Namaz kəffarədir
حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنِ الأَعْمَشِ قَالَ حَدَّثَنِى شَقِيقٌ قَالَ سَمِعْتُ حُذَيْفَةَ قَالَ كُنَّا جُلُوسًا عِنْدَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ أَيُّكُمْ يَحْفَظُ قَوْلَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْفِتْنَةِ قُلْتُ أَنَا ، كَمَا قَالَهُ . قَالَ إِنَّكَ عَلَيْهِ - أَوْ عَلَيْهَا - لَجَرِىءٌ . قُلْتُ « فِتْنَةُ الرَّجُلِ فِى أَهْلِهِ وَمَالِهِ وَوَلَدِهِ وَجَارِهِ تُكَفِّرُهَا الصَّلاَةُ وَالصَّوْمُ وَالصَّدَقَةُ وَالأَمْرُ وَالنَّهْىُ » . قَالَ لَيْسَ هَذَا أُرِيدُ ، وَلَكِنِ الْفِتْنَةُ الَّتِى تَمُوجُ كَمَا يَمُوجُ الْبَحْرُ . قَالَ لَيْسَ عَلَيْكَ مِنْهَا بَأْسٌ يَا أَمِيرَ الْمُؤْمِنِينَ ، إِنَّ بَيْنَكَ وَبَيْنَهَا بَابًا مُغْلَقًا . قَالَ أَيُكْسَرُ أَمْ يُفْتَحُ قَالَ يُكْسَرُ . قَالَ إِذًا لاَ يُغْلَقَ أَبَدًا . قُلْنَا أَكَانَ عُمَرُ يَعْلَمُ الْبَابَ قَالَ نَعَمْ ، كَمَا أَنَّ دُونَ الْغَدِ اللَّيْلَةَ ، إِنِّى حَدَّثْتُهُ بِحَدِيثٍ لَيْسَ بِالأَغَالِيطِ . فَهِبْنَا أَنْ نَسْأَلَ حُذَيْفَةَ ، فَأَمَرْنَا مَسْرُوقًا فَسَأَلَهُ فَقَالَ الْبَابُ عُمَرُ .
“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Bir dəfə biz Ömərin ﵁ yanında ikən o soruşdu: “Allah Elçisinin ﷺ fitnə haqda dediyi sözlər hansınızın yadındadır?” Mən dedim: “Mənim yadımdadır, özü də o dediyi kimi”. Ömər dedi: “Həqiqətən də, sən bu işdə çox cəsarətlisən”. Mən dedim: “İnsanın həyat yoldaşı, mal-dövləti, övladı və qonşusu üzündən düşdüyü fitnəni namaz, oruc, sədəqə, habelə insanlara yaxşı işlər görməyi əmr etmək və onları pis işlərdən çəkindirmək kimi ibadətlər silib aparır”. Ömər dedi: “Mən bunu deyil, elə bir fitnəni qəsd edirəm ki, o, araya lərzəyə gəlmiş dəniz kimi çaxnaşma salacaq”. Huzeyfə dedi: “Ey möminlərin əmiri! O fitnənin sənə heç bir zərəri yoxdur, çünki səninlə onun arasında bağlı bir qapı var”. Ömər soruşdu: “O qapı sındırılacaq, yoxsa açılacaq?” Huzeyfə: “Sındırılacaq”– deyə cavab verdi. Ömər dedi: “Deməli, bundan sonra o heç vaxt bağlanmayacaq”. Biz Huzeyfədən soruşduq: “Ömər bu qapının kim olduğunu bilirdimi?” O dedi: “Bəli, bunu gecədən sonra səhərin açılacağını bildiyi kimi bilirdi. Mən ona içində yalan olmayan bir hədis danışdım”. Biz Huzeyfədən soruşmağa cəsarət etmədik və Məsruqa Huzeyfədən: “Bu qapı kim idi?” deyə soruşdurduq. O dedi: “Bu qapı Ömər özü idi”.”
İstinad
Buxari, 525 (Namaz vaxtları, 5)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı