Gözlərindən yuxu tökülən kəsin İşa namazından əvvəl yatması
حَدَّثَنَا مَحْمُودٌ قَالَ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنِى ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى نَافِعٌ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شُغِلَ عَنْهَا لَيْلَةً ، فَأَخَّرَهَا حَتَّى رَقَدْنَا فِى الْمَسْجِدِ ، ثُمَّ اسْتَيْقَظْنَا ثُمَّ رَقَدْنَا ثُمَّ اسْتَيْقَظْنَا ، ثُمَّ خَرَجَ عَلَيْنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ « لَيْسَ أَحَدٌ مِنْ أَهْلِ الأَرْضِ يَنْتَظِرُ الصَّلاَةَ غَيْرُكُمْ » . وَكَانَ ابْنُ عُمَرَ لاَ يُبَالِى أَقَدَّمَهَا أَمْ أَخَّرَهَا إِذَا كَانَ لاَ يَخْشَى أَنْ يَغْلِبَهُ النَّوْمُ عَنْ وَقْتِهَا ، وَكَانَ يَرْقُدُ قَبْلَهَا .
“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ gecə vaxtı bir az məşğul olduğuna görə İşa namazını bir qədər gecikdirdi və biz də məsciddə yatdıq. Sonra oyandıq, yenə yatdıq, sonra oyandıq. Sonra Peyğəmbər ﷺ yanımıza gələrək buyurdu: “Hal hazırda sizdən başqa yer əhlindən namazı gözləyən heç kəs yoxdur”.”
İstinad
Buxari, 570 (Namaz vaxtları, 50)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı