İşa namazının vaxtı gecə yarısına qədərdir
حَدَّثَنَا عَبْدُ الرَّحِيمِ الْمُحَارِبِىُّ قَالَ حَدَّثَنَا زَائِدَةُ عَنْ حُمَيْدٍ الطَّوِيلِ عَنْ أَنَسٍ قَالَ أَخَّرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْعِشَاءِ إِلَى نِصْفِ اللَّيْلِ ، ثُمَّ صَلَّى ثُمَّ قَالَ « قَدْ صَلَّى النَّاسُ وَنَامُوا ، أَمَا إِنَّكُمْ فِى صَلاَةٍ مَا انْتَظَرْتُمُوهَا » . وَزَادَ ابْنُ أَبِى مَرْيَمَ أَخْبَرَنَا يَحْيَى بْنُ أَيُّوبَ حَدَّثَنِى حُمَيْدٌ سَمِعَ أَنَسًا كَأَنِّى أَنْظُرُ إِلَى وَبِيصِ خَاتَمِهِ لَيْلَتَئِذٍ .
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ İşa namazını gecənin yarısına qədər gecikdirdi, sonra namazı qıldırdı, sonra da buyurdu: “İnsanlar namaz qılıb artıq yatıblar, siz isə namazı gözlədiyinizə görə namazda olmusuz”. Ənəs deyir: “Mən o gecə Peyğəmbərin ﷺ barmağındakı üzüyün parladığını sanki indi də görürəm”.”
İstinad
Buxari, 572 (Namaz vaxtları, 52)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı