Gözlərindən yuxu tökülən kəsin İşa namazından əvvəl yatması
قَالَ ابْنُ جُرَيْجٍ قُلْتُ لِعَطَاءٍ وَقَالَ سَمِعْتُ ابْنَ عَبَّاسٍ يَقُولُ أَعْتَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً بِالْعِشَاءِ حَتَّى رَقَدَ النَّاسُ وَاسْتَيْقَظُوا ، وَرَقَدُوا وَاسْتَيْقَظُوا ، فَقَامَ عُمَرُ بْنُ الْخَطَّابِ فَقَالَ الصَّلاَةَ . قَالَ عَطَاءٌ قَالَ ابْنُ عَبَّاسٍ فَخَرَجَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَأَنِّى أَنْظُرُ إِلَيْهِ الآنَ ، يَقْطُرُ رَأْسُهُ مَاءً ، وَاضِعًا يَدَهُ عَلَى رَأْسِهِ فَقَالَ « لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى لأَمَرْتُهُمْ أَنْ يُصَلُّوهَا هَكَذَا » . فَاسْتَثْبَتُّ عَطَاءً كَيْفَ وَضَعَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَأْسِهِ يَدَهُ كَمَا أَنْبَأَهُ ابْنُ عَبَّاسٍ ، فَبَدَّدَ لِى عَطَاءٌ بَيْنَ أَصَابِعِهِ شَيْئًا مِنْ تَبْدِيدٍ ، ثُمَّ وَضَعَ أَطْرَافَ أَصَابِعِهِ عَلَى قَرْنِ الرَّأْسِ ثُمَّ ضَمَّهَا ، يُمِرُّهَا كَذَلِكَ عَلَى الرَّأْسِ حَتَّى مَسَّتْ إِبْهَامُهُ طَرَفَ الأُذُنِ مِمَّا يَلِى الْوَجْهَ عَلَى الصُّدْغِ ، وَنَاحِيَةِ اللِّحْيَةِ ، لاَ يُقَصِّرُ وَلاَ يَبْطُشُ إِلاَّ كَذَلِكَ وَقَالَ « لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى لأَمَرْتُهُمْ أَنْ يُصَلُّوا هَكَذَا » .
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ İşa namazını gecə vaxtı o qədər gecikdirdi ki, camaat yuxuya getdi oyandı, yuxuya getdi oyandı. Ömər ayağa durub dedi: “Namaz!” İbn Abbas deyir: “Allahın Peyğəmbəri ﷺ bayıra çıxdı – o, sanki indi də gözlərimin önündədir, başından su damcılayırdı, əlini də başına qoymuşdu. O buyurdu: “Əgər ümmətimə çətin olmasaydı, bu namazı məhz bu vaxtda qılmağı onlara əmr edərdim”. Ravi İbn Cureyc Ətadan Peyğəmbərin ﷺ əlini öz başına necə qoyduğunu İbn Abbasın xəbər verdiyi kimi izah etməsini istədim. O, barmaqlarını bir qədər aralayıb sonra barmaq uclarını başının yan tərəfinə qoydu, daha sonra barmaqlarını birləşdirib baş barmağı gicgahla saqqalın birləşdiyi tərəfdən qulaq mərcəyinə dəyənədək başına çəkdi. O bunu nə tələsik, nə də yavaş etdi”. Peyğəmbər ﷺ buyurdu: “Əgər ümmətimə çətin olmasaydı, bu namazı məhz bu vaxtda qılmağı onlara əmr edərdim”.”
İstinad
Buxari, 571 (Namaz vaxtları, 51)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı