Namazın vaxtları kitabı

Sübh namazının vaxtı

حَدَّثَنَا حَسَنُ بْنُ صَبَّاحٍ سَمِعَ رَوْحًا حَدَّثَنَا سَعِيدٌ عَنْ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَزَيْدَ بْنَ ثَابِتٍ تَسَحَّرَا ، فَلَمَّا فَرَغَا مِنْ سَحُورِهِمَا قَامَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّلاَةِ فَصَلَّى . قُلْنَا لأَنَسٍ كَمْ كَانَ بَيْنَ فَرَاغِهِمَا مِنْ سَحُورِهِمَا وَدُخُولِهِمَا فِى الصَّلاَةِ قَالَ قَدْرُ مَا يَقْرَأُ الرَّجُلُ خَمْسِينَ آيَةً .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ və Zeyd ibn Sabit səhur etdilər. Səhur etməyi qurtardıqdan sonra Allahın Peyğəmbəri ﷺ ayağa durdu və namazı qıldırdı. Biz Ənəsə dedik: “Səhur etdikdən sonra namazı başlayana qədər nə qədər vaxt var idi?” O dedi: “Bir kişi bu vaxt ərzində əlli ayə oxuyardı”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Buxari, 576 (Namaz vaxtları, 56)

Səhih əl-Buxari — Namazın vaxtları kitabı