Namazın vaxtları kitabı

Namaz qılan şəxs öz Rəbbi ﷿ ilə gizli söhbət edir

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا قَتَادَةُ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اعْتَدِلُوا فِى السُّجُودِ ، وَلاَ يَبْسُطْ ذِرَاعَيْهِ كَالْكَلْبِ ، وَإِذَا بَزَقَ فَلاَ يَبْزُقَنَّ بَيْنَ يَدَيْهِ وَلاَ عَنْ يَمِينِهِ ، فَإِنَّهُ يُنَاجِى رَبَّهُ » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Səcdələrinizi düzgün edin. (Namaz qılan şəxs) dirsəklərini yerə it kimi qoymasın və tüpürmək istədikdə qabağına və sağ tərəfinə tüpürməsin, çünki o, (namaz vaxtı) öz Rəbbi ilə gizli söhbətə girir”.”

Ənəs
Səhih

İstinad

Buxari, 532 (Namaz vaxtları, 12)

Səhih əl-Buxari — Namazın vaxtları kitabı