Sübh namazından sonra günəş üfüqdən yüksələnə qədər namaz qılmaq haqda
وَقَالَ حَدَّثَنِى ابْنُ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا طَلَعَ حَاجِبُ الشَّمْسِ فَأَخِّرُوا الصَّلاَةَ حَتَّى تَرْتَفِعَ ، وَإِذَا غَابَ حَاجِبُ الشَّمْسِ فَأَخِّرُوا الصَّلاَةَ حَتَّى تَغِيبَ » . تَابَعَهُ عَبْدَةُ .
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Günəşin qövsü (üfüqdə) göründüyü zaman o, (bir nizə hündürlüyünə) qalxanadək namazı təxirə salın və günəşin qövsü batdığı zaman o, gözdən itənədək namazı təxirə salın”.”
İbn Ömər
Səhihİstinad
Buxari, 583 (Namaz vaxtları, 63)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı