أَبُو نُعَيْمٍ وَمُوسَى بْنُ إِسْمَاعِيلَ قَالاَ حَدَّثَنَا هَمَّامٌ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ نَسِىَ صَلاَةً فَلْيُصَلِّ إِذَا ذَكَرَهَا ، لاَ كَفَّارَةَ لَهَا إِلاَّ ذَلِكَ » . { وَأَقِمِ الصَّلاَةَ لِذِكْرِى } قَالَ مُوسَى قَالَ هَمَّامٌ سَمِعْتُهُ يَقُولُ بَعْدُ { وَأَقِمِ الصَّلاَةَ لِذِكْرِى }

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim namazını unudarsa, qoy yadına düşən kimi qılsın. Unudulan namazın bundan başqa kəffarəsi yoxdur”. Uca Allah buyurur: “Məni xatırlamaq üçün namaz qıl!” (Taha, 14).”

Ənəs
SəhihBuxari, 597 (Namaz vaxtları, 77)

Fəsil 38

Keçmiş namazları sıra ilə qəza etmək

باب قَضَاءِ الصَّلَوَاتِ الأُولَى فَالأُولَى

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ هِشَامٍ قَالَ حَدَّثَنَا يَحْيَى - هُوَ ابْنُ أَبِى كَثِيرٍ - عَنْ أَبِى سَلَمَةَ عَنْ جَابِرٍ قَالَ جَعَلَ عُمَرُ يَوْمَ الْخَنْدَقِ يَسُبُّ كُفَّارَهُمْ وَقَالَ مَا كِدْتُ أُصَلِّى الْعَصْرَ حَتَّى غَرَبَتْ . قَالَ فَنَزَلْنَا بُطْحَانَ ، فَصَلَّى بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ .

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Xəndək döyüşü əsnasında Ömər müsəlmanların yanına gəldi və kafirləri söyməyə başladı. Sonra dedi: “Mən Əsr namazını gün batana yaxın qıldım”. Biz Buthana gəldik. Peyğəmbər ﷺ gün batandan sonra Əsr namazını, arxasınca da Məğrib namazını qıldı.”

Cabir
SəhihBuxari, 598 (Namaz vaxtları, 78)

Fəsil 39

İşa namazından sonra yatmayıb söhbət etməyin məkruh olması

باب مَا يُكْرَهُ مِنَ السَّمَرِ بَعْدَ الْعِشَاءِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا عَوْفٌ قَالَ حَدَّثَنَا أَبُو الْمِنْهَالِ قَالَ انْطَلَقْتُ مَعَ أَبِى إِلَى أَبِى بَرْزَةَ الأَسْلَمِىِّ فَقَالَ لَهُ أَبِى حَدِّثْنَا كَيْفَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الْمَكْتُوبَةَ قَالَ كَانَ يُصَلِّى الْهَجِيرَ وَهْىَ الَّتِى تَدْعُونَهَا الأُولَى حِينَ تَدْحَضُ الشَّمْسُ ، وَيُصَلِّى الْعَصْرَ ، ثُمَّ يَرْجِعُ أَحَدُنَا إِلَى أَهْلِهِ فِى أَقْصَى الْمَدِينَةِ وَالشَّمْسُ حَيَّةٌ ، وَنَسِيتُ مَا قَالَ فِى الْمَغْرِبِ . قَالَ وَكَانَ يَسْتَحِبُّ أَنْ يُؤَخِّرَ الْعِشَاءَ . قَالَ وَكَانَ يَكْرَهُ النَّوْمَ قَبْلَهَا وَالْحَدِيثَ بَعْدَهَا ، وَكَانَ يَنْفَتِلُ مِنْ صَلاَةِ الْغَدَاةِ حِينَ يَعْرِفُ أَحَدُنَا جَلِيسَهُ ، وَيَقْرَأُ مِنَ السِّتِّينَ إِلَى الْمِائَةِ .

“Rəvayət edilir ki, Əbu Minhəl ﵀ demişdir: “Mən atam ilə birlikdə Əbu Bərzə əl-Əsləminin yanına getdik. Atam ona dedi: “Bizə Allah Elçisinin ﷺ fərz namazlarını necə qılması haqda danış”. O buyurdu: “Allah Elçisi ﷺ sizin “Ulə” dediyiniz Zöhrü günəş göyün ortasından şərqə meyl etdikdə qıldırardı. Əsr namazını birimiz məsciddən Mədinənin ən uzaq yerinə gedər, ailəsinin yanına qayıdar, günəş isə hələ də adamı yandırırdı”. Ravi Əbu Minhal dedi: “Mən Əbu Bərzənin Məğrib namazı haqda dediyini unutmuşam”. Əbu Bərzə dedi: “Allah Elçisi ﷺ İşa namazını gecəyə qədər uzatmağı müstəhəb sayardı”. Həmçinin Əbu Bərzə dedi: “Allah Elçisi ﷺ İşa namazından əvvəl yatmağı, İşadan sonra danışmağı xoşlamazdı. Sübh namzından da birimiz yanında oturanı tanıyacaq qədər aydınlıq olduğu vaxt çıxardı. Bu namazda altmış ilə yüz ayəyə qədər oxuyardı”.”

Əbu Minhəl
SəhihBuxari, 599 (Namaz vaxtları, 79)

Fəsil 40

İşa namazından sonra elm və digər xeyirli işlərə görə oyaq qalıb söhbət etmək

باب السَّمَرِ فِى الْفِقْهِ وَالْخَيْرِ بَعْدَ الْعِشَاءِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ الصَّبَّاحِ قَالَ حَدَّثَنَا أَبُو عَلِىٍّ الْحَنَفِىُّ حَدَّثَنَا قُرَّةُ بْنُ خَالِدٍ قَالَ انْتَظَرْنَا الْحَسَنَ وَرَاثَ عَلَيْنَا حَتَّى قَرُبْنَا مِنْ وَقْتِ قِيَامِهِ ، فَجَاءَ فَقَالَ دَعَانَا جِيرَانُنَا هَؤُلاَءِ . ثُمَّ قَالَ قَالَ أَنَسٌ نَظَرْنَا النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ حَتَّى كَانَ شَطْرُ اللَّيْلِ يَبْلُغُهُ ، فَجَاءَ فَصَلَّى لَنَا ، ثُمَّ خَطَبَنَا فَقَالَ « أَلاَ إِنَّ النَّاسَ قَدْ صَلَّوْا ثُمَّ رَقَدُوا ، وَإِنَّكُمْ لَمْ تَزَالُوا فِى صَلاَةٍ مَا انْتَظَرْتُمُ الصَّلاَةَ » . قَالَ الْحَسَنُ وَإِنَّ الْقَوْمَ لاَ يَزَالُونَ بِخَيْرٍ مَا انْتَظَرُوا الْخَيْرَ . قَالَ قُرَّةُ هُوَ مِنْ حَدِيثِ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Qurra ibn Xalid ﵀ demişdir: “Bir gün Həsən əl-Bəsrini dərs vermək üçün gözləyirdik. O, bir qədər gecikirdi. Sonra ayağa durduqda gəldi və dedi: “Bizi bu qonşularımız çağırmışdı”. Sonra da buyurdu: “Ənəs belə demişdir: “Bir dəfə biz Peyğəmbəri ﷺ gecə yarısı olana qədər gözlədik. O gəlib bizə namaz qıldırdı, sonra da bizə xütbə deyərək buyurdu: “İndi insanlar namaz qılaraq yatıblar. “Siz namazı gözlədiyiniz müddətdə namaz qılmış hesab olunursunuz”. Həsən əl-Bəsri dedi: “Həqiqətən, hər bir qövm xeyri qoruyub gözlədikləri müddətdə xeyir içindədirlər”. Qurra dedi: “Həsənin bu sözü Ənəsin Peyğəmbərdən ﷺ rəvayət etdiyi hədisindəndir”.”

Qurra ibn Xalid
SəhihBuxari, 600 (Namaz vaxtları, 80)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ حَدَّثَنِى سَالِمُ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ وَأَبُو بَكْرِ بْنُ أَبِى حَثْمَةَ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ قَالَ صَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْعِشَاءِ فِى آخِرِ حَيَاتِهِ ، فَلَمَّا سَلَّمَ قَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « أَرَأَيْتَكُمْ لَيْلَتَكُمْ هَذِهِ فَإِنَّ رَأْسَ مِائَةٍ لاَ يَبْقَى مِمَّنْ هُوَ الْيَوْمَ عَلَى ظَهْرِ الأَرْضِ أَحَدٌ » . فَوَهِلَ النَّاسُ فِى مَقَالَةِ رَسُولِ اللَّهِ - عَلَيْهِ السَّلاَمُ - إِلَى مَا يَتَحَدَّثُونَ مِنْ هَذِهِ الأَحَادِيثِ عَنْ مِائَةِ سَنَةٍ ، وَإِنَّمَا قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَبْقَى مِمَّنْ هُوَ الْيَوْمَ عَلَى ظَهْرِ الأَرْضِ » يُرِيدُ بِذَلِكَ أَنَّهَا تَخْرِمُ ذَلِكَ الْقَرْنَ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ həyatının sonunda bizə İşa namazını qıldırdı. Salam verib namazı bitirdikdən sonra ayağa qalxıb buyurdu: “Bilirsinizmi bu gecə hansı gecədir? Həqiqətən, yüz ilin tamamında bu gün yer üzündə olanlardan heç bir kəs qalmayacaq”. İnsanlar Allah Elçisinin ﷺ bu yüz il kəlamı haqda şayiələrə daldılar. Halbuki Peyğəmbər ﷺ “Bu gündən etibarən yüz ilin tamamında (indi) yer üzündə olanlardan heç bir kəs qalmayacaq” deməklə, həmin gecədən etibarən yüz ilin tamamını qəsd edirdi”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 601 (Namaz vaxtları, 81)

Fəsil 41

Qonaqlar və ailə üzvləri ilə birlikdə gecənin bir qismində oyaq qalıb söhbət etmək

باب السَّمَرِ مَعَ الضَّيْفِ وَالأَهْلِ

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا مُعْتَمِرُ بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنَا أَبِى حَدَّثَنَا أَبُو عُثْمَانَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى بَكْرٍ أَنَّ أَصْحَابَ الصُّفَّةِ كَانُوا أُنَاسًا فُقَرَاءَ ، وَأَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ كَانَ عِنْدَهُ طَعَامُ اثْنَيْنِ فَلْيَذْهَبْ بِثَالِثٍ ، وَإِنْ أَرْبَعٌ فَخَامِسٌ أَوْ سَادِسٌ » . وَأَنَّ أَبَا بَكْرٍ جَاءَ بِثَلاَثَةٍ فَانْطَلَقَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعَشَرَةٍ ، قَالَ فَهْوَ أَنَا وَأَبِى وَأُمِّى ، فَلاَ أَدْرِى قَالَ وَامْرَأَتِى وَخَادِمٌ بَيْنَنَا وَبَيْنَ بَيْتِ أَبِى بَكْرٍ . وَإِنَّ أَبَا بَكْرٍ تَعَشَّى عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ لَبِثَ حَيْثُ صُلِّيَتِ الْعِشَاءُ ، ثُمَّ رَجَعَ فَلَبِثَ حَتَّى تَعَشَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَ بَعْدَ مَا مَضَى مِنَ اللَّيْلِ مَا شَاءَ اللَّهُ ، قَالَتْ لَهُ امْرَأَتُهُ وَمَا حَبَسَكَ عَنْ أَضْيَافِكَ - أَوْ قَالَتْ ضَيْفِكَ - قَالَ أَوَمَا عَشَّيْتِيهِمْ قَالَتْ أَبَوْا حَتَّى تَجِىءَ ، قَدْ عُرِضُوا فَأَبَوْا . قَالَ فَذَهَبْتُ أَنَا فَاخْتَبَأْتُ فَقَالَ يَا غُنْثَرُ ، فَجَدَّعَ وَسَبَّ ، وَقَالَ كُلُوا لاَ هَنِيئًا . فَقَالَ وَاللَّهِ لاَ أَطْعَمُهُ أَبَدًا ، وَايْمُ اللَّهِ مَا كُنَّا نَأْخُذُ مِنْ لُقْمَةٍ إِلاَّ رَبَا مِنْ أَسْفَلِهَا أَكْثَرُ مِنْهَا . قَالَ يَعْنِى حَتَّى شَبِعُوا وَصَارَتْ أَكْثَرَ مِمَّا كَانَتْ قَبْلَ ذَلِكَ ، فَنَظَرَ إِلَيْهَا أَبُو بَكْرٍ فَإِذَا هِىَ كَمَا هِىَ أَوْ أَكْثَرُ مِنْهَا . فَقَالَ لاِمْرَأَتِهِ يَا أُخْتَ بَنِى فِرَاسٍ مَا هَذَا قَالَتْ لاَ وَقُرَّةِ عَيْنِى لَهِىَ الآنَ أَكْثَرُ مِنْهَا قَبْلَ ذَلِكَ بِثَلاَثِ مَرَّاتٍ . فَأَكَلَ مِنْهَا أَبُو بَكْرٍ وَقَالَ إِنَّمَا كَانَ ذَلِكَ مِنَ الشَّيْطَانِ - يَعْنِى يَمِينَهُ - ثُمَّ أَكَلَ مِنْهَا لُقْمَةً ، ثُمَّ حَمَلَهَا إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَصْبَحَتْ عِنْدَهُ ، وَكَانَ بَيْنَنَا وَبَيْنَ قَوْمٍ عَقْدٌ ، فَمَضَى الأَجَلُ ، فَفَرَّقَنَا اثْنَا عَشَرَ رَجُلاً ، مَعَ كُلِّ رَجُلٍ مِنْهُمْ أُنَاسٌ ، اللَّهُ أَعْلَمُ كَمْ مَعَ كُلِّ رَجُلٍ فَأَكَلُوا مِنْهَا أَجْمَعُونَ ، أَوْ كَمَا قَالَ .

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu Bəkr ﵄ demişdir: “Suffə əhli kasıb adamlar idi. Odur ki, Peyğəmbər ﵁ buyurdu: “Kimin iki nəfərlik yeməyi varsa, üçüncü bir adamı da (yeməyə) dəvət etsin, əgər dörd nəfərlikdirsə, beşincisini və ya altıncısını da (yeməyə çağırsın)”. Əbu Bəkr üç nəfəri, Peyğəmbər ﷺ isə on nəfəri evinə apardı. Mən, anam və atam bir evdə yaşayırdıq. Ravi deyir: “Mən Abdur-Rahmənin: “Arvadım və Əbu Bəkrə qulluq edən xidmətçim də” deyib-demədiyini xatırlamıram”. Abdur-Rahmən deyir: “Əbu Bəkr Peyğəmbərin ﷺ yanında axşam yeməyini yedi, sonra da İşa namazını qılana qədər gözlədi. Daha sonra geri qayıdıb Peyğəmbər ﷺ axşam yeməyini yeyənə qədər orada qaldı və gecənin bir hissəsi keçdikdən sonra evinə qayıtdı. Arvadı ondan soruşdu: “Qonaqlarının yanına gəlməyə sənə nə mane oldu?” O dedi: “Olmaya, onlara şam yeməyi verməmisən?” Arvadı dedi: “Onlar sən gələnədək yemək istəmədilər, qabaqlarına yemək qoyuldu, lakin imtina etdilər”. Abdur-Rahmən deyir: “Mən atamın qorxusundan qaçıb gizləndim”. Atam isə: “Ay həşərat!”– deyə qışqırıb məni danladı. Yemək süfrəyə gətirildikdən sonra dedi: “Yeyin, onsuz da nuş olmayacaq! Allaha and olsun, mən o yeməkdən yeməyəcəyəm!” Abdur-Rahmən deyir: “Allaha and olsun ki, biz hər dəfə bir loxma götürdükcə altından yemək daha da artırdı. Axırda, hamı yeyib doydu və yemək əvvəlkindən daha çox oldu. Əbu Bəkr yeməyə baxıb onun olduğu kimi qaldığını və ya daha da artdığını görəndə arvadına dedi: “Ey Firas oğullarının bacısı, bu nədir?” Qadın dedi: “Gözün aydın! İndi yemək əvvəlkindən üç dəfə artıq olmuşdur!” Beləliklə, Əbu Bəkr də o yeməkdən yedi və (yeməyə toxunmayacağına dair) and içməsini qəsd edərək: “Bu, şeytanın işidir”– dedi. O, yeməkdən bir loxma da yedikdən sonra onu Peyğəmbərin ﷺ yanına apardı və yemək səhərə qədər onun yanında qaldı. O vaxta qədər bizimlə bir tayfa arasında bağlanan sazişin müddəti bitmişdi. Biz bu tayfadan on iki nəfər seçdik; onlardan hər birinin yanında Allaha məlum olan sayda adamlar var idi, onların hamısı bu xörəkdən yedi” və ya buna bənzər bir söz dedi”.”

Abdur-Rahmən ibn Əbu Bəkr
SəhihBuxari, 602 (Namaz vaxtları, 82)