Əsr namazından sonra vaxtı keçmiş və digər bu kimi namazların qılınması
حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ أَيْمَنَ قَالَ حَدَّثَنِى أَبِى أَنَّهُ سَمِعَ عَائِشَةَ قَالَتْ وَالَّذِى ذَهَبَ بِهِ مَا تَرَكَهُمَا حَتَّى لَقِىَ اللَّهَ ، وَمَا لَقِىَ اللَّهَ تَعَالَى حَتَّى ثَقُلَ عَنِ الصَّلاَةِ ، وَكَانَ يُصَلِّى كَثِيرًا مِنْ صَلاَتِهِ قَاعِدًا - تَعْنِى الرَّكْعَتَيْنِ بَعْدَ الْعَصْرِ - وَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّيهِمَا ، وَلاَ يُصَلِّيهِمَا فِى الْمَسْجِدِ مَخَافَةَ أَنْ يُثَقِّلَ عَلَى أُمَّتِهِ ، وَكَانَ يُحِبُّ مَا يُخَفَّفُ عَنْهُمْ .
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbəri ﷺ (Öz dərgahına) aparan Allaha and olsun ki, o, Allaha qovuşanadək bu iki rükət namazı tərk etmədi, bu namazı (ayaq üstə) qılmaq ona ağır gələnədək (yaşlananadək) Uca Allaha qovuşmamışdı, çox vaxt o, namazını, yəni Əsrdən sonra qıldığı iki rükət namazı oturan yerdə qılardı. Peyğəmbər ﷺ bu iki rükət namazı (evdə) qılardı; o, ümmətinə çətin olacağından ehtiyat etdiyi üçün bu iki rükəti məsciddə qılmazdı və onların (işini) yüngülləşdirən hər şeyi sevərdi”.”
İstinad
Buxari, 590 (Namaz vaxtları, 70)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı