Sübh namazının fəziləti
حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ إِسْمَاعِيلَ حَدَّثَنَا قَيْسٌ قَالَ لِى جَرِيرُ بْنُ عَبْدِ اللَّهِ كُنَّا عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ نَظَرَ إِلَى الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ فَقَالَ « أَمَا إِنَّكُمْ سَتَرَوْنَ رَبَّكُمْ كَمَا تَرَوْنَ هَذَا ، لاَ تُضَامُّونَ - أَوْ لاَ تُضَاهُونَ - فِى رُؤْيَتِهِ ، فَإِنِ اسْتَطَعْتُمْ أَنْ لاَ تُغْلَبُوا عَلَى صَلاَةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ ، وَقَبْلَ غُرُوبِهَا فَافْعَلُوا » . ثُمَّ قَالَ « فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا » .
“Rəvayət edilir ki, Qeys ﵀ demişdir: “Cərir ibn Abdullah mənə dedi: “Gecə vaxtı biz Peyğəmbərin ﷺ yanında olarkən o, on dörd günlük bədirlənmiş aya baxıb dedi: “Siz bu ayı gördüyünüz və ona baxmaqda bir birinizə mane olmadıgınız kimi, Rəbbinizi də görəcəksiniz. Əgər gün çıxmamışdan və batmamışdan əvvəl sizi namaz qılmaqdan yayındıracaq (işlərdən) çəkinə bilirsinizsə, çəkinin”. Sonra o bu ayəni oxudu: “Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!” (Qaf, 39)”.”
İstinad
Buxari, 573 (Namaz vaxtları, 53)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı