Namazın vaxtı keçdikdən sonra azan vermək
حَدَّثَنَا عِمْرَانُ بْنُ مَيْسَرَةَ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ قَالَ حَدَّثَنَا حُصَيْنٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ قَالَ سِرْنَا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً فَقَالَ بَعْضُ الْقَوْمِ لَوْ عَرَّسْتَ بِنَا يَا رَسُولَ اللَّهِ . قَالَ « أَخَافُ أَنْ تَنَامُوا عَنِ الصَّلاَةِ » . قَالَ بِلاَلٌ أَنَا أُوقِظُكُمْ . فَاضْطَجَعُوا وَأَسْنَدَ بِلاَلٌ ظَهْرَهُ إِلَى رَاحِلَتِهِ ، فَغَلَبَتْهُ عَيْنَاهُ فَنَامَ ، فَاسْتَيْقَظَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ طَلَعَ حَاجِبُ الشَّمْسِ فَقَالَ « يَا بِلاَلُ أَيْنَ مَا قُلْتَ » . قَالَ مَا أُلْقِيَتْ عَلَىَّ نَوْمَةٌ مِثْلُهَا قَطُّ . قَالَ « إِنَّ اللَّهَ قَبَضَ أَرْوَاحَكُمْ حِينَ شَاءَ ، وَرَدَّهَا عَلَيْكُمْ حِينَ شَاءَ ، يَا بِلاَلُ قُمْ فَأَذِّنْ بِالنَّاسِ بِالصَّلاَةِ » . فَتَوَضَّأَ فَلَمَّا ارْتَفَعَتِ الشَّمْسُ وَابْيَاضَّتْ قَامَ فَصَلَّى .
“Rəvayət edilir ki, Əbu Qətadə ﵁ demişdir: “Bir gecə biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə olarkən bəziləri dedilər: “Bizə dincimizi almağa izin versəydin, yaxşı olardı, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Qorxuram ki, namaz vaxtı yatıb qalasınız”. Bilal dedi: “Mən sizi oyadaram”. Beləliklə, hamı uzanıb yatdı. Bilal yatmamaq üçün kürəyini öz dəvəsinə söykədi, lakin onu da yuxu apardı. Nəhayət, Peyğəmbər ﷺ günəşin qövsü üfüqdə göründüyü vaxt oyandı və: “Ey Bilal, hanı verdiyin söz?”– deyə soruşdu. Bilal dedi: “Mən heç vaxt belə bərk yatmamışdım”. Peyğəmbər ﷺ buyurdu: “Allah istədiyi vaxt canınızı alır və istədiyi vaxt da onu sizə qaytarır. Ey Bilal, qalx camaatı namaza çağır”. Bundan sonra Peyğəmbər ﷺ dəstəmaz aldı və günəş artıq üfüqdən qalxıb parıldamağa başladıqdan sonra qalxıb namazı qıldırdı”.”
İstinad
Buxari, 595 (Namaz vaxtları, 75)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı